Mənalı Atalar Sözləri

Keçmişdən bu günə ulu atalarımızdan bizə miras qalan atalar sözlərimiz bizə həyatı yenidən öyrədir, öyüd-nəsihət verir. Biz də bu hikmətli atalar sözlərindən mənalı hesab etdiyimiz 39 sözü sizlər üçün bir yazıda topladıq.

1.Cəfasın çəkən səfasın görər. 

2.Söz qılıncdan kəsərlidir.

3.Təmiz hava girməyən evə həkim girər.

4.Ürək götürməyəni, əl götürməz.

5.Şam bahadı — korun nə vecinə.

6.Ağıllı uşaq nadan qocadan yaxşıdır.

7.Bəxt, gözüaçıq olanların yanındadır.

8.İtə nə qədər daş atsan, o qədər də hürər.

9.Bir cinayətə göz yuman, ikincisini də dəvət edər. 

10.Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.

Mənalı Atalar Sözləri

Mənalı Atalar Sözləri 


11.Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.

12.Pulun sayəsində axmaq da ağadır. 

13.Axmağın min sözü, ağıllının bir sözünə dəyməz.

14.Hər işin öz yeri, hər sözün öz məqamı var.

15.Özgənin yaman gününə gülən öz gününə ağlayar.

16.Ağıllıların yükü axmaqların çiynində olar.

17.Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr.

18.İgiddən yaxşı iş qalar, arifdən – yaxşı söz

19.Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.

20.Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır.

21.Fayda zərərin qardaşıdır.

22.Səbir acıdır, meyvəsi şirin.

23.Aslan öləndə də aslandır.

24.Qarğa qarğaya deyər üzün qaradır.

25.Cəsarətin bitdiyi yerdə əsarət başlayır.

26.Baxma qayasına, baxma daşına, yerisən, çıxarsan dağın başına.

27.Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir.

28.Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər.

29.Bütün meyvələrdən daha şirini insan əməyinin bəhrəsidir. 

30.Quş — dimdiyindən, adam isə dilindən ovlanar.

31.Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.

32.Bildiyindən danış, bilmədiyin səni güdaza verər.

33.Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.

34.Mal ticarətsiz, elm mübahisəsiz, hökmdar siyasətsiz əbədi  yaşamaz.

35.Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.

36.Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.

37.Adam var ki, adamların naxşıdır, Adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən «can» deyər, Adam var ki, dindirməsən yaxşıdır.

38.Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.

39.Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq.

 
 

0 şərh