Viktor Hüqodan aforizmlər

  • Qadını gözəl yaradan Tanrı, sevimli edən isə şeytandır.
  • Səni o qədər xəyal elədim ki, xəyala çevrildin.
  • Mənə yağışdan danışma, yağ...
  • Eşq ikinin bir olmağıdır.
 
  • Viktor Hüqo

  • Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.
  • Böyük insanlar nadirən tənhalıqda üzə çıxır.
  • Eşq nədir? Küçədə çox kasıb bir gənclə tanış olmuşdum. Eşqə düşmüş gənclə. Papağı köhnəlmiş, paltosu cırılmış, ayaqqabısı yırtılmışdı. Ayaqqabısı su keçirirdi, könlü ulduzlu idi.
  • Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə də gülə bilmədən ölərsiniz.
  • Hamı ölür, amma hamı yaşaya bilmir.
  • Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.
  • Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.
  • Yaxşı qadınla yaxşı kişi birlikdə yaşaya bilmirlər. Çünki qadınlar pis kişilərə aşiq olub yaxşılarla dərdləşərlər.
  • Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir.
  • Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyəcək şeylər yazın, ya da yazılmaya dəyər şeylər yaşayın.
  • Bir məktəb açın, bir həbsxananı azaltmış olarsınız.
  • İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib.
  • Ölüm heç nədir, yaşamaq qorxuncdur.
  • Gülüş günəşdir, o insan üzündəki qarı əridir.
  • Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardır, üç sevgilisi olan qadın isə həqiqi qadındır.
  • Sabahlar həmişə gözəl olacaq deyirlər. Axı bu gün dünənin sabahları deyilmi?
  • Heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil.
 
 
Mənbə: kulis.az
 

0 şərh