Axirətə inanmaq

Vəl yəvmil  ahiri: Axirət gününə inandım,deməkdir.Bu zamanın başlanğıcı,insanın öldüyü gündür.Qiyamətin sonuna qədərdir.Son gün deyilməsi,arxasından gecə gəlmədiyi üçündür.Yaxud dünyadan sonra gəldiyi üçündür.Qiyamətin nə zaman qopacağı bildirilmədi.Fəqəd,Peyğəmbərimiz (s.a.v.) bir çox əlamətləri xəbər verdi.Hz.Mehdi (r.a) gələcək.İsa (ə) göydən şəma inəcək.Dəccal çıxacaq.Yəcüc və Məcüc adlı kimsələr hər yeri qatışdıracaq.Günəş qərbdən doğacaq.Böyük zəlzələlər olacaq.Din bilgiləri unudulacaq.Fisk,pislik çoxalacaq.Göylər və dağlar parçalanacaq.Günəş və Ay qaralacaq.Bunlar qiyamətin böyük əlamətləridir.

   Qəbr sualı vardır.Qəbrdə,Münkər və Nəkir mələklərinə cəvab olaraq bunları ezbərləməlidir və uşaqlara da əzbərlətməlidir: (Rəbbim Allah (c.c) Peyğəmbərim Məhəmməd Mustafa (s.a.v),dinim İslam,kitabım Qurani kərim,qibləm Kəbə.Hansı məzhəbə qulluq edirsinizsə bidə o.Qiyamət günü hər kəs diriləcək.Məhşər yerində toplanacaq.Salihlərin əməl dəftərləri sağında,salih olmayanların əməl dəftərləri isə solundan və ya arxa tərəflərindən veriləcək.Şirkdən, küfrdən başqa hər günahı Allah (c.c) əfv edəcək,dilərsə kiçik günah üçünsə əzab edəcəkdir.

  Əməllərin dartılması üçün (Mizan) vardır.(Sirat körpüsü),Allahın (c.c) əmri ilə Cəhənnəm üzərinə qurulur.Məhəmməd Mustafa (s.a.v.) əfəndimizə məxsus olan (Kəvsər hovuzu) vardır.

  (Şəfaat)  haqdır.Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər,Vəlilər,salihlər,alimlər,mələklər,səhidlər və Allah (c.c) izin verdikləri şəfaat edəcək və qəbul ediləcəkdir.

  (Cənnət və Cəhənnəm) indi vardır.Cənnət,yeddi qat üstündədir.Cəhənnəm,hər şeyin altındadır.Cənnətin səkkiz qapısı vardır.Hər qapıdan bir Cənnətə girilir.Cəhənnəm yeddi təbəqədir.Birinci təbəqədən yeddinci təbəqəyə doğru əzablar şiddətlənir.

 

0 şərh