Mənim Dinim İslam

İnsan Özünü tapanda xöşbəxt olur

Bu məqalə özündə mənə yaxın və uzaq ,bununla belə haqqımda müəyyən dərəcədə şübhəli və ya qeyri-natamam fikri olanlar üçün yazılmışdır.

Rəhman və Rəhim olan Allahın adı ilə başlamaq istədiyim manifest bu günə qədər yaşadığım həyatın özü qədər təlatümlü olan dini baxışlarımın formalaşması və müqəddaratının təyin olunması mövzusunu əsas tutur.Memuar xarakterli yazıda hamının bu və ya digər dərəcədə Özü üçün nələrisə qazanacağı ümidilə oxuculardan yazıda xəta olaraq gördüyü fikir və müddəaların yazarın diqqətinə çatdırılması xahiş olunur.Yazı tamamilə subyektiv fikirlər üzərində qurulmuşdur.Hər bir fikir üçün açıq olduğum qədər ümumi etik normalara da riayət etməyi sevən kosmopolit düşüncəli birisiyəm.Dinim olaraq İslamı seçmişəm və mümkün səviyyədə həyatımı bu dəyərlər üzərində qurmağa çalışıram .Tam olaraq yaşadığımı deyə bilmərəm,bunun isə özlüyündə subyektiv və obyektiv səbəbləri var.Sadəcə bununla İslamın bütün məktəb və məzhəblərinin razılaşdığı kimi kəlmeyi-şəhadətimi deyərək imanın Quranın Bəqərə surəsində təsbit etdiyi şərtlərini qəbullanaraq yaşamağı Özümə bir həyat tərzi olaraq seçmişəm.Bu seçim isə mənim üçün heç də bir o qədər asan olmayıb.Bəlkə də,hər hansı bir Skandinaviyalının İslamı qəbul etməsi mənim Onun sözün həqiqi mənasında qəbullanmağımdan kifayət qədər asan olmuşdur.Səbəb isə oxuduğun dəyərlər ilə yaşanılanlar arasında kifayət qədər fərqlərin olmasıdır.Bəli, mən də bir çoxları kimi sadəcə Müsəlman bir ailədə dünyaya gəlmiş və İslamı “irsi” olaraq qəbullanmış birisi idim.Yalnız yaşlı nəslin daha çox dini ritualları icra etmək üçün həvəsli olduğu bir ailə öz həyatını qurmaq üçün sosial təminatlarını icra etsə də belə ənənəvi xarakter alan anlayışlara sadiq qalmaqla özünü müsəlman ailə olaraq qəbullanır və bu ailədə dünyaya gələn uşaqlar da irsi olaraq müsəlman hesab olunurlar.Mənim dünyaya göz açdığım və böyüdüyüm ailə tipi və təsəlli xarakterli imam nigahı,oğlan uşağının sünnət olunması,yalnız ziyarətgah və məscidlərdə olarkən başörtüsündən istifadə olunması,xüsusi təntənəli yas mərasimləri,mənasını belə bilmədikləri Yasin surəsinin qəbiristanlığı qazanc mənbəyinə çevirən mollaya ödənişlə oxudulması və bu kimi rituallar bizim cəmiyyətə heç də yad deyil.Dolayısı ilə mən də “normal” qaydada müsəlman hesab olunmaı idim.Bəli,bugünkü təfəkkürümlə sadəcə insan olaraq dünyaya gəldiyimi qəbullanıram,hansı ki,müəyyən genetikləşmiş xüsusiyyətlər olsa belə heç kim mənə məhz milli,dini,irqi xüsusiyyətlər toplusu ilə doğulmağımı iddia bele etməyimə imkan vermir.Sadəcə mənəvi dəyərlər baxımından əsrlərlə formalaşmış və Azərbaycanlı olaraq adlandırılar bir ailədə doğulmuşam,bunun genetik kodlanması falan yoxdur və mənə bir fərqlilik yaratmır.Bunu daha erkən yaşlardan qəbullandığım üçün bunu üzərində dayanılmayacaq və düşünülməsi əhəmiyyətsiz bir şey hesab etmişəm və daha çox İnsan olaraq doğulmanın fərqinə varmağa çalışmışam.Bəli,kosmopolitizmi irəli tutaraq deyə bilərəm ki,sosiumun bütün fərdləri mənim üçün ilk növbədə sadəcə bir İnsandır.Onların rolu və mövqeyi isə Öz seçimləri ilə bağlı olan məsələdir.Bunun milliyətə,cinsiyyətə,dinə,irqə heç bir yaxın və uzaq əlaqəsi yoxdur.

Hələ uşaq ikən nənəmin namaz qılması zamanı onu təqlid etməyə çalışardıq,nənəm isə bizə əsla mane olmaz əksinə namazına diqqət edər və qıldıqdan sonra həmişə bizi sevib əzizləyərdi.Bəlkə də namaza və dinə olan ilk sevgimi Nənəmin bizə olan sevgisi kimi qazandığımı deyə bilərəm.Amma bu sevgi zamanla daha da böyüyərək fəlsəfi mənasını itirdi və qorxunun sevigdən üstün olduğu və Özünə belə şübhə edilə biləcək bir psixoemosional hal ilə nəticələndi.Əslində ətrafımdakı heç kimə ziyan olmasa belə Öz şəxsi inkişafımın qarşısını aldığını və psixoloji gərginlik yaratdığının çox sonralar fərqinə varacaqdım.Bunun isə yalnız və yalnız bir səsəbi var idi:Dini həqiqi mənasına varmaqdan çox uzaq bir səviyyədə təqlid olaraq yaşamaq.Hansı ki,bugünkü ətrafımdakı “dindar qardaş” titulu ilə yaşayanların böyük əksəriyyətində bunu müşahidə edirəm və bu məni həm qorxudur,həm də təəssüfləndirir.Bu hal nəinki Allahın bizə buyurduğu İslamı yaşamağa imkan vermir,eyni zamanda yüksək təkəbbür hissi ilə bundan ehtiyacsız olduğumuzu düşündürür.Universitetin birinci kursunda tədricən dindən uzaqlaşırdım,o zamankı fikrim ilə “azad” bir həyat tərzinə başladım.Heç bir ritualları yaşamamaqla bərabər əslində az-çox bildiyim və təəssüf ki, hər şeyi bildiyim düşüncəsi ilə ara-sıra mənasız mübahisələrə də girişir və suallarım cavabsız qalınca qürurlandığım bir həyat tərzi ömrümə hakim kəsilirdi.Sonralar Goethenin dediyi kimi,ən yaxşı qulun özünü azad bilən qul olduğunu anlayacaqdım.Amma bunu da bildirməliyəm ki,dinlərə qatı şəkildə nifrət etdiyim bir zamanda belə Yaradıcı qüvvənin olmasını heç bir zaman,əsla və qətiyyən danmamış,əksinə Onun kim və ya nə olmasını axtarmışam.Mənim dindən daha asan bir şəkildə,sürətlə uzaqlaşmağıma səbəb isə İsrail Baş Nazirinin dediyi kimi ətrafımdakıların Məhəmməd dövrünün Quranın ifadə etdiyi və Onun tərbiyəsini almış müsəlmanları olmaması idi, “irsi müsəlmanlar” idilər.Və dinsiz davam edən bir neçə ildən sonra düşünməyə başlamışdım.Bəli,Sözün həqiqi mənasında düşünməyə.Və fərqinə varırdım ki,məhz düşünmək insanı xöşbəxt edirmiş,hansı ki,Qurani-Kərimdə kəlimə və ya cümlə şəklində  ən çox ifadə edilən ibarələrdən biridir.Xüsusilə,bəlkə düşünəsiniz kimi sonluqla bitən ayətlərə xüsusi önəm verilməsinin tərəfdarıyam.Düşünürdüm.Hələ o zamanlar peyğəmbərlərin şizofrenik olması qənaətində olduğum bir zamanlar idi.Çünki,cəmiyyətin elmi savadı bununla kifayətlənirdi,dini yaşayanlar fanatik,ateistlər isə sərhədsiz “azad qullar” idilər.Və gənclik ehtirası ilə dolu olan birisinə nəfsinin tərbiyəsindənsə Ona qul olmaq fəlsəfəsi daha çox xoş gəlirdi.Və mən düşünürdüm.

Yalnız  bir  ayə  mənim  həyatımı kökündən dəyişdirdi.Məhəmməd peyğəmbər savadsızdır.Təhsilsiz bir gəncdir.Ancaq ağılsız əsla deyildir.Bunu dindarlar da,ateistlər də təsdiqləyər.Dindarlar sadəcə Allahın rəhməti olaraq yer üzünə göndərilən peyğəmbərin tamamilə üstün xüsusiyyətləri ilə xatırladıqları üçün,ateistlər isə ibtidai icma cəmiyyətində yaşayan ərəblərin birbaşa feodalizmdə yaşamasına səbəb olan İslam mədəniyyətinin banisi olaraq bunu əsla danmazlar.Nevrotik statusa gəlincə isə ateistlər bu mövzuda dinin ümumbəşəri nevroz olduğunu iddia edəcək qədər daha sərt yanaşmalara sahibdirlər.Mən ümumi mənada ziddiyət ola biləcək məsələlərə toxunmaq istəyirəm.Məhəmməd peyğəmbər səyahət edərək iki dənizin qovuşmasını görə bilərdi,öz istəklərinə uyğun şəkildə hər hansı iddialar da irəli sürə bilərdi,ancaq dağların hərəkət etməsini,hər şeyin sudan təkamül etməsini və hələ 20 əsrin əvvələrində Habblın kəşf etdiyi kosmik genişlənməni isə əsla və qətiyyən bilə bilməzdi.Bu sadə reaksiyadır.Burada nəinki Onun,hətta bütün İnsanlığın o zaman üçün bilməyəcəyi və hətta günümüzdə mənası gizli qalan fikirlər olmaqla yanaşı Mənim qənaətim ilə məhz ən Ali Şüur tərəfindən İnsanlara rəhmət olaraq bildirilmişdir.Allahın zatını sifət olaraq izah etmək bizə uyğun bilinməmişdir.Bu mənada bu mövzu üzərində heç bir fikir irəli sürmək iddiasında deyiləm.Bildirmək istəyirəm ki,məhz bu ayə (Zariyat 43) mənim Qurana,dolayısıyla,İslama və onu bizlərə çatdırmaqla təyin olunmuş Məhəmməd peyğəmbərə və Onun bizə izah etməyə çalışdığı Allaha iman etmiş oldum.Sadəcə bunu başa düşdüm ki,biz Quranı haqqı ilə oxumamışıq.Eyni zamanda İslam dünyasına ləkə olaraq sayılan bəzi keyfiyyətlər isə sadəcə onu mənimsəmiş hər hansı yerli tayfanın öz keçmiş adət və ənəsini sintez etmək niyyətinin nəticəsindən başqa bir şey deyildir.Bizim bir çoxlarımız üçün dini ritualları icra etmək və bəzi sünnət olan əməlləri etmək dindar titulu ilə yaşamağımız üçün kifayətdir və hətta bir üstünlükdür.Ancaq öz əməlinin və həyatının mahiyyətinə varmayanlarımız da kifayət qədərdir.Burada izahını vermək istədiyim bir çox məsələlər ilə razılaşmayanları səbirli olmağa və anlamağa dəvət edirəm,çünki,bu sırf subyektiv olaraq qəbullanılmışdır və haqq demək deyildir,əlbəttə ki,ən doğrusunu Allah bilir.

Namaz nədir? Dinin dayağı olaraq adlandırılan rituallardan biri olub adını ibadət etmək kəlməsinin şəkildəyişməsindən götürmüşdür.Namaste=namas(ibadət edirəm)+te(sənə).Bu kəlimə bir çoxlarına tanış olacaq,şübhəyə də sala bilər,ancaq bunu demək istəyirəm ki,mədəniyyətlərin çulğalaşdığı bir ərazidə və zamanda rituala ad olaraq bunun seçilməsi sadəcə onun istiqamətini müəyyənləşdirir,mənasına varmaq üçün isə İslamın əsas hansı fəlsəfəni təlqin etdiyini düşünmək lazım olduğunu çatdırmaq istəyirəm.Bayaq da dediyim kimi,Quranı haqqı ilə oxumaq lazımdır.Bizim bir çoxumuz isə onu bədii ədəbiyyat kimi oxumağa üstünlük verir,bəzilərimiz mənasını bilmədən ayələri əzbərləyir (niyyət isə nəfsə uyğun şəkildə olacağı kimi yalnız və yalnız faydalanmaqdır),bəzilərimiz isə kor-koranə şəkidlə Allahı tanımayaraqdan qorxu hissə ilə onu satın alaraq suvenir kimi evlərimizin bir küncündə saxlayırıq.Allahın buyurduqlarını insan sözü kimi oxuyub keçmək olar,ancaq əmin olun ki,əsla nə onu mənimsəcəyək,nə anlayacaq,nə də faydalana biləcəksiniz.Qurani-Kərimdə namaz haqqında kifayət qədər izah və əmrlər vardır.Mən onu eynilə kompüterin yenilənmə düyməsi kimi qavrayıram.Allahın həmişə və hər yerdə olduğunu qəbul edən qul kimi həmişə Onun hüzurunda olduğumu bilirəm,sadəcə namazda bunun belə olduğunu hesab edənləri bu haqda bir daha düşünməyə dəvət edirəm.Namazın ilahi mesajı məhz bizim bədənimizdə daşığıdığımız  ilahi ruhun (bu haqda bizə az bir məlumat verilmişdir) öz daxili sabitliyini bərpa etməsi üçün gərəkli bir ritual olmasındadır.Namazdan qabaq alınan dəstəmaz isə olduqca ibrətamizdir.Dəstəmazı təmizlik kimi qavrayırıq.Əsas məqam isə bədəndə toplanmış artıq yüklərin boşaldılmasıdır.Su və torpaq ilə dəstəmaz alına bilinməsi isə artıq izahata ehtiyac qoymur.Eyni zamanda dəstəmaz zamanı yuyulan və məhs çəkilən nöqtələrə baxaq.Niyə məhz qarnımıza,budumuza,boynumuza deyil,baş-əl-ayaq istiqamətində təmizlənmə apardığımıza diqqət edək.Məktəbdən fizikanı xatırlayanlar daha asan anlayacaqlar.Belə ki,Faradeyin kiçik bir təcrübə ilə sübut etdiyi kimi yüklər kürənin səthində toplandığı kimi insan orqanizmində də məhz mərkəzdə deyil,periferiyada toplanır.bunlar isə əl-ayaq-başdır.Tüklər isə elektrik yüklərinin toplandığı və ötürüldüyü bir hissə olduğu üçün həmin periferik hissələrin məhz tüklü nahiyələrinin yuyulması məsləhət görülmüşdür.Dirsəkdən aşağı nahiyənin yuyulduğu,yuxarının isə yuyulmaması,eyni zamanda ayağın üzərinə və başa məhs çəkilməsi,ayaqaltına və başın digər hissələrinə vacib buyurulmaması fikrinin əsasında məhz artıq yüklənmədən azad olunma dayanır.Namaz eyni zamanda bizim bioritmləri tənzimləyir.hər şey kimi kosmik bir parça olan İnsan üçün isə Kosmik enerji ilə balanslaşmanın nə qədər əhəmiyyətli olmasının demək artıq gecikmiş bir fikir olacaqdır.Dolayısıyla enerjisi tükənən bir telefonun yüklənməyə qoyulması kimi namazın da insan üçün nə qədər vacib olunması artıq tam aşkardır.Telefonunuzu gündə 5 dəfə yükləsəniz əsla enerji qıtlığından əziyyət çəkməyəcəksiniz.Eynilə Namazın da İnsana təsiri bu şəkildə baş verir.Təmizlik və mənəvi reabilitasiyanın isə məxsusi bir əhəmiyyəti vardır.Dini ritualların mənəvi faydaları barədə danışmaq istməməyimin səbəbi onun bir çoxlarımıza məlum olmasındadır.Bu şəkildə reaksiya etməyən çoxlarımızın isə əsas problemi dini mənəvi zövq və xoşbəxtlik yolu kimi deyil,məhz nəfsi rahatlıq prinsipi ilə yaşamağımızın səbəbindəndir.Oruc haqqında sadəcə kiçik bir elementi xatırlamaq istəyirəm. Hər gün orta hesabla qidalanmağa 2 saat vaxt sərf edirik.Bunun il üzrə cəmi Ramazanda qidalanmadığımız,dolayısıyla oruc tutduğumuz günlərin sayı qədərindədir.İl ərzində qidalandığımız qədər fizioloji reabilitasiyadan keçməyimizə səbəb olan Oruc ibadətinin nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün sadəcə bir daha düşünməyimizə dəyər.Təkamülə gəlincə isə düşünürəm ki,təkamül var və mənimlə razılaşmayanlara Ənbiya surəsini oxumağı məsləhət görürəm.

Əlavə olaraq taleh və qismət anlayışlarına kvant fizikası baxımından tapdığım izahatlar məni bir daha qətiyyətlə İslama bağlamış oldu.Qurani Kərimdə bu istiqamətdə kifayət qədər ibrətlər vardır.Oxuyucuları onu düşünərəkdən bir daha oxumağa dəvət edirəm.

Bəli,mən bugün əvvəlki təqlidçi müsəlmandan fərqli olaraq düşünən müsəlmanam və bu mənə zövq verməklə yanaşı onu bir həyat tərzi olaraq yaşamağı təlqin edir.İslamı düşünərək yaşamağınız duası ilə hamınızı Allaha əmanət edirəm,çünki,O əmanətkarların ən gözəlidir.

“İslam dini və Mən” kateqoriyasından olan yazıda müasir dövrün sözün həqiqi mənasında yaşanıla bilinməyən İslamın problemləri və bu anlaqsız vəziyyətdə çox təəssüf ki,müsəlman adını sadəcə titul olaraq daşıyanların praktiki problemlərinin öz müşahidələrim çərçivəsində olan analizini vermək istərdim.Dəfələrlə İslamı sevmədiyim bildirilirsə də heç üzülmürəm,çünki,İslamı sevdiyim üçün Allahı tanımıram,əksinə Allahımı tanıdığım üçün İslamı sevirəm.Ancaq,həmyaşıdlarımın toplaşdığı çayxana və ya çayevlərindən tutmuş ta məscidlərə qədər nəfsani şəkildə yaşanan İslam dəyərlərinin onun əsl fəlsəfəsindən nə qədər uzaq olduğunu görmək heç də çətin deyil,sadəcə hər çay udqumu arasında gözaltı nəzər yetirmək kifayətdir ki,saqqal saxlamaq,hop ya bismillah demək,hər gələcək utopik xəyala etimologiyasını bilmədikləri “Amin” deyərək,çaypulunu kimin verəcəyi ümidilə “Əlhəmdülillah” kəlməsini «xoşniyyət» naminə daha da uzadaraq öz “müsəlman” titullarından fəxr-qürur hissi keçirən növcavanlar başdan başa zinakar olmaqlarına baxmayaraq səni İslama dəvət edirlər.Oralarda başdan tutmuş dırnağa qədər zina əməliyyatı aparılır.Məgər spirtli içkilər satılan yerdə,sinəsini daha iri göstərmək naminə buzqalterin altına xüsusi qabardıcı vurduğu,maksimum 50 aznlə dodaqlarını şişirtdiyi,dəsgahı gətirən zaman xüsusi əda ilə çay süzən xidmətçini incə detallarına qədər süzmək və nəhayət başını keçi saqqalı kimi yırğalayaraq "Əuzubillah" demək və bunun müqabilində sevgili həyat yoldaşını evdə qayğıkeş həsrət içində gözlətmək zina deyilmi? Zinanı cinsi əlaqə kimi başa başa düşənlərə xatırlatmaq istəyirəm ki,peyğəmbərin hədislərdə buyurduğu göz,dil və s.orqanlar vasitəsilə də zina etməyin mümkün olmasını heç bir tibbi-praktik üsulla izah etmək olmaz,ən sadəsi ona görə ki.bu üzvlərin ehtiras oyatmasına baxmayaraq özləri bilvasitə deyil,bilavasitə iştirakçı funksiyaya malikdirlər.İslamı çayxanada öyrənən toplumun sonunu kitabxanada görmək ironik də olsa sevinc bəxş edirsə belə işin mahiyyətinə varanda görürsən ki,oxuduqları eşit-düşünmə-inanmasan da qəbul et üçlüyündə şüuru həbs edən informasiya toplusundan başqa bir şey deyil.Və nəhayət ki,İlahi bağlılıqları 100 faiz,DNT bağlılığı 50 faiz  olan kimsələr təriqət bağlılığı 25 faizdən də aşağı biridirlər.Səbəb isə anladıqlarının yaşamamaq və yaşadıqlarını anlamamaq bədbəxtliyidir.

Bir gün reanimasiyada yatan xəstələri haqda məlumat almaq istəyənlərdən biri ilə həkim arasında olan dialoqa məcburi qulaq şahidliyi etməli oldum,məqsədim etika naminə xəstə yaxınlarının məlumat almasını gözləmək və həkimdən bir praktiki məsləhət almaq idi.Söhbətin sonluğu isə həm güldürdü,həm də tüklərimi biz-biz etdi.Xəstə yaxınları namaz qıldıqları möhürü əzərək gətirmişdilər.Onu həkimə təqdim edərək,təkidlə xahiş edirdilər ki,bunu suya xəstənin mədəsinə taxılan qida zondu vasitəsilə ona içirdin ki,Kərbəla torpağı ona kömək olsun.Həkimin cavabı isə net və mənalı idi:Kərbəla torpağı şəfalı olsa idi orada gündə neçə nəfər həlak olmaz,orada yaralananlar isə əsla ölməzdilər.Siz sadəcə Rəhmətinin böyüklüyünə inandığınız Allaha dua edin.Biz onsuz da onun əmrindən kənar bir iş görmürük ki?!-Budur Allahın qəbullanma fərqliliyi,hər şey açıq-aydın ortadadır.Sadəcə pəncərələrimiz fərqli olduğundan gələn işığı müxətlif dərəcələrdə sındırmış olur.

Mən nəyə və niyə inanmalı olduğumu düşündüyüm zamanlarda ilkin cavabını axtardığım sual isə konkret bu idi:Mən ümumiyyətlə niyə inanmalıyam axı?! Cavabımı tapmaqda çətinlik çəkməmişdim,ancaq nəyə və niyə inanmalı olduğumu aşkarlamaq kifayət qədər vaxt aparmışdı,ancaq sonluğun effektiv olmasına görə onu itirilmiş hesab etmirəm,necə ki,Quranda buyrulur:Biz onun istəyindən kənar bir şey etmirik.Əslində bütün paradokslar və həqiqətin sirri məhz burada ortalığa çıxır.Əgər hər şeyi O bilirsə bəs bizim seçimlərimiz nədir və əslində biz nəyi yaşayırıq və ya ümumiyyələ yaşayırıqmı? Əgər əvvəlcədən yazılmış olanı yaşayırıqsa bizim seçimlərimiz nədir axı?!Biz robotuq yoxsa Allahın həqiqətən də Bəqərə surəsində bildirdiyi Öz ruhundan üfürdüyü və Kainatın şərəfi,Yerin əşrəfi olaraq yaratdığı İnsanıqmı?Bu sualları özümdə cavablandıra bilmişəm və paylaşmağımın niyyəti həqiqətin sirrinə vaqif olmayanlara da aşkar olunması və neçə-neçə kimsələrin də haqqı ilə hidayət tapmasındadır.Bəli,bir insan mənəvi konteksdə ümumiyyətlə inanaraq yaşamalıdır,istər daşa olsun,istər danaya və istərsə də Allaha.Fərq yalnız inanılan obyektin mahiyyətindədir,ancaq prosessual olaraq effektin hər 3 istiqamətdə alınmasının mənası sırf inanılan obyektin özü ilə deyil,həmin inanma prosesinin özü ilə bağlıdır.Qurani-Kərimdə belə buyrulur:Məndən israrla istəyənlərə verərəm,istər dünyanı istəsin,istər axirəti.Ancaq axirət yurdu əbədi və necə də gözəldir.Ona görə də danaya büt olaraq inanan və dünya uğurları qazanan bir kimsəyə 2012ci il 21 dekabrdan sonra belə danaya inandığı üçün bunları qazandı demək gülməli deyil,sadəcə geridüşüncəlilik və ümumiyyətlə düşünməməzlik patologiyasının nəticəsidir.Onu bu mövqedə tutan və cəmiyyətin digər üzvlərindən seçən onun məhz inamının özüdür ki var.Ancaq qəbullandığım İslam fəlsəfəsinə görə bəli,bu inam onlara bu dünya üçün istəniləni vəd edirsə onu tamamlamır və total həyat xoşbəxtliyi vəd etmir.Bunu qəbul etməyənlərə bir iradım yoxdur,ancaq növbəti izahatlarımda müəyyən tərəddüdə düşsəniz mütləq Quranı oxumağınızı məsləhət görürəm,özü də düşünərəkdən oxumağınızı rica edirəm.Bəli,diqqətlə oxusanız anlayacaqsınız ki,məhz nəyə görə Allaha inanmaq və İslam yolu ilə inanmaq lazımdır.

İlkin mərhələdə niyə inanmalı olduğumuz məsələsini aydınlaşdırdıq.Əks halda həyat praktiki olaraq boş və mənasız sayılan günlər toplusundan başqa bir şey olmaz,süstlük fiziki və psixoloji cəhətdən insanı məhvə sürükləyər və ölümün yaxınlaşmasını sürətləndirməkdən başqa bir şey etməmiş olarıq,bu məqamda nəyə və niyə inanmağımızın və sonluğumuz haqda nə düşündüyümüzün isə fərqi əsla olmaz,çünki biz zatən inanmırıq ki?!

Nəyə və niyə inanmalı olduğumuzu isə bir aforizmin mənasını tapmağa çalışmaqdan başlayaraqdan aşkarlamağa cəhd etdim və nail olduğumu düşünürəm.Əlbəttə,mənim-İnsan özü əslində bir yadplanetlidir deməyimi qəbullanmayanlar üçün bunu da əxz etmək bir o qədər asan olmayacaq,fəqət başadüşülməyimdən daha çox Sizlərin düşünməyinizi istəyərəkdən öz fikirlərimi izah etməyə çalışacağam.Həzrət Əli belə buyurur:İnsanlar yuxudadırlar,öldükləri zaman ayılarlar.Qəbullanmaya bilərsiniz,ancaq ən azından mənim üçün belədir.Bir həqiqətə həmişə inanmış və hörmətlə yanaşmışam ki,mənim həqiqətim sizlər üçün həqiqət olmaya bilər,necəki bunun əksi də doğrudur,ancaq sizlərin və mənim həqiqətimdən də üstün bir həqiqət vardır və bunun üçün də burada,ən doğrusunu Allah bilir demək ən gözəlidir.Sizi bu sual düşündürə bilər:Bəs mən nə üçün bunu qəbul edirəm və bununla əslində nə demək istəyirəm.Bunu oxuyucuların böyük əksəriyyətinin fikrində dolaşan əsas sual ola biləcəyini düşünürəkdən sadə terminologiya ilə izah etməyə çalışım.Biz əslində bir xəyalıq,bir yuxuyuq.Aforizmi tam başqa istiqamətdə yoza biləcəklər də az olmayacaqdır,əslinə bunun Haqqdan uzaq düşmüş qəflətdəkilər üçün deyildiyi də güman oluna bilər.Mənim izah etməyə çalışdığım mənanın isə daha çox hidayət mexanizmlərini özündə əks etdirdiyi düşüncəsi ilə  yola çıxaraq bunu bildirmək istəyirəm ki,fiziki aləmin əslində bir xəyal və ya təzahür olması ideyası işığın dualistik xassəsinin ortaya çıxması ilə başlamışdır.Doğrusu budur ki,maddə dediyimiz bir şey əslində bir xəyaldır.Bəs o zaman biz bir xəyalımı yaşayırıq,bir yuxumu görürük? İmtahan deyilən şey nədir əslində və bu dünyanın praktiki əhəmiyyəti nədən ibarətdir ki?! Bəli,çoxlarımızın əslində həqiqət və reallıq olaraq qəbul etdiyi yaşadığımız bu dünya və kainat da daxil olmaqla bütün var edilmiş hər şey əslində bir xəyaldır.Maddiyat sadəcə bir xəyaldır.Belə ki,laborator şəraitdə aparılan bir sadə təcrübə ilə aşkar olunmuşdur ki,təbiətdə nəinki işıq,istənilən maddi olaraq adlandıra biləcəyimiz hər şey dualistik xüsusiyyətə malikdir.Kvant terminologiyası ilə danışmaq fikrim yoxdur,çünki bu elm böyük oxuyucu kütləsini maraqlandıran bir elm sahəsi olmadığından həyatdakı praktiki vərdiş olaraq yaşadığımız nəsnələrlə bunun əslində nə demək olduğunu izah etməyə çalışacam.Burada ən gözəl nümunə çoxlarının Quran oxumasa belə populizm xatirinə də olsa ən azı bir dəfə baxdığı 3D və ya 7D filmlərindəki baş verən prosesi izah etməklə müqayisələr aparacağam.Əslində,bizə onun necə olması maraqlı deyil.Necə deyərlər,mifin nədən danışdığı yox,nəyə xidmət etdiyi mühümdür.Biz eynəyi gözümüzə taxıb seansı izləməyə başladıqda sanki orada olduğumuzu düşünürük,hətta əlavə effektlər də beynimizin tamamilə bu prosesə konsentrasiya olmasına səbəb olur.Gözün faktiki olaraq görə biləcəyi effekt 4D-dən artıq olmasa da əlavə effektlər ilə prosesin daha yaxşı qavranılmasına nail olunur.7D filmlərdə seanslar daha qısa və effektlidir.Ölçülərin sayının artırılması isə prosesə cəmlənmə və qavrama koeffisientini yüksəldir.Bəli,biz seyr edirik və özümüzü orada hesab edirik,bir sözlə orada yaşayırıq,səhnədə baş verənlər bizdə hislər oyadır,qorxuruq,sevinirik,ürəyimiz bulanır,oturacağın silkələnməsi və sairə effektlər isə xüsusi rəng qatır.Ancaq bütün bunlar hamısı eynək gözümüzdə olana qədər və kinozalın işıqlarının yandırılıb ekranın söndürülmüsəniə qədər beləcə davam edir.Bu filmlərin mütəxəssislər tərəfindən müsbət qarşılanmamasına səbəb isə beynin reallıqlar arasında adaptasiya problemlərindən əziyyət çəkməsi,zədələnə bilməsi ilə əlaqədardır.Və əslində həqiqətən də belədir.Biz bir xəyalı yaşamış olduq və onu reallıq kimi qəbul etdik,hətta yelləncəkdə həqiqətən də yellənirmiş kimi iki dərə arasından keçərkən azca da olsa narahat olduq,bəzilərinin isə hətta ürəyi belə bulandı.Bunu danmaq olar,ancaq fizioloji olaraq beyin buna belə cavab verir.Bu həyat da eynilə XD formatındakı kinoseans kimidir.Gözümüzə bir eynək taxılıb və bizə bir film göstərilir.Biz isə xəyallar içində yaşamağımıza baxmayaraq onu reallıq kimi qəbul edirik və düşünürük ki,real olan budur və başqa bir həqiqət və ölüm sonrası bir dünya axtarmağa ehtiyac bele yoxdur.Quranda da dəfələrlər birbaşa və ya dolayı mənalarla ifadə olunan və hədislərlə təsbitləndiyi kimi bu dünya bir sınaq dünyasıdır.Bəli,biz burada imtahandayıq,imtahanın sirri isə seçdiklərimizlə bağlıdır.Əslində bunlar bir-birilə zəncirvari hadisələrdir.İnşaAllah ki,onları doğruya yaxın ola biləcək və anlaşıqlı bir dil ilə öz şüur səviyyəmə uyğun izah etməyə çalışacağam.İmtahanın sirri burasındadır ki,biz xəyal və əslində bir heç olan nəsnələr arasında nələri seçəcək və nələrdən imtina etməyi bacaracağıq.Bunların bir heç olduğunu qəbullanan insan şüurca kamilləşmiş birisidir,fəqət bu Şeyx Nəsrullah kimi,qabaqda-Gəda,Sən bilməyirsənmi məgər mənim təamım bir qurtum su və bir dənə xurmadan ibarətdir-deyib,arxada yağlı plovu aşırtmaq demək deyil.Əməllər elə bir flash-karta yazılır ki,həcmi limitsiz və xüsusi kodlara malikdir.Əməl dəftəri deyilən bu çipset xüsusi “sistem” tərəfindən dekode olunaraq oxunulacaq və “İnsana həmin gün nələr etdiyi mütləq bildiriləcəkdir.”Bəs cisim və ruhun mahiyyəti nədir ki? Ruh haqqında Quranda İsra surəsində belə buyrulur:Ruh haqqında bizə az bir qisim məlumat verilmişdir.Elədir ki,var.Həddimi aşmaqdan Allaha sığınaraq ruhun mahiyyətini təfsir etmək niyyətindən uzaq olaraq sadəcə bunu demək istəyirəm ki,cisim ruhun xüsusi geyimidir ki,bu xəyallar dünyası üçün gərəklidir.İnsan kosmosa uçan və ya mühitini dəyişən zaman xüsusi uyğunlaşdırıcı mühafizə və mühiti mənimsəmə üçün geyimlərdən istifadə etdiyi kimi,ruhun da bu dünyada geyimi məhz bizim cismimizdir,bu cisim dediyimiz insanın maddi hissəsi isə gözümüzdən XD eynəklərin çıxaralacağı günə qədər (əcələ kimi) bizim istifadəmizdədir.Bu xüsusi geyim vasitəsilə xəyallar içində haqqları seçdiyimiz və nahaqlardan uzaq olduğumuz qədər qiymətləndiriləcək və həmin əcəl kitabına (flash-karta) yazdığımız materiallara uyğun imtahan olunacağıq.Hesab edirəm ki,ölüm-həyat arasındakı fəlsəfəni az da olsa sadə şəkildə izah etmiş oldum,ən doğrusunu isə Allah bilir.

İmtahan zamanı robot mexanizmi və ya fərdi seçim arasındakı bağlılığı isə belə izah etmək istərdim.Niyyətim təfsirçiliklə məşğul olmaq deyil,əslində buna haqqım yoxdur,çünki savadım yoxdur,sadəcə əsas şübhə yaradacaq və insanların həqiqətən inanmadığı sadəcə kor-koranə qəbul etdiyi məsələləri məişət terminologiyası ilə izah etməkdir.Burada Harunçuluq ideyalarını görənlər az olmayacaq,amma Harun Yəhya –Tonight (İ`m fucking you) və Gangnam style-mahnısına oynamasına baxmayaraq başqalarından kopyaladığı məlumatların böyük əksəriyyətinin doğru-düzgün təsbit olunmuç fikirlər olduğuna əminliyinizi itirməyin,çünki onlar Harun Yəhyanın deyil məhz təkrar etdiyim kimi dahilərdən nüsxələnmiş ideyalardır.Sizinlə bir məqamda razıyam ki,onun fətva xarakterli populyarlığından istifadə edərək bildirdiyi fikirləri isə qətiyyətlə yaxın buraxmaq olmaz.Peyğəmbərin də buyurduğu kimi elə insanlar gələcəkdir ki,dindən və haqdan ağız dolusu danışsalar belə əməlləri olmadığı üçün onların danışdığı əsən küləklərin apardığı toz misalında olacaq və bir şeyə faydası toxunmayacaqdır.Əmin olun,onların hamısını-Kəkilindən tutub sürüyəcəklər (Qurani-Kərim)-çünki  təfəkkür hadisəsi məhz alın payında formalaşır və onlar bu neməti pisə sərf edərək populizmlə məşğul olurlar.Allah bizləri doğru yola yönəltsin(Qurani-Kərim).Seçim məsələsinə gəldikdə isə belə bir izahatdan istifadə etmək istəyirəm.Təsəvvür edin ki,bir halqanın içərisindəsiniz,bəli,yanılmadınız,uşaqlıqda bir çoxlarımızın belində idman etmək üçün firlatdığı həlqənin içərisində.Riyaziyyatda 2+2=4 olduğunu bilənlər təsdiq edəcəklər ki,həlqə bir dairə şəkilli cisimdir və dairənin də neçə nöqtədən ibarət olmasını demək mümkün deyil,sadəcə qapalı sonsuzluq demək mümkündür.Dairə qapanan bir fiqur olduğu üçün nöqtələrin hər hansı bir məqamda bitəcəyini xəyalən demək mümkündür,nəzəri və praktiki olaraq saya bilməyəcəyimiz üçün dairəni təşkil edən nöqtələrin sayını qapalı sonsuzluq şəkildə qəbul etmək lazımdır.İndi isə həmin bizi əhatə edən dairənin hər bir nöqtəsindən bədənimizə bir tel bağlandığını hesab edək.Bunları N sayda hesab edək.Əlbəttə ki dairənin ibarət olduğu nöqtələrin sayı kimi həmin tellərin də sayı qapalı sonsuzluq olacaqdır.Bu tellər bizim talehimizdir.Allah bizi bu taleh ilə yaratdı,burada tellər seçilə biləcək bütün taleh məsələləri ilə bağlıdır.Biz öz şüurumuz və nəfsimiz üzərinə müqayisə apararaq “uyğun” telləri,dolayısıyla taleləri seçərək öz qismətimizə çevirmiş oluruq.Qısacası talehi Allah bəxş edir,qisməti isə özümüz yazmış oluruq,əks halda imtahan robot mexanizmi ilə həyata keçirilərək tamamilə mənasız bir xarakter daşıyardı.Bizi bu taleh telləri ilə birgə Yaradan Allah bu sistemi tam olaraq xəlq etdiyi üçün icra ediləcək istənilən hərəkətdən xəbərdardır.Allah hər şeyi biləndir.Biz isə öz seçimlərimizi reallığımız olaraq yaşayır.seçimlərimizə uyğun əməl dəftərimizə qeydlər etmiş oluruq.Sonda isə bu əməl dəftərinin şifrəsi açılır və oxunulur və ona uyğun bir şəkildə qiymətləndirilimiş oluruq.Əsas olan cisim və cismani hesab etdiyimiz və əslində xəyal olan maddə deyil,Allahın bizə öz Ruhundan üfürərək bəxş etdiyi ruhlarımızdır.Cisim isə skafandrdan başqa bir şey deyildir.Beyin də daxil olmaqla bütün üzvlər Ruhumuzun bədən geyimi olan cismimizə bu xəyallar dünyasını qavramaq üçün gərəkli olan cihazlarıdır.Görmə sinirinin zədələnməsi zamanı kor olmağımız Ruhu kor etməz,sadəcə bu dünyanı qavramaq üçün gərəkli olan cihazı sıradan çıxardar.Bu sanki oxuyan maqnitofonun tokunun ümumi şəbəkədən ayrıldığı zaman ani olaraq dayanması kimidir.Fizikadan məlumdur ki,cərəyan elektrik ötürücüsündə yalnız qütblər olan zaman axır,ancaq sadə halda sadəcə yüklərin xaotik firlanmasından başqa bir şey deyil.Dolayısıyla əgər həmin kabeli,yəni göz sinirini bərpa etsək görməni,yəni Ruhun bu mühiti görmə şəklində qavrama mexanizmi və ya görmək üçün gərəkli olan cihazı bərpa olunmuş olar.

İnanmalı olduğumuzu ilk başlardan bildik,nəyə inanmalı olduğumuz isə subyektiv məsələdir,sadəcə mən öz adıma deyə bilərəm ki,yuxarıda sadaladığım faktlar mənim Allaha inanmalı olduğuma səbəb olmuşdur və bu mexanizmləri özündə ehtiva edən ən mükəmməl fəlsəfəni İslamdan öyrəndiyim üçün məhz Məhəmməd peyğəmbərin təbliğatını apardığı və quranda İxlas surəsində haqqında bildirilən Rəhman və Rəhim olan Allaha inanmağıma səbəb olmuşdur.

Bugünkü islamın əsas problemi İslamın 6-cı əsr düşüncəsi və terminologiyası ilə yaşanılması və lokal mədəniyyətlərin islamla uyğunlaşdırılmasına çalışılmasıdır.Bu fərqləri duymaq üçün dünya elmlərini ən gözəl şəkildə öyrənməli və Qurani-Kərimi Allahın adı ilə,Onun sözü olaraq oxumaq lazımdır.

 

8 şərh

ctrlA
Yazını bəyənimmi, bəyənməyimmi dilemması qarşısında çox fikirləşdim. Və sonda bəyənmək qərarına gəldim. Mənə «yazını bəyənmə» deyən amil yazının Allahın var olduğunu deyən və dini qəbul edən biri tərəfindən yazılması və bu nüansların yazıda yer alması idi. Mən isə fikirlərimdə «Allahın varlığını qəbul etmir və dinə inanmıram» deyəcək qədər radikal olmasam da, hər halda bu məsələlərdə konkret bir nəticəyə gələ bilməmişəm və müəyyən qədər də ateizmə meyilliyəm. Amma yazını bəyəndim. Niyə? Çünki müəllif Allaha inanmasının və dini qəbul etməsinin səbəblərini açıqlayır. Başqaları kimi dünyaya gəldiyi ailsinə, yaşadığı coğrafiyaya görə müsəlman deyil ki, bunu yazıda da qeyd edib. Müəllifin «Quran möcüzələri»ni xatırladan fikirləri ilə mübahisə etmək fikrim yoxdu. Özünün də dediyi kimi bunlar subyektiv fikirlərdir və məncə, onlara hörmət etmək başda özüm olmaqla hamının borcudur. Düşünürəm ki, hamı dini inancı müəyyənləşdirmək məsələsində müəllifin seçdiyi yolla getməli, yaxşıca araşdırmalı və coğrafi, irsi və bu kimi digər təsirlərə məruz qalmadan bir qərar qəbul etməlidir.
Sonda isə müəllifə müsabiqədə uğurlar arzu edirəm. Birinci olmağa layiq yazıdır :)
Medikamentoz
Oxucudan gözlədiyin reaksiyanı almaq çox böyük xoşbəxtlikdir.Dəyərli fikirləriniz üçün təşəkkürlər :)
DrELM
Buradakı fikirlər subyektiv məzmunlar daşısa da, obyektiv faktlar var. Daha nələr var. Oxuduqca, həqiqi elmə yiyələndikcə insan daha çox Allaha bağlanır, daha yaxındaymış kimi hiss edir, aşiq olur, həyatımızdakı hadisələrinin nəticəsini səbəbi ilə əlaqədirməyi öyrənməyə başlayırsan. Heç şübhələnmədim ki, yazını yazan həkimdir, çünki məhz həkimlər, riyazəyyatçılar, fiziklər, kimyagər və astronomiya ilə məşğul olanlar təbiət elmləri daha dərindən öyrəndikləri üçün axır-əvvəl Allahı tapır. İnam isə sırf insanın vicdanına və Allahın inayətinə bağlı bir şeydir.
Medikamentoz
Təşəkkürlər,fikirləriniz olduqca maraqlı gəldi,reaksiyanız üçün minnətdaram :)
mehbeliyeva

yazığınız fikirlər olduqca məntiqli və subyektiv də olsa məncə obyektivlik xüsusiyyətlərini özündə daha çox əks etdirir.Düzünü desəm,bəzən fəlsəfi nəzəriyyələrlə tanış olduqdan sonra ateist tipli fikirlər keçir ağlımdan,ümüd eləyirəm ki,bir gün bunları tam dəqiqliyi ilə dərk edərəm.Dəyərli əsaslandırmalara görə təşəkkürlər.

Medikamentoz
Necə ki Quranda buyrulur:O istəməsə Siz istəyə bilməzsiniz :)
tarixci1919
İlk öncə məqaləyə görə müəllifə minnətdaram. Mən saytı tez-tez ziyarət etsəm də ilk dəfədir ki, bir məqaləyə şərh yazmağı özüm üçün lazım yox, vacib hesab etdim.  Məqalə həqiqətən düşündürücüdür və bir çox fikirlərimə aydınlıq gətirdi. Müəllifin Dinimizə doğurdan da anlayaraq inanması və öz dəyərli fikirlərini oxculara belə mənalı çatdırması çox sevindiricidir.
Medikamentoz
Dəyərli oxuculara minnətdaram,yazı oxunulmaq üçündür,necə deyərlər,oxunulmursa yazmağa dəyməz :)