Fatihə surəsinin şərhi - Əbdül-Əziz Məhəmməd, Ibrahimi Əl-Bəkuviyyu (IV hissə)

  • Quran

I hissə

II hissə

III hissə

Həmd və təriflər Allahındır.

Uca Allah "həmd" ilə öz şəxsini tərifləyib sənə etmiş və Quran-Kərimdə öz şəxsinə tərifləyərək həmd ilə başlatmışdır. Bu barədə Uca Allah özündən başqasına heç kəsə həmd etməsinə icazə verməmişdir. Eyni zamanda Quran-Kərimdə Uca Allah Peyğəmbərinin dili üzrə özlərini bu şəkildə tərifləmələrini qadağan etmək üzrə belə buyurmuşdur: “Özünüzü tərifləməyin (təmizə çıxarmayın). O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir! "
(Nəcm, 32) “Əl-həmdu-lilləh” sözünün əvvəlində olan “Əl” artikl olmaq ilə yəni "Bütün həmdlər Allaha aiddir" mənasını ifadə edir.

Aləmlərin Rəbbi.

Uca Allahın: “Aləmlərin Rəbbi” zikir etməsi, yəni onların maliki, sahibi deməkdir. Hər hansı bir şeyə malik olan hər kəs o şeyin rəbbidir. Çünki "ər-Rab", əl-Malik deməkdir. Əs-Sihah adlı lüğətdə belə qeyd olunur: “Rəbb, Uca Allahın adlarındandır. Başqası haqqında ancaq izafət ilə stifadə edilə bilər. Ərəblər cahilliyə dövründə bu sözü hökmdar haqqında istifadə etmişlər” “Rəbb” kəlməsi, Ağa mənasında da zikir olunmuşdur: Rəbbinin (Ağanın) yanında məni də yada sal!” (Yusuf, 42) Qeyd olunmuş ayədə “Rəbb” kəlməsi “Ağa” mənasında zikir olunur. Eyni zamanda Yusifin (ə) şəriətində "Rəbb" kəlməsi "Ağa" mənasında istifadə edilməsinin icazə verilmişdir. Eləcə də, “Rəbb” kəlməsi islah edib düzəldən, işləri çəkib çevirən, düzəldən və idarə edən mənasına da qeyd olunur. Eləcə də, məbud (İləh) mənasını da əhatə edir. Elm adamları Uca Allahın “Rəbb” adı ilə bağlı belə demişdilər: “Bu Uca Allahın ən böyük adıdır. Çünki dua edənlər bu adı istifadə edərək çox dua edərlər. Quran-Kərimdə bunu da qeyd edə bilərik.Məsələn əl-İmran surəsinin sonlarında, İbrahim surəsində və digər surələrdəki dualar Allaha müraciət edərək “Rəbb” kəlməsi ilə zikir olunur” İmam Qurtubi deyir ki: "Rəbb" kəlməsinin əvvəlində əlif və ləm həriflərini yazaraq "ər-Rab" deyildiyi zaman yalnız uca Allah nəzərdə tutulmuş olar. Çünki buradakı "əlif və ləm" hərifləriəhd üçündür. Əgər "Rəbb" kəlməsinin əvvəlində "əlif və ləm" hərifləri yazılmadığı zaman olsa Uca Allah üçün də qulları üçün də ortaq olaraq istifadə edilə bilər. Məsələn "Allah, qulların rəbbidir" deyildiyi kimi "Zeyd evin rəbbi (sahibi)dir" deyilər. Uca Allah bu vəziyyətdə rəblər rəbbidir və Allahdan başqa bütün "rəblər" (sahiblər) isə yaradıcı və ruzi verici deyil.” (İmam Qurtubi, əl-Camiu li-Əhkami’l-Qur’an, 1/370). Deyirəm: “Rəb” kəlməsi lüğətdə tərbiyə mənasındadır. Tərbiyə isə hər hansı bir şeyi öyrədəndir. Yəni bir şeyi islah (düzəltmə) edənə və ya tamamlayana onu tərbiyə etmiş deyərlər. Bunun üçün davamlı kitablarla məşğul olanlara «Rabbaniyyun» deyilir. Rəb sözü, tərbiyə kökündən törədilmişdir. Uca Allah İnsanları öyrədən və idarə edəndir.

Aləmlər.

Uca Allahın: "əl-aləmin" buyruğu ilə əlaqədar olaraq şərh-əhli və təfsirçilər bir çox fərqli rəylər qeyd etmişlər. Katabə deyir ki: "əl-aləmin" kəlməsi "aləm" sözünün çoxluğudur. Uca Allahdan başqa olan hər bir varlığı aid olunur.” İbn Abbas (r.a) deyir ki: "Aləmlər" cinlər və insanlar
mənasını əhatə edir. Dəlili isə Uca Allahıın: "Bütün aləmlərə xəbərdarlıqçı olsun deyə..." (Furqan, 1) buyruğudur. Lakin Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) isə, heyvanlara xəbərdarlıqçı olmamışdır.” əl-Fərra və Əbu Ubeydə deyir ki: Aləm ağılı çatan
hər bir kəslərə aid olunur. Bunlar də dörd ayrı ümmətdirlər: İnsanlar, cinlər, mələklər və şeytanlar. O baxımdan ağılı çatmayan heyvanlara aləm, deyilməz. Çünki bu şəkildə çoxluq (əl-aləmin və əl-aləmin) yalnız ağılı çatan varlıqlar üçün istifadə edilir.” Ər-Rəbi b. Ənəs də Əbul-Əliyədən
belə dediyini rəvayət etmişdir: “Cinlər ilə insanlar bir aləmdir. Bunların xaricində yer üzünün dörd bucağı vardır. Bu bucaqlardan hər birisində min beşik aləm vardır və Allah bunları ibadəti üçün yaratmışdır.” Deyirəm: Bu mövzudakı doğru və səhih rəy budur ki, hər cür varlıq aləm
kəlməsini əhatə edir. Yəni bütün varlıqlar qəsd olunur. Buna dəlil isə Uca Allahın bu buyruğudur: “Firon dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)” (Musa: ) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün varlıqların) Rəbbidir!” deyə cavab verdi.” (Şuəra, 23-24). Əz-Zəccəc demişdir ki: “Aləm Uca Allahın dünya və axirətdə yaratdığı hər bir şeydir.”
Allah və Onun rəhməti. Uca Allahın rəhmətindən budur ki, məxluqatlar Ona daha çox itaət etsinlər və üsyandan daha çox uzaq olsunlar, o cümlədən Ondan qorxmağı həm də rəhmətinə ümid etsinlər deyə Uca Allah bu barədə bələ buyurmuşdur. “(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm. Eyni zamanda da əzabım da çox şiddətli əzabdır” (Hicr, 49-50). “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)... (Gafir, 3) Səhih Müslimdə Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Əgər mömin Allah qatında olan cəzanın nə olduğunu bilsə heç bir kimsə onun cənnətini ümid etməz. Əgər kafir də Allah qatındakı olan rəhmətini bilsə heç kim onun cənnətindən ümid kəsməz." (Müslim, Tövbə 23)

Məlik sözün oxunuşu.

Təbəri deyir ki: “Haqq-hesab gününün hökmdarı” : "Hökmdar" deyə tərcümə edilən "Malik" sözü üç şəkildə oxunmuşdur: Birinci oxunuş şəkli: Məlikdir. Mənası isə "Hökmdar, mülk sahibi" deməkdir. Bu oxunuş şəklinə görə ayənin mənası belədir: "Varlıqların, hesaba çəkilib cəza
və ya mükafat! Qiyamət gününün hökmdarı, və tək sahibi yalnız Allahdır. Bu sözün ikinci oxunuş şəkli Malikdir. Mənası isə "Hökm vermə haqqına sahib və ya qiyamət gününü gətirməyə gücü çatan" deməkdir. Abdullah b. Abbas (r.a) bu oxunuş şəklini belə izah etmişdir. "İnsanların
cəzalandırılacaqları və ya mükafatlandıracaqları qiyamət günündə hökm vermə səlahiyyəti, yalnız Allaha aiddir. Dünyada olduğu kimi o gün, Allahdan başqa heç bir kimsə hökm verə bilməyəcəkdir" Abdullah b. Abbas (r.a) bu şəkildəki izahından sonra bu ayələri oxumuşdur. “Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir” (Nəbə, 38). Təbəri, birinci oxunuş şəklinin bu səbəblərdən ötəri seçimə layiq olduğunu demişdir: Hökmran və mülk sahibi olmaq eyni zamanda qərar vermək sahib olmağı və hökm vermə gücündə olmağı da əhatə edir. Halbuki Malik sözü, "Hökm vermə səlahiyyətini sahib" şəklində izah edildiyi təqdirdə, hökmranlığı və mülk sahibliyini ifadə etməz. Ayələri daha əhatəli mənada götürmək əlbəttə ki, daha uyğundur. Digər tərəfdən, bu ayədən əvvəlki ayələrdə, Uca Allah bütün aləmlərin rəbbi, yəni özünə itaət edilən ağası, düzəldib düz edəni və sahibi olduğunu bəyan etmişdir. Dərhal o ayənin sonunda da eyni mənası dəyişik bir söz ilə ifadə etməsi əlbəttə ki, ilahi kəlama uyğun deyil. Beləliklə "Məlik" şəklindəki oxunuş formasını əsas götürüb qiyamət günündə bütün mülkün və hökmranlığın ona aid olduğunu söyləmək "Malik" şəklindəki qiraəti əsas götürərək "Qiyamət günündə hökm verməyə yalnız o səlahiyyətlidir." deməkdən daha fəzilətlidir. Bu sözün üçüncü oxunuş şəkli isə Malikədir. Mənası isə "Ey qiyamət gününün Sahibi" deməkdir. Ayəni bu şəkildə oxuyanlar, bundan sonra gələn ayələrə bu ayə arasında əlaqəni
qüvvətləndirmək üçün belə oxumuşlardır. Çünki bunlara görə bu və bundan sonra gələn ayələrin mənası belədir: "Ey, qiyamət gününün sahibi, yalnız biz sənə qulluq edirik və yalnız səndən kömək diləyirik... " Tabəri, bu oxunuş şəklinin də seçimə layiq olmadığını bəyan etmiş, daha sonra gələn ayələrlə əlaqəsini qüvvətləndirmə səbəbinin doğru olmadığını zikr etmişdir. Çünki Abdullah b. Abbas, Cəbrayılın, Uca Allahın Peyğəmbərə "Ey Məhəmməd, de ki: aləmlərin rəbbi olan, Rahmən və Rəhim olan və qiyamət gününün sahibi olan Allaha həmd olsun. Ey Məhəmməd, yenə də ki: " yalnız biz sənə qulluq edirik və yalnız səndən kömək diləyirik " şəklində əmr etdiyini söylədiyini rəvayət etmişdir. Beləcə bu oxunuş şəklinə ehtiyac qalmamışdır.” Elm adamları isə "Məlik" oxunuşununmu yoxsa "Malik" oxunuşununmu daha bəlli olduğu barəsində fərqli fikirlər irəli sürmüşdülər. Hər iki oxunuşu Tirmizi Allahın Elçisindən r rəvayət etmişdir. Əbu Xatim deyir ki: "Malik" yaradanı tərifləmək barəsində "Məlik"dən daha aydındır. Varlıqları tərifləmək barəsində isə Məlik sözü "Malik"dən daha bellidir.
Aralarındakı fərq də budur: Varlıqlardan "Malik" olan adam "Məlik (hökmdar)" olmağa bilər. Uca Allah isə "Malik" olduğuna görə eyni zamanda "Məlik"dir də. Deyirəm: Kimisi də "Malik" sözünün daha bəlli olduğuna dair vacib bir hərf ehtiva etməsini dəlil göstərmişdir. Bu
sözü bu şəkildə oxuyan bir kimsə, "Məlik" deyə oxuyandan on yaxşılıq götürülər. Bu, sözün şəklinə baxdığımız təqdirdə belədir. Mənasına baxdığımız vaxt bunu ifadə etməz. Digər tərəfdən "Məlik" şəklindəki oxunuş da sabit olmuşdur və bu sözdə "Malik" sözündə açıqladığımız şəkildə geniş bir məna vardır. Ən doğrusunu yaxşı bilən Allahdır. 
Məlik (Hakim) adını varlıqlara verilə bilməz. Hər hansı bir kimsənin belə bir ad ilə özünü adlandırması və Allahdan başqa kimsəyə belə deyilməsi icazə verilmir. Səhih Buxari ilə Müslimdə Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Allah Qiyamət günündə yer üzünü ovcuna götürər. Səmanı da sağında düyüb qatlayar. Sonra da: Mən Məlikəm (Hökmdaram), yer üzünün hökmdarları harada? deyər. " (Buxari, Rikak 44; Müslim, Sıfatul-münafikin 23) Yenə də, Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyirduası və salamı onun üzərinə olsun) buyurmuşdur: "Allah qatında adların ən alçaq olanı özünə "hökmdarlar hökmdarı (məliku'l-əmlək)" adını verən adamdır. " (Buxari, Ədəb 114; Müslim, Ədəb) Əhməd b. Hənbəl deyir ki: "Mən hekayəni rəvayət edən ravi Əmr əş-Şeybanidən hədisdə qeyd olunan “ən alçaq” sözünün mənasını soruşdum, o mənə: "Ən alçaq, yəni ən zəlil deməkdir" dedi. " (Müslim, Ədəb 20). Qeyd olunmuş hədisdə aydın açıq aşkar başa düşmək olur ki, hər bir kəsə Məlik adini qoymaq olmaz, amma “Əbdül Məlik” (Hökmdarın qulu) adını qoymaq icazə verilir. Yenə də Əbu Hureyrədən (r.a) belə dediyi rəvayət olunur ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qiyamət günündə Allahın ən çox qəzəb edəcəyi, ən adi və pis görəcəyi adam (dünyada ikən) "maliklər maliki" deyə adlandırılan kimsədir. Halbuki uca Allahdan başqa məlik yoxdur" (Müslim, Ədəb 21) İbnul-Hassar deyir ki: "Məliki yaumiddin" ilə "məliku'1-mulk" da belədir. Bu adların bütün varlıqlar haqqında istifadə etməsinin haram qılındığı barəsində görüş ayrılığı olmamalıdır. Eynilə məliku'l-əmlək demənin haram qılınması kimi." Allahın "Din Gününün Maliki (Hökmdarı)" olması necə başa düşülməlidir? Birinci şərh şəkli: Ərəb qrammatikasında "Malik" kəlməsi feli sifətlərə aid olunur və bu növ feli sifətlərə “İsmu fail” deyilir. Yəni hər bir işin icrasını bildirir. Ərəb dilində adı fail isə, bəzən özündən sonrakına izafə edir. Bu vəziyyətdə gələcək ifadə edən hərəkət mənasındadır.
Belə bir ifadə doğru, səhvsiz, ağlan aydın ola bilər bir ifadədir. Məsələn, bir kimsə: Bu sabah Zeydi vurucudur" dediyi təqdirdə, Zeydi vuracaq demək olar. Yenə də: Bu gələcək il Beytullaha həcc edəndir" dediyimiz təqdirdə bunun mənası: Gələcək il həcc edəcək; deməkdir. Necə ki, hərəkətin, hələ o işi işləmədiyi halda özünə izafə edildiyi də görülən bir xasdır. Bununla gələcəkdə o hərəkəti edəcəyi izah edilmək istənmişdir. Ona görə də Uca Allahın da "din gününün Hökmdarı" buyruğu da bu şəkildə, gələcək haqqında şərh edilib açıqlanır. Yəni o din gününə malik olacaq. Yaxud meydana gəldiyi təqdirdə din gününə malik olacaq, mənasındadır. İkinci bir şərh şəkli: Malik sözü, qüdrətə raci qəbul edilərək açıqlanır. Yəni o din günündə qadir olacaq və ya din gününü var etməyə, meydana gətirməyə qadirdir. Çünki bir şeyin maliki demək, o şeydə qənaət edən və ona güc çatdıran deməkdir. İzzət və Cəlal sahibi olan Allah da hər şeyə malikdir və öz iradəsinə görə o şeyləri çək-çevir edər. Mülkiyyəti altında olan heç bir şey Onun iradəsinə, qənaətinə qarşı çıxa bilməz. Ancaq birinci şərh şəkli ərəb dilinə daha uyğundur. Bunu Əbul-Kazım əz-Zeccaci söyləmişdir. Üçüncü bir şərh şəkli: Əgər: O həm din gününün həm də başqa şeylərin maliki olduğu halda nə deyə xüsusilə din gününü zikr etmişdir? Deyiləcək olsa bu cavab verilər: Çünki dünyada onlar mülkiyyət barəsində (Uca Allah ilə) anlaşılmazlıq içərisində idilər. Firon, Nəmrut və başqaları kimi. O gün mülkündə heç kim onunla çəkişə bilməyəcək, qarşı çıxarmayacaqdır. Hamısı Ona boyun əymiş olacaq. Necə ki Uca Allah: “Bu gün hökm kimindir?” (Mumin, 16) Yəni o gündə Uca Allahdan başqa əməllərin qarşılığını verəcək hakim olmayacaqdır. Bunu da qeyd edim ki, sifət olmaq baxımından "Malik" ilə "Məlik" arasındakı fərq uca Allah "Məlik" olmaqla təqdirdə bu, Onun şəxsi sifətlərindən biri olar. Əgər "Malik" olmaqla isə, bu da onun hərəkəti sifətlərindən biri olar.

Gün.

Gün sözündən məqsəd günəşin batmasına qədər olan vaxtdır. Lakin Fatihə surəsində olan “gün” sözündən məqsəd budur ki, Qiyamətin başlanğıcı ilə cənnət və cəhənnəmliklərin hər birisinin daxil olduqları vaxta qədər ki, zaman üçün zikir olunmuşdur. "Gün" sözü onun qısa bir an haqqında da istifadə edilə bilər. Çünki Uca Allah belə buyurmuşdur: "Bu gün dininizi sizin üçün tamamladım" (Maidə, 3) Gün mənasını verən "yaum" sözünün çoxlu şəkilçisi "əyyam" (günlər) şəklində qeyd olunur. Bunun əsli şəklindədir daha sonra "ya" ilə "vav" idğam edilərək "Əyyam" şəklində olmuşdur. Təbəri deyir ki: “Haqq-hesab gününün” deyə tərcümə edilən "Yaumiddin" ifadəsindəki "Din" sözünün mənası "Cəzalandırma və əməllərin qarşılığını verməsini" deməkdir. Bu ayə də keçən "Din" sözü də bu mənadadır" Abdullah b. Abbas, Abdullah b. Məsud, Katadə və İbni Cureyc də burada ki "Din" sözündən məqsədin, "Cəzalandırma və hesaba çəkmə" olduğunu demişlər. Abdullah b. Abbasım belə dediyi rəvayət edilmişdir. "Yaumiddin" demək, "Varlıqların hesaba çəkildiyi gün" deməkdir ki, o da "qiyamət günüdür." Allah, o gün varlıqlara, etdikləri əməllərin qarşılığını verəcəkdir.”

 

0 şərh