Sən böyüksən, yoxsa saqqalin?

Həzrəti Mövlana bütün din mənsubları ilə görüşər,onlarla söhbət edərdi.Bu söhbətlərdən sonra müsəlman olmaq istəyənlər çox olardı. Elə günlərin bir günü Həzrəti Mövlana  söhbət etdiyi bir rahibdən belə soruşur. Sən böyuksən, yoxsa saqqalın? Rahib dərhal cavab verir. Mən saqqalımdan 20 yaş böyüyəm. Həzrəti Mövlana belə buyurur. Səndən 20 yaş kiçik olan saqqalın ağarmış,lakin sən isə hələ də qaranliqlar içindəsən. Rahib elə oradaca islamı qəbul edir.
 

1 şərh

Bakinets
Yaxşı söhbətdir.