Peşəkar axtarış həyata keçirmək üçün 16 tovsiyyə
1. Google axtarışından çıxarmaq
Hansısa sözün, simvolun və ya ifadənin axtarış tapşırığından istisna edilməsi üçün, onun qarşısında "-” (minus) işarəsi qoymaq kifayətdir. Məsələn, mən axtarış xanasında «Bloomberg -com» frazasını daxil etdim və axtarış səhifəsində ödənilmiş reklam elanları istisna olmaqla heç bir Azərbaycan saytı (.com) çıxmadı. Halbuki website özü *.com domain-nindədir.
2.Sinonimlərlə axtarış
Axtardığınız sözə yaxın mənalı sözlər tapmaq istəyirsinizsə "~” simvolundan istifadə edin. Məsələn siz axtarış xanasında "ən ~yaxşı filmlər -yaxşı" ifadəsini daxil etsəniz, onda səhifədə sizə təqdim olunan keçidlərin hamısının məzmunundakı sözlərin «yaxşı»-nın sinonimləri olduğunu görəcəksiniz. Amma keçidlərin heç birində yaxşı sözünün özü olmayacaqdır.
3. Qeyri müəyyən axtarış
Əgər siz axtarış üçün konkret açar sözünü müəyyən etməmisinizsə onda sizə "*” operatoru kömək edəcək. Məsələn «yaxşı*təsvir redaktoru» frazasını daxil etsəniz, sayt sizin üçün bütün növ təsvir redaktorlarını seçəcək, istər rəqəmsal, istər rastr və ya vektor qrafikalı təsvirlər və s.
4. Variantlardan seçim axtarışı
"|” operatorunu istifadə edərək, Google-da eyni zamanda bir neçə ifadə qrupları üzrə axtarış etmək olar. Bu sizə bir neçə sözü müxtəlif yerlərdə əvəz etmək imkanı verəcəkdir.
Məsələn, «qələm | ədyal almaq ifadəsini» axtarış xanasında daxil etsəniz, sizə təqdim edilən saytlarda ya «qələm almaq», ya da "ədyal almaqdan" söhbət açılacaq.
5. Sözün mənası
Bu və ya digər sözün mənasını bilmək üçün, axtarış xanasına «define:” kəlməsini və iki nöqtədən sonra isə mənasını axtardığınız sözü daxil etmək kifayətdir.
6. Dəqiq üst-üstə düşmə
Əgər məhz axtarışa yazdığınız cümlənin və ya ifadənin eynisini tapmaq istəyirsinizsə, daxil etdiyiniz açar sözləri dırnaq işarəsi daxilində yazmaq bunun üçün yetərlidir.
7. Müəyyən sayt üzrə axtarış
Açar sözlərin axtarışını yalnız bir sayt üzrə həyata keçirmək üçün axtarılan frazaya »site:” formulunu əlavə etmək kifayətdir.
8. Əks keçidlər
Sizi maraqlandıran saytla bağlı keçidlərin yerlərini öyrənmək üçün, növbəti formulu - «links:” və onun ardınca isə sizi maraqlandıran saytın adını daxil etmək yetərlidir.
9.Ölçülər çeviricisi
Google axtarış saytı həmçinin istifadəçinin sorğusu əsasında ölçülərin konvertasiyasını həyata keçirə bilər. Məsələn siz bir kiloqramın neçə funt etdiyini bilmək istəyirsiniz. Onda müvafiq sorğunu daxil etmək kifayət edir: „1kq funtlarla“(1 kg in pounds).
10. Valyuta Çeviricisi
Rəsmi məzənnəyə əsasən valyuta kursunu öyrənmək üçün, axtarış xanasında növbəti sorğu formulunu yığırıq: „1 [valyuta] in [valyuta]”
11. Şəhər üzrə vaxt
Əgər hansısa şəhərdə indi saat neçə olduğunu öyrənmək istəyirsinizsə, onda “time” formulundan istifadə edin və ardınca şəhərin adını yazın (bunu digər əcnəbi dillərdə də etmək olur).
12. Google kalkulyator
Google onlayn hesablama aparmağı da bacarır. Nümunəni axtarış xanasında daxil etmək kifayətdir və o, sizə cavabı hesablayaraq verəcəkdir.
13. Fayl növünə görə axtarış
Əgər sizə nəyisə məhz konkret fayl növü üzrə axtarmaq lazım gələrsə, onda Google-un xüsusi „filetype:” operatoru vardır bu faylın məhz həmin genişlənmə üzrə axtarışını təmin edir.
14. Keşlənmiş (yaddaşa salınmış) səhifənin axtarışı
Google-un özünün serverləri vardır ki, burda o keş yaddaşına salınmış səhifələri saxlayır. Əgər sizə məhz bu lazımdırsa, “cached:” operatorundan istifadə edə bilərsiniz.
15. Şəhər üzrə hava proqnozu
Google axtarış saytının təqdim etdiyi xidmətlərdən daha biri isə hava operatorudur. „weather” sözünü və həmin şəhərin adını daxil etmək kifayətdir ki, bu gün yağış yağmayacağından xəbər tutasınız.
16. Tərcüməçi
Sözü dərhal, axtarış saytından uzaqlaşmadan tərcümə etmək olar. Tərcüməyə görə aşağıdakı formula cavabdehdir: “translate [söz] into [dil]”
Mənbə: banker.az
eGo
Davamı →