Qadinlar haqqında fikirlər

"Heç bir qadın bir kişiylə puluna görə evlənməz. Qadınlar milyoner evlənməmişdən qabaq ona aşiq olacaq dərəcədə ağıllıdılar". (Paveze)
"Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər". (Paveze)
"Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacağım xeyli sənəd-sünəd var". (Kamyu)"Qadın hər şeyi görən gözü də aldada bilər". (Dostoyevski)
"30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir?" (Freyd)
"Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə buruşur". (Höte)

"Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir" (Koko Şanel)
"Əgər qadın yaxşı şey olsaydı, Tanrının da arvadı olardı". (Saşa Quitri)
"Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir" .(Seneka)
"Qadınlar uşaq istehsal edən maşınlardan başqa bir şey deyil". (Napoleon Bonopart)

"Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır". (Viktor Hüqo)
"Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz" (A. Düma)

"Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur" (Evripid)
"Qadın ərə gedənə qədər, kişi isə evləndikdən sonra gələcəyindən narahat olur" (Bernard Şou)
"Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb". (Oskar Uayld)
qadın: hiylə,məkr,məhəbbət,sevgi və hər şey
"Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar" (Helen Rouland)
"Qadın kölgə kimidir. Qovsanız qaçar, qaçsanız qovar". (Çamfort)
"Pisi odur ki, qadınsız da yaşamaq olmur, qadınla da yaşamaq olmur" (Lord Bayron)

"Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur". (P.Sir)
"Qadınların sərvəti ayaqlarının arasındadır". (Onore de Balzak)
"Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək". (Sokrat)

"Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof". (Sokrat)
"Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir". (Tolstoy)
"Qadın siqaret kimidir. Çəkirsən qurtarır, amma ağzında pis dadı qalır". (A.Breton)

"Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər". (Heyne)
"Qadınlar qəribə varlıqlardır. Ya ağıllarında bir şey yoxdur, ya da ağılları başqa yerdədir". (Aleksandr Duma)
"Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz". (Mistler)

"Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır". (Oskar Uayld)
"Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi". (Cak Lemmon)
"Qadınlar zəifdir, amma analar qüvvətlidir". (Viktor Hüqo)

Həmçinin bax: Kişilərin qadınlar haqda fikirləri
 

25 şərh

Xrizoberil
bəziləri necə də amansız təsvir edib, fikirlər söyləyiblər qadınlar haqqında (((

«Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar» (Helen Rouland)
— təkcə bu xoşuma gəldi :P
Dream
mencede qadinlar acimasiz varliqlardi )))
Xrizoberil
bu sizin fikrinizdir, sizlə mübahisə etməyəcəm…
Gülnar
Hüqonun sözündən belə çıxır ki, əsl qadın şeytandan da betərdir )
Dream
o fikir Huqonun olkesindeki qadinlar uchun kecherlidi ) bizim olkede 3 sevgilisi olan qadina basqa sey deyirler )
MaksiMuS
Indi deyirsiz hansi agil,iman,xarakter sahibi oldugunu bilmediyim bir kiminse sözunu qebul edecem?:) sadece bir misal besdi: Mawin gözel ewyadi.ama o agillinin elindeyse.heyati rahatlawdirir.Ama bir axmagin,avtowun elinde ölum makinesidi.Bu menada qadin da ona sahib olduguna uygun xarakter alir.esl kiwinin qadini xanim xatin olar.
Aysel218
tesekkurler..aforizmleri sevirem
lili95

birini de men deyim.muellifini bilmirəm.«Qadınlar daha xoşbəxt məxluqlardirlar.Çünki onların arvadları olmur.»


Balzakın bası xarab olub.

ElcinHesenov
Mövzuya görə təşəkkür həqiqətən də istər qadın,istərsədə kişilər barədə + vəya — rəylər vermək fikirlər irəli yeritmək olar.Ancaq qadınlar nə qədər çox bilsələr də bir o qədər də zəifdilər.Kişi kimi qadınlar olsa belə,namusuna ,qüruruna söz yoxsada qadının hər zaman qoruyucusu həyat yoldaşı yanında olmalıdır ki,onu əzməyə kirləndirməyə çalışmasınlar.Bu həyatın qanunudur.Kişilərdə həmçinin kişi qadınsız ucu bucaqsız bataqlığa bənzər.Nə qədər düşüncəli,həyatgörmüş,ağıllı kişi olsa da kişinin qadına hər zaman ehtiyacı var.Odurki,hər kəsə sağlam ailəyə sahib olmağı diləyirəm!!!
MaksiMuS
Lili o sene ele gelir.Balzak sendende,mendende agillidi belke de.Qadinin ayaqlari arasindaki onun NAMUSU,IFETIdi.eger bir qadin namusunu temiz saxlaya bilmirse demek servetinden mehrumdu.Sözun her 2 menasinda balzak duz deyib.Wexsen 'servetinden' mehrum qadin mencun Tryapkadan da deyersizdi.
Aysel218
Raziyam  fikrinle
Aysel218
Napoleonun fikriyle heeeeec razi deyilem...Gozlemezdim onnan bele fikir :))
lili95
Maks ferqi yoxdu kişi ya qadın.Namusunu,İffətini itirmiş insan sən demiş traykadan fərqli deyil.Sadəcə olaraq belə DAHİ bilim adamının bu məsələni iyrənc şəkildə ifadə etdiyinə irad bildirirəm.mədəni formada, elə bizim dediyimiz kimi desə daha yaxşı olardı.sən bu kəlməni kütlə qarşısənda yüksək səslə deyə bilərsən.məncə yox
Aysel218
aha...burda artiq sen haqlisan...biraz basqa cur de demek olardi :)
Gülnar
Balzakı tənqid etmək üçün ən azı Balzak olmaq lazımdır..İyrənc yox möhtəşəm cümlədi..Gəlin yuxarıdakı cümlələrin əsl mənasını həqiqətən anlamış kimi göstərməyək özümüzü, çünki həmin cümlələrdə fikirləşdiyimizdən daha artıq mənalar gizlənir.
Əliyev
Qadını siqaretə oxşatmaq aforizmi maraqlı idi.
MaksiMuS
Seni bilmirem ama mene göre hec de edebsiz formada deyilmeyib.fikirden cox, onu oxuyandan cox wey asilidi.Balzak qisa ve konkretcesine fikrini catdirmaq isteyib.O ne bileydiki Lili kimi oxucusu var.:)
Aysel218
Lili duz deyir sen bunu butun ktle qarsisinda desen biraz etikadan uzaq chixar… amma umumilikde yuxarida da qeyd etmisemki haqli fikirdi… amma birazca etik deyile bilerdi...neyse…
MaksiMuS
Aysel duzduye kutle icinde demek edebsiz cixar,ama oxumaqcun hecde ele deyil axi.bezi weyler varki onlari sadece oxumaq lazimdi.
Xrizoberil
aydaaa… bu Balzaka nə yaman ilişmisiniz siz? ))) Hər birinin şəxsi fikirləridir, bu qədər böyütməyə heç gərək yoxdur. kimsə nəyisə öz üzərinə də götürməsin, hər halda bu cür şəxslərin fikirlərini bilmək heç də pis deyil. odur ki, mübahisə etməyin. Ancaq Balzak bilir ki, o ifadəni nəyə və niyə elə deyib :P
Shabnam_Ilham

Maraqlı və təzadlı aforizmlərdi. Bəzisi tərifləyir bəzisi də pisləyir. Mənim ən çox bu aforizm xoşuma gəldi :) «Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi». (Cak Lemmon) təşəkkürlər bu arada :)

umud600
Nə düşmüsüz qadınların üstünə. Qadınlar mələkdir, onları şeytan edən kişilərdir. :)
Aysel218
oo chox sag olun :)