Xora aid atalar sözləri

İgid igidə xor baxmaz.

Atalar sözü

Xor nə deməkdir? Hansı Mənanı verir?
Xor baxmaq – ikrahla, həqarətlə, alçaq nəzərlə, saymazcasına baxmaq, qiymət verməmək, dəyərsiz saymaq.

  • Bəy dediyin nədir, bəyənmədiyin nədir?
  • Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.
  • Bağa qınından çıxdı, qının bəyənmədi.
  • Dünən yumurtadan çıxıb, bu gün qabağını bəyənmir.
  • Xor baxarsan, ac qalarsan.
  • Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamıdan yuxarı.
  • İşə xor baxma, boynuva torba taxar.
  • Alçaq yer igidi xor göstərər.
  • Qədir-qiymət bilən deyil.
  • Qoz, qabığından çıxdı, qabığını bəyənmədi.


Xora aid atalar sözləri

Xora aid atalar sözləri xor haqqinda atalar sozleri

Heyvana çuluna görə, insana geyiminə görə qiymət vermək düz deyil.

Atalar sözü
 
  • Sənətinə kim xor baxar, boynuna torba taxar.
  • İşə bax, ala qarğa şux tərlanı bəyənmir.
  • Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
  • Yerə düşməklə gövhər qiymətdən düşməz.
  • Özündən yuxarı baxanda, özündən aşağı da bax.
  • Yuxarı evə baxıb, aşağı evi yıxma.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Keçib gəlib Arazı, bəyənməyir Gülnazı.
  • Bağa çanağından çıxdı, çanağını bəyənmədi.
  • Yaza çıxardı danasın, bəyənməz oldu anasın.
  • Həqiqət acıdır: bunu sənə danışan sənə hörmət edir, susan sənə xor baxır.
  • Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.
  • Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin.

Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə.

Atalar sözü
 

0 şərh