Pis dost ilahi cəzadır

«Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir. Ayədə buyurulur: «Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər».
İmam Sadiq (ə) buyurur: «Mömin şəxsə yaraşmayan işlərdən biri də budur ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmadığı halda günah edilən məclisdə otursun..."İslam Peyğəmbəri (s) buyurur: «İnsan öz dostunun və yoldaşının dinindədir».
İmam Sadiq (ə) buyurur: «Mömin bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz».
İmam Cavad (ə) buyurur:ُ «Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, təsiri isə pisdir».
Süleyman ibn Cəfər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu:
-Nə üçün səni Əbdürrəhman ibn Yəqubla bir yerdə görürəm?
Dedim:
-O mənim dayımdır».
İmam buyurdu:
-Onun Allaha düzgün əqidəsi yoxdur.
Sonra buyurdu:ُ
-Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!
 

0 şərh