Cəmşid Əmirovun Qara Volqa əsərindən mənalı sitatlar

Cəmşid Əmirovun “Qara Volqa” əsəri 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Bu əsər Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.

  • Nağıllarda deyildiyi kimi “ bir könüldən min könülə.
  • Ancaq kişiyə gözəllik deyil, bacarıq, mərdlik, sənət lazımdır. Ağıl lazımdır.
  • -Məsələ, əziz dost, cərimədə deyil. Əsl məsələ insanın öz nöqsanını başa düşməsidir.
  • Bürsəli, oğurluğun axırı yoxdur. İndiyədək oğurluq etmisən, nə qazanmısan? Heç nə!
  • Məhəbbət hökmə baş əyməz.

    Cəmşid Əmirovun Qara Volqa əsərindən mənalı sitatlar

  • Dünyada ailə qurmaqdan ləzzətli şey yoxdur.
  • Həyatda hər şey ola bilər, Nerses. Bəzən elə olur ki, adam çətinliyə düşür. Bu qədər ki əlinə pul gəlir, sabaha heç nə saxlamaq istəmirsən.
  • İndi ki özünə xoşbəxtlik tapa bilmirsən, məni necə xoşbəxt edəcəksən?
  • Milis orqanlarının əsas qüvvət mənbəyi onun xalqla əlaqəsindədir.
  • Axı mən də adamam, mənim də mənliyim var, mən də ailə qurmaq, xoşbəxt yaşamaq istəyirəm.
  • Məgər insan təkcə yeyib-içmək, işləyib-yatmaq üçün dünyaya gəlib?
  • -Adam yaxşılıq edəndə tez-tez onu başa vurmaz.
    -Bəzən belə lazım olur, Gena.
  • Mən öz ağlımla yaşayıram. Bir də bilin ki, hər sənət şərəflidir. Lazım gəlsə lap xidmətçi də olacağam, idarədə otaqları da süpürəcəyəm.
  • Ancaq fəhlə qızının namusu mənim üçün, bizim kasıb ailə üçün hər şeydən qiymətlidir.
  • -Nə üçün oxumamısan? — deyə soruşuram.
    -İmkan yoxdu. Maddi cəhətdən yoxluq çəkirdik.
    -Bu standart cavabdır. Çoxları bu cür cavab verirlər. Atası cəbhədə həlak olub, müharibə əlili olduğu üçün ailəyə kömək edə bilməyib. Bu gəncin xuliqanlıq edib cinayət işləməsinə səbəb budurmu? Əlbəttə, yox, onun həyatı çətin olmuşdur. Mən həyata onun kimi qədəm qoyan yüzlərlə adam tanıyıram. Onların arasında indi mühəndislər, həkimlər, elmi işçilər, adlı-sanlı neftçilər, pambıqçılar var. Bəs haqqında söhbət etdiyimiz gənc nə üçün təhsil cəhətcə geri qalmışdır?
  • Mən də onu deyirəm ki, etibar yaxşı şeydir. Dərd orasıdır ki, indi adam heç kimə etibar edə bilmir. Nöşün ki, dünya xarab olub.
  • Lap uşaq yaşlarından cinayət yoluna qədəm qoymuş adamları oğrular dünyasından ayırıb düzgün yola qaytarmaq asan iş deyildi. Axı onların da öz “qanunları ” var.
  • Deməli, bu gənc həyatda qarşısına heç bir məqsəd qoymur, hər şeyə, o cümlədən həyata da, işinə də, yaşayışına da, gələcəyinə də laqeyd baxır. Məhz hər şeyə laqeyd baxdığından sərxoşluq edir. Bu qayda ilə o, oğru yaxud qumarbaz, fırıldaqçı, yaxud quldur da ola bilər. Demək istəyirəm ki, belə bir gəncin qüvvəsini, bacarığını istənilən istiqamətə yönəltmək olar. Əsl faciə də elə buradan başlanır. Kim onu tərbiyə etsin? Kimin köməyi ilə o öz qüvvə və bacarığına inansın?
  • Ancaq Ərəstun Əsgərovun ağlına belə gəlmirdi ki, məhz milis zabiti olduğu üçün sadəlik, təvazökarlıq, insanpərvərlik, qayğıkeşlik, zəhmətkeşlərin mənafeyi naminə fədakarlıq, mərdlik və igidlik sifətlərini özündə tərbiyə etməlidir.
  • Biz qadınlar iyirmi-iyirmi iki yaşınadek oxuyuruq, sənət sahibi olmağa çalışırıq, həyatı güclə başa düşməyə başlayırıq. Otuz beş yaşına çatdıqda isə moddan düşürük.  
  • Hər şeyi dövlətdən gözləməmək lazımdır. Hər halda xuliqanlıqla mübarizə gücləndirilməlidir.  Ancaq, bu işi təkcə milisin boynuna atmaqla olmaz. Xuliqanlıqla bütün ictimaiyyət mübarizə aparmalıdır.
  • Qızım, mən sənə təkcə ana deyiləm, həm də yaxın dostam… Çalış bizim bu dostluğumuzu itirmə, bundan sonra da mənimlə açıq ol, məndən heç nə gizlətmə! Hər nə dərdin oldu, dərhal xəbər ver, birlikdə fikirləşib çıxış yolu taparıq.
  • Sən səhv edirsən, qızım, xoşbəxtlik yağış suyu deyil ki, damcı -damcı adamın başına tökülsün. Xoşbəxtliyə nail olmaq üçün əziyyət çəkmək, yorulmaq bilmədən işləmək lazımdır. Adam yalnız belə əməklə xoşbəxtliyini tapa bilər.
 

0 şərh