Рейтинг
+29.53

Qulaq,burun,boğaz

16 üzv, 21 topik

Qulaqcıqdan necə istifadə etməli?

İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər buna daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər, ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə, qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik.

Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Bu, bəzən ətrafdakı insanları da narahat edir. Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən qulaqcıqlar satılır ki, onlardan istifadə etmək, birmənalı şəkildə, düzgün deyil. 
Davamı →

Qulağa su dolubsa, nə etməli?

Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su düşə bilər. Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır. Bunun üçün bəzi sadə üsullar var.

1. Su olan qulağı aşağı əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakum yaranır və bu da suyun qulaqdan çıxarmasına kömək edir.

2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.

3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.

4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.
Davamı →

Qulaqlar niyə cingildəyir?


Qulaq cingildəyəndə «kimsə məndən danışır» deyirik. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Anevrizma
Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq biilinən anevrizma xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır. Anevrizma çox təhlükəlidir və onun yırtılması ölümə səbəb ola bilər.

Şişlər
Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.
Davamı →

Qulağa su dolubsa, nə etməli?

Qulağa su dolması, üzməyi sevən bir çox insanın tez-tez başına gələn bir hadisədir. Üzərkən qulağın suyun içinə girməsi normal haldır və bu zaman qulağa bir qədər su dolması qaçınılmaz olur.

Bu isə qulaqda tıxanma hissi yaradaraq narahatlıq verir, ağrıya və eşitmə itkisinə yol açır. Həmçinin mütəxəssislər bildirir ki, müalicə edilmədiyində qulaqdakı maye, eşitmə itkisi və qulaq pərdəsinin iltihabı kimi problemlərə səbəb ola bilir. Bunun üçün qulaqdakı mayeni mümkün qədər sürətli bir şəkildə boşaltmağınız çox vacibdir. Bəs qulağa dolan suyu necə çıxarmaq olar?
Davamı →

Qulaqcıqlardakı təhlükə

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir.

Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir – “Bunun qulağı batmır belə yüksək səsdən?”.
Davamı →

Menyer

Menyer daxili qulağın xəstəliyidir. Daxili qulaqda bədənimizin müvazinətini nizama salan mürəkkəb sistem — vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye — labirint mayesi olur. Bəzən müxtəlif səbəblərə görə bu mayenin miqdarı artır ki, nəticədə bu daxili qulaqda təzyiqin artmasına səbəb olur. Bu isə qulaqlarda küy, güclü başgicəllənməsi, ürəkbulanması, qusma kimi pozulmalara gətirib çıxardır. Həmçinin Menyer xəstəliyi nəticəsində insan tədricən eşitmə qabiliyyətini itirir.

Adətən xəstəlik 1 qulaqda, bəzən isə hər iki qulaqda inkişaf edir. Xəstəlik əsasən 20-50 yaşlar arasında inkişaf edir, lakin bəzən bu xəstəliyə uşaqlarda da təsadüf edilir.

Davamı →

Qulaq çöplərindən istifadənin zərərləri

Bəziləri üçün qulaq çöpü əvəzolunmazdır. Ən kiçik bir çirk, ən kiçik bir tıxanıqlıq səbəbi ilə çox insan düşünmədən dərhal iki tərəfi kiçik pambıqla sarılmış çöplə qulaqlarını təmizləyirlər. Məqsədləri, qulaqlarına narahatlıq verən o kirdən xilas olmaqdır. Ancaq qulaq çöpünün potensial təhlükələrindən əksəriyyətin xəbəri yoxdur və xeyir gətirmək əvəzinə zərər verə biləcəyini bilmirlər.

Mütəxəssislər əslində qulaq seyvanındakı qıvrım yerlərin təmizlənməsi məqsədilə istehsal olunan qulaq çöplərinin, qulaq kanallarının içini təmizləmək məqsədilə düşüncəsiz şəkildə dərinliklərə salınaraq, təmizlənməsi vəziyyətində göbələkdən qulaq pərdəsində deşilməyə, infeksiyadan kar olmağa qədər bir çox xəstəliyə yol aça biləcəyini bildirərək, xəbərdarlıq edirlər.
Davamı →

Burun polipləri

Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir.

Daha çox əhalinin yetkin qismi arasında yayılmış bir patologiya olsa da, poliplər çox böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir. Belə hipertrofiyaların böyüməsi bir neçə mərhələdə gedir. İlkin stadiyada ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini qapayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüsü tam pozur.
Davamı →

Uşaqlarda fonematik eşitmə zəifliyi


Fonematik eşitmə düzgün eşitmək və səsləri düzgün başa düşmək imkanıdır. Fonematik eşitmə sayəsində uşaqlar səsləri tanıya və seçə bilirlər. Fonematik eşitmə səsləri düzgün tələffüz etmək üçün çox vacibdir. Fonematik eşitmə lazımi qədər inkişaf etməyibsə hər hansı bir səsi tələffüz etmək çətinləşir.

Fonematik qavramanın çatışmamazlığı ona gətirib çıxarır ki, uşaq eşitmə ilə səslənməsinə görə və ya artikulyasiyasına görə oxşar səsləri qavramır (konferensiallaşdıra bilmir). Uşağın lüğət ehtiyatı tərkibində çətin fərqləndirilən səslərdən ibarət səslərlə zənginləşir.
Davamı →

Qulaqcıqla musiqi dinləmənin zərərləri


Müasir gənclər günün bir çox hissəsi qulaqcıqlarda musiqiyə qulaq asır. Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır.

Lakin çoxsaylı araşdırmalar göstərir ki, bu çox təhlükəli və ziyanlı vərdişdir.
Həkimlərin müşahidələrinə görə, kiçik, qulaqların içinə taxılan qulaqcıqlarda daim musiqiyə qulaq asan gənclərdə 4 ildən sonra 1-ci dərəcəli eşitmənin pozulması inkişaf edir. 40-50 yaşında bu insanlarda artıq eşitmənin ciddi zəifləməsi və hətta karlıq inkişaf edə bilər.

Bizim qulaqlarımız yalnız qısamüddətli uca səslərin təsirinə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu mütləq eşitmənin pozulmasına gətirib çıxardacaq.
Davamı →