Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

10 üzv, 87 topik

Emilia Clarke haqqında

Çoxlarının “Game Of Thrones” serialından tanıdığı gözəl aktrisa Emilia Clarke kimdir? Onunla bağlı maraqlı məlumatları təqdim edirik.

1. Emilia Clarke kiçik yaşlarında qaşlarına görə dostlarının lağ hədəfinə çevrilib. Anasına qaşlarının çox qalın olduğunu və onları seyrəltmək istədiyini deyib, lakin anası buna icazə verməyib.
2. Emilia Clarke anevrizma xəstəsidir. “Game of Thrones” serialının ilk sezonu bitdikdən sonra məşqçisi ilə idman edərkən huşunu itirən aktrisa, xəstəliyini ilk dəfə orada öyrənib. Ağır zədələr və ya beyin qanaması ilə nəticələnən xəstəlik Clarkenin 4 gün reanimasiyada qalmasına səbəb
olub.

Davamı →

İsmayıl Osmanlı haqqında

Realist aktyor məktəbinin tanınmış simalarından olan İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə kasıb ailədə doğulub. On bir yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl daim tamaşaçılar qarşısına can atır.

Davamı →

Elçin Həmidov haqqında

1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş. Elçinin öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülüb. Bir dəfə əmisigildə onu necə döyürlərsə, üstünə təcili yardım maşını gəlir. Qohumları onu hədələyirlər ki, həkimə heç nə deməsin.

Davamı →

Şahmar Ələkbərov haqqında

1. Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda Şahmar ailəsi ilə birgə Gəncədən Bakıya köçür. Orta məktəbi 15 yaşında bitirəndən sonra sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verməyi düşünür. Lakin bunun əksinə hərəkət edərək, İncəsənət İnstitutuna istiqamətlənir. Anası İzulət xanım buna bərk əsəbləşir. Çünki o, Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi. Lakin Şahmar fikrindən dönmür.

Davamı →

Kinomuzun Həcəri haqqında

Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşaq idi. Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.

Davamı →

Aktyorumuz Tələt Rəhmanovun nakam həyatı

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.
Gənc yaşlarından kino-studiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.

Davamı →

Lütfəli Abdullayev haqqında maraqlı faktlar

1. Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb. Yaxşı səsi olsa da oxumağı sevməyib.
2. Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.

Davamı →

Münəvvər Kələntərli haqqında maraqlı faktlar

Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar ikinci dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir.

Davamı →

Həsən Məmmədov haqqında

1. Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda doğulub. Valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O, isə 2-ci kursda təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə — Mehdi Məmmədovun kursuna daxil olur. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

Davamı →