Google haqqında maraqlı faktlar

Google şirkəıtində iş növbəsi deyilən şey yoxdur.Kim nə vaxt istəyir,o vaxt da işə başlayır.Əsas odur ki işini plana uyğun görəsən.İstəyirsən 1 saata qurtar,istəyirsən 10 günə.
Google firmasının HR şöbəsi göndərilmiş 10 CV-dən birinə zəng edir.10 zəng ediləndən biri işə müsahibəyə dəvət olunur.10 dəvət olunandan biri işə qəbul olunur.Beləliklə,işə qəbul ehtimalı 1:1000.
Google ofisində 20 restoran var.Verilən yeməklər də müxtəlif mətbəxlərə aiddir: meksikan,ərəb,italyan,fastfud,vegetarian və s.Gündə 3 dəfə yemək yeyirlər.
San-Fransisko və Palo-Altoda yaşayan işçiləri işə xüsusi avtobuslar gətirir.
Google şəhərciyində Google proqrammmistlərinin uşaqları üçün xüsusi bağça da var.
Google idarəsi Google Street küçəsində yerləşir.
Hər cümə günü Google işçiləri yığışıb bu həftə ərzində nə iş gördüklərini,planlarını və s. bölüşür.
 
 

0 şərh