Рейтинг
+29.53

Qulaq,burun,boğaz

17 üzv, 29 topik

Otit - qulaq iltihabı

Qulaq yevstaxı borusu vasitəsilə burun boşluğu ilə ələqəlidir. Bu səbəbdən istinilən burun-udlaq iltihabları zamanı infeksiyalar, viruslar, mikroblar orta qulağa düşə bilər.

Nəticədə insanda otit inkişaf edə bilər. İmmin sisteminin zəifləməsi, soyuqlama və digər xəstəliklər otitin yaranmasına təkan verə bilər. Qulağın istənilən travmaları, dayvinq və alpinizm kimi idman növləri də otitin inkişafına şərait yarada bilər.

Otit müxtəlif yaşda olan insanlarda inkişaf edə bilər. Lakin uşaqlarda otit daha tez-tez təsadüf edilir.

Otit xarici, orta və daxili ola bilər. Xarici otitzamanı qulağın dərisi və dərialtı birləşdirici toxuması iltihablaşır, qulaqda furunkul (irinlik) əmələ gələ bilər. Bu zaman insan qulaqda ağrı hiss edir, ağrı çeynəmə və danışıq zamanı artır. Adətən furunkul yetişdikdən sonra özü-özündən açılır. Xarici otit zamanı eşitmə pozulmur.


Ardı →

Eşitmə qabiliyyətini necə qoruyaq?

Müasir dövrümüzdə demək olar ki, hər bir yeniyetmə MP3 pleyerlərin qulaqlıqlarından istifadə edir.

Məhz bu cihazlar gələcəkdə eşitmə qabiliyyəti üçün mənfi təsir göstərir. Bu rəqəmsal format üçün istifadə olunan səs yığımı alqoritmi, qulaqları çox yorur. Müəyyən zamanadan sonra insana elə gəlir ki, ilk dəfə təyin olunmuş səsin ucalığı kifayət qədər deyil və getdikcə səsin səviyyəsini yüksəltməyə davam edir. Bu proses sonda eşitməni daha da zəiflədir.

Avropada MP3 pleyerlərin istifadəsi daha öncə başladığından, artıq ciddi tibbi normalar təyin olunub. İstehsalçıya səsi 100 desibeldən yüksək olan aparatın istehsalı tövsiyə olunmur. Bu kimi cihazlararın (Mp3 pleyerlər) üzərində «Ehtiyyatlı olun, sağlamlığınıza ziyandır» kəlməsi yazılmadığından, bu problemlərlə qarşılaşan uşaq və yeniyetmələlərin valideynləri maraqlanmalıdır.

Musiqi qulaqlıqlar vasitəsilə dinləndikdə, qulağa olan təsirini aydınlatmaq üçün misal gətiririk: havaya qalxarkən təyyarənin çıxartdığı səs — 130 desibel, göy gürultusu — 110 desibel, qatar — 90 desibel yüksəkliyində səs çıxardır. Çox hallarda uşaqlar musiqiyə, bu parametrləri keçən yüksəklikdə qulaq asırlar. Həkimlər idia edirlər ki, səs 80 desibeli keçdikdə təhlükəli sayılır. Qulaq, bu səviyyədə, hər gün rastlaşdığımız küçə həyatı və ya otkəsən maşının səsini müəyyən müddətlik idarə edə bilər, lakin hər gün qulaqlıqda saatlarla sərt ritmli musiqiyə qulaq asdıqda, yaxın zamanda eştmə qabiliyyətinin nə vəziyyətə düşəcəyi məlumdur.
Ardı →

Qulaq cingildəməsinin səbəbi

Əhəmiyyət vermədiyimiz qulaq cingildəməsi, ciddi xəstəliklərə səbəb olur. Qulaq, burun, boğaz xəstəliklərində qanazlığı, hipertəzyiq və bəzi şəkər xəstəlikləri mütləq nəzərə alınmalıdır.
Türkiyəli həkim Dr. Dilek Sınmazın sözlərinə görə bunlar qulaq şişlərinin ilk əlaməti ola bilər. Gənclərdə, tək tərəfli qulaq cingildəməsi ilə birlikdə eşitmə itkisi yarana bilər. Buda qulaq şişlərinin ilkin əlamətləri hesab olunur. Zamanla böyüyən qulaq şişləri o bölgədən çıxarıldıqda eşitmə ilə birlikdə üz iflicinə gətirib çıxarır. Ona görə erkən diaqnoz əhəmiyyətlidir. Həkimlər uzun müddətli və yüksəksəsli musiqiyə qulaq asmağın fəsadlarından biri kimi qulaq cingildəməsini qeyd edirlər.
Sinirlərə zərər törədən cingildəmə və uğultu zamanla eşitmə zəifliyi yaradır. Buna görə, musiqiyə qulaq asdıqda, bunu yüksək səsli deyil, normal tonda etmək lazımdır. Çünki, qulaq cingildəməsi olanların əksəriyyətində eşitmə zəifliyi ilə birlikdə depressiya halları da baş verir.
Davamı →

Qaymorit sinuzitin bir növüdür

Qripdən sonra üz nahiyəsinin ağrılarında, sanki bir ağırlığın olduğunu hiss edirik. Bəzən bu, həftələrlə davam etsə də, fikir vermir, «keçib gedər» deyə düşünürüy. Amma keçib getməyəndə də gec olur.

Mütəxəssislərin fikrincə, qaymorit üst çənə cibinin iltihabıdır, sinusitin (burunətrafı ciblərin iltihabı) bir növüdür. Qaymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşmasında olur. Ən çox rast gəlinən səbəb kimi isə yuxarı dörd arxa dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğunu göstərmək olar. Qaymorit sinuzitin bir növüdür.


Ardı →

Haymoritin profilaktikası

Haymorit təhlükəli və çətin müalicə olunan xəstəlikdir. Bu xəstəliyi «tapmaq» asandır, lakin ondan «canını qurtarmaq» heç də asan deyil.

Müalicə olunmayan və ya düzgün müalicə olunmayan haymorit tez bir zamanda xroniki mərhələsinə alır. Haymoritlə «tanış olan» bu xəstəliyin necə üzücü olduğunu bilir — baş ağrıları, iybilmə və dadbilmənin tam pozulması, iştahasızlıq, burun tənəffüsünün mümkünsüzlüyü (insan daim ağızla nəfəs almağa məcbur olur) və s.

Bəzi sadə profilaktik qaydalarına riayət edərək biz bu xəstəliyin inkişaf etmə riskini (və ya xroniki haymorit olanlarda — kəskinləşmə riskini) azalda bilərik.


Ardı →

Burun çəpərinin əyriliyi

İnsan burun və ya ağız vasitəsilə nəfəs ala bilir. Lakin məhz burun nəfəsalması «düzgün», yəni fizioloji sayılır.

Məsələ burasındadır ki, burunun selikli qişaları və burun boşluğunda olan xırda tükcüklər patoloji mikrobların ətraf mühitdən orqanizmə daxil olmasına mane olur. Bu insan immun sisteminin "ön cəbhəsidir". Bundan əlavə hava burunda isinir və nəticədə bu bizim nəfəs yollarımızı soyuqlamadan qoruyur.


Ardı →

Haymorit və fəsadları

Haymor cibləri — əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.

Haymor ciblərinin daxili sümük divarları selikli qişa ilə örtülmüşdür. Burada əmələ gələn selik keçəcəklər vasitəsilə burun boşluğuna ifraz olunur. Həmin seliklə birlikdə haymor cibindən mikroorganizmlər, toz və s. xaric edilir.

Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Bu proseslərin nəticəsində buraya oksigenin daxil olması da çətinləşir. Beləliklə, patogen mikrobların inkişafı üçün münbit şərait yaranır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Xəstəliyin törədicilərinin ifraz etdiyi toksinlərin qana işləməsi organizmin ümumi intoksikasiyası simptomlarını əmələ gətirir – baş ağrısı, iştahasızlıq, halsızlıq.

Haymor cibində  toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.


Ardı →

Burun travmaları

Burun travmaları
Burun boşluğunun yad cisimləri və rinolitlər

Burun boşluğuna yad cisimlərin düşməsi əksərən uşaqlarda olur.Böyüklərin burun boşluğundakı yad cisimlər travmalar və odlu silah yaralanmaları zamanı olur.Bəzən yad cisimlərin ətrafına duzların çökməsi nəticəsində daşlar-rinolitlər əmələ gəlir. Çox vaxt yad cisimlər aşağı burun keçəcəyində yerləşir və çıxardarkən səhv etdikdə arxaya doğru itələnir.Hamar yad cisimlər və rinolitlər heç bir xəstəlik törətmir.Bir sıra hallarda burunun yalnız bir hissəsini tıxayır, selikli qişanın iltihabı nəticəsində iyli ifrazata səbəb olur.


Ardı →