Vəfasızlara!!!!!!!!!!

Həyatda heçkimə vəfasıza rast gəlməyi arzu etmirəm heç kimsəyə sevib sevilməməyin acısını yaşamağı diləmirəm.Bəli,Xalqımızda bu tip oğlanalara pis baxılsa da mənim nə zamanlarsa qınaq etdiyim mövzu olsa da qınayanın başına gələr deyərlər.

    Onu çox sevirdim.Sevirəm də.O da məni sevdiyini deyirdi.Biz danışır,anlaşırdıq.O valideyinləri ilə mənə görə mübarizə aparacağını da deyirdi mənə.Məni hərbi xidmətə çağırdılar məni gözləyəcəyini məndən başqası ola bilməyəcəyini deyirdi.Xidmətimi başa vurdum...Gəldim hələ də danışırdıq.Günlərin bir günü,məni əslində dost kimi sevdiyini və ürəyində tamamən başqa birisinin olduğunu söylədi.Qulaqlarıma inanmadım,"yox,ola bilməz,bu qorxunc bir yuxudur sadəcə" düşündüm.Ancaq bu yuxu deyildi.Ona nifrət etmək,həyatımdan silib atmaq istədim.Ən qorulusu budur ki,silə bilmədim.O üzümə qarışıq "başqasını sevirəm "desə də hələ də onu sevir,nə vaxtsa mənə qayıdacaqını ümid edirəm.Silib ata bilmirəm onu.O mənimlə ünsiyyətini kəsmir,lakin məni dost olaraq gördüyünü deyir.Mənə olunan bu vəfasızlıq bu haqsızlığın qarşısında mən onu daha çox sevirəm!!!!! :((((

PS: Qısa yazılsa da hüznlü hekayədir.Bu mövzuya hər kəsin qatılmasını istərdim.Hər kəsin fikrini bilmək maraqlı olardı.Qınayanlar da bəraət qazanlandıranlar da sağ olsunlar.Ancaq insanı sevgi bəzən o hala gətirir ki,gözlərin yumulur.Kimlərinsə qınağına baxmayaraq,hətta zamanla özünün nifrət etdiyin məsələ ilə qarşılaşsan da bu vəziyyətdən çıxış yolu axtarırsan.Bəzən bir insanın sənə deyəcəyi bircə kəlmə səni məmnun edib yaxşılaşdırır.Bəzən isə milyonlarla insanın kəlmələri kar etmir.

Sonda Vəfasız olanlara müraciətim var: Xahiş edirəm özünüzə əmin olun sevmədiyiniz şəxslərə ümid verib aldatmayın.Axı onların da qəlbi var axı sizin vəfasızlıqdan zövq alacağınıza kimlərinsə bütün həyatını məhv etmiş olursunuz..............................

 

7 şərh

Munise
Mən bunu qəbul etmirəm bilmirəm bu mövu sizlə bağlıdır ya yox amma inciməyin belə oğlanlara el arasında «peysər » deyərlər!!! Ona görəki nə çox qız var başqasını sevir cəhənnəməsevsin!!! İnşallah o oğlan onu yarıyolda qoysun və sizə qayıtsa siz ona arxa çevirəsiniz!!! Sizi qınamıram sevgi belədir ancaq qadınlara məxsusdur birini sevib unuda bilməmək kişilər belə olmamalıdır.Üzünə qarşı deyirsə başqasını sevirəm kim olsa nifrət edər çəkib gedərdi!!!
MaksiMuS
Belə mənasız topiklərin Kayzendə nəşr olunması ayrı ayrı İstifadəçi kütləsi səviyyəsinin azalmasıdır, yoxsa Kayzenin ümumi səviyyəsinin aşağı enməsi?
Kiminsə məhlədə razborkası olsa xahiş edirəm bu haqda da topik nəşr etsin, Şəxsən mənimçün çox «MARAQLIDI»
Munise
maksimus ele kobud demezdim ancaq her kesin fikrine maraq dairesine hormet etmek lazimdir.kiminse virtualda her hansi probleminu bolusmesi ve meslehet almasi normaldir.kimsenin topikini kiminse irad bildirmesi yolverilmezdir.menasiz deyil
MaksiMuS
İrad bildirmək yolverilməzdir? Mən doğru başa düşdüm ?
Sən deyən keçmişdə padişahları mədh edən şair məclisləri ilə buranı səhv salmısan :))
Mən fikrimi və də qiymətimi bildirdim.Yerdə qalanlara xoş söhbətlər
cahandar
Elman qardasim bu movzu her kime aidse mən məsləhət edərdim ki,o qızı unutsun.Yəni məgər o qız bucür dəyərli sevgiyə layiqdirmi??ən azı ona görə layiq deyil ki,bir əlində iki qarpız tutur!!Ən azı ona görə layiq deyil ki,kiminsə hissləri ilə oynayır.Məgər görmürmü əldə saxlandığını??o qız dost sözü altında onu seveni əlində saxlamamlıdır.O qız gözəl bilir ki,onun  kimisə sevdiyi halda sevgisindən dönməyən siz ya başqası demək o gedib bədbəxt olub qayıtsa da onu qəbul edəcək ona görə əldə saxlayır ki tutdu qatıq tutmadı ayran.inciməyin kobud bildirdimsə şərhimi ancaq bu tip qızlar nifrətə layiqdir məncə sadəcə nifrətə.
ElcinHesenov
pislər olmasa yaxşılar bilinməz tanınmaz
ElmanElman

meslehetçilərə,məni doğru anlayıb həmdəm olanlara çox təşəkkür.Maksimus,sizin yazınızdan elə anladım ki,siz buranın adminlərindənsiniz.çünki hansı topiki oxumağa girdimsə orada ancaq kobud şərhinizi ya iradlarınızı gördüm.Adminsinizsə sizin nikinizdə niyə bu qeyd olunmayıb?Yox əks halda Kayzen niki admindirsə siz kimsiniz ki bu qədər istifadəçi irad bildirmədiyi halda mənə yazma gəlmə deyirsiniz?Kayzen qaydalarında yazılmayıb ki,şəxsi həyatınız barədə topik yazmayın!!!!Başqa da ki,bacardıöım budur və inkişaf etməyə gəlirəm birdən birə kim alim olur ki??? insan inkişaf etdikcə yavaş yavaş profesionallaşır.Mən məqaləmi hardansa dərc etməmişəm nədəki məşhur yazıçı deyiləm.Nəşrimdə səhvim də yoxdur türk şrifti ilə də yazmamışam!!!!Kimlərdənsə topludan məsləhət almaq müzakirə etməksə qəbahət deyil!!! Burda bütün topiklərdə müzakirələr var heç də hamısı müvzuyla bağlə deyil!!! Elədirsə şərh bölümü olmazdı!!!