D vitamini yalanı aşkar olundu

Uzun müddətdir səhv olaraq hesab edilirdi ki,D vitamini xolesterini azaldır.D avitaminozu olan 151 nəfər üzərində aparılan təcrübə bunu deməyə əsas verir. Belə ki,onlar 2 qrupa ayrılmış,birincilərə 8 həftə müddətində meqa dozada D3 vitamini verilmiş, digərlərinə isə placebo təyin olunmuşdur.Heç bir kəsdə ürək-damar xəstəliklərinin birincili düşməni olan xolesterinin miqdar nizamlanması baş vermədi.Bu da uzun illərdir ki,günəş işığının onu tənzimlədiyi fikrini al-üst etmiş oldu.
 

0 şərh