Qəribə Atalar Sözləri

 

Bulud ağlar, çəmən gülər.

Atalar sözü

 

  • Doğru danışanın papağı yırtıq olar.
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar.
  • Korlar ölkəsində tək gözlü adam kraldır.
  • Şeytan olmasa qurd qoyunla gəzər.
  • Davakarın şah olsa, ərizəni Allaha yaz.
  • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
  • Çaqqalın yuxusuna toyuq gələr.
  • Qonşunun toyuğu qonşunun gözünə qaz görünər
  • Deməyi məndən, yozmağı səndən.
  • Cinə papaq tikir, şeytana – başmaq.
  • Yavaş atın təpiyi bərk olar.
  • Özü üçün yatır, özgələr üçün yuxu görür.
  • Toy gününü qoyub vay gününü oynayır.
  • Canım — canım dedilər, varım-yoxum yedilər.
  • Qurd yırtdığın bilər, udduğun bilməz.
  • Ulamağın bilməyən köpək sürüyə qurd gətirər.
  • Hər heyvanın balası dalınca gedər, eşşəyin balası qabağınca.
  • Qorxudan çaqqal da pələngin üstünə atılar.

 


Qəribə Atalar Sözləri
Qəribə Atalar Sözləri qeribe atalar  sozleri

Eşşək palçığa batandan sonra yol göstərən çox olar.
Atalar sözü

 

  • Eyni güldən ilan zəhər, arı bal çəkər.
  • Bir aslanla qarışqa arasındakı döyüşdə qalib olmaz.
  • Eşşəyin qədrin atdan düşəndən sor.
  • Anqıran eşşək, öz tayın tapar.
  • Yalançının şahidi çox, arasanda heç biri yox.
  • Çox verdim, dedilər dəlidir, az verdim, dedilər xəsisdir.
  • Düyünün içindəki qara daşdan deyil,
  • ağ daşdan qorxun.
  • Tazıya tut deyir, dovşana qaç.
  • Toyuq yumurtasına görə qaqqıldar.
  • Sən sözü at, yiyəsi özü götürər.
  • Ac doğrayar, tox yeyər.
  • Kül başına küllüklər, qarğalar səni dimdiklər.
  • Çaxırı töksən siçanın boğazına pişikdən pasport istər.
  • Arzu quyudur, doldurmaq olmaz.
  • Heyvanı qulağından tanıyarlar, insanı sözündən.
  • Almanın içində gizlənmiş bir toxum, görünməz bir bağdır.
  • Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
  • Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
  • Fələyin işinə bax, ayıya qaval çaldırır.

 


 

Əsl kar qulağı eşitməyən deyil, qulaq asmaq istəməyəndir.

Atalar sözü

 

 

0 şərh