Рейтинг
+59.68

Körpəyə qulluq və analıq

37 üzv, 284 topik

Mən valideynəm

Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.
Özünə inam dediyimiz şey nədir?
Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir.

Davamı →

Övladlarımızı ev qəzalarından qoruyaq

Uşaqların böyük bir qismi böyükləri təqlid etməyi istədikləri üçün, mütəmadi olaraq hərəkətdə olduqlarından və mühiti kəşf edərək öyrənməyə çalışdıqları üçün bir çox qəzalarla qarşılaşırlar.
Bəziləri isə diqqətsiz, ani bir hərəkət səbəbindən bir sıra kiçik qəzalar baş verir. Uşaqlarda tez-tez qarşılaşan ev qəzaları  televizorun düşməsi, dərman və kimyəvi maddələrlə zəhərlənməsi, qaynar su tökülməsi, elektrik vurması, pəncərə, balkon, nərdivandan düşmələridir.

Davamı →

Uşaqlarda allergiya və ondan qorunma

Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin allergenlərə qarşı dözümlü olmaması nəticəsində zərər görməsidir. Allergiya toxunmaqla dərini, qoxu ilə gözləri, toz vasitəsilə burunu və bronxları zədələyir. Bu səbəbdən də, heç bir körpə uşağın allergiyaya tutulmamaq şansı yoxdur. Çünki texnologiyanın bu qədər yüksək inkişaf etdiyi, ekologiyanın bu qədər korlandığı bir zamanda körpə uşaqları çevrədən tədric eləmək mümkünsüzdür.

Davamı →

Pis yeyən uşağın qidalandırılması üçün məsləhətlər

Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.
Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Davamı →

Nə edim ki, uşaq xəstələnməsin?

Soyuq fəsillərdə uşaqlar daha tez-tez virus və soyuqdəymə xəstəliklərinə tutulur.
Lakin pediatrlar sübut edir ki, əksər hallarda bunun səbəbi virusların artması deyil, uşaqlara düzgün olmayan baxımdır.
Rusiyalı pediatr Anna Birka uşaqları xəstəliklərdən qorumaq üçün bəzi çox sadə tövsiyələri verib. Sizə bu tövsiyələr ilə tanış olmağa təklif edirik.

Davamı →

Uşaqlarda angina

Angina kimi bildiyimiz tonzilit xəstəliyi badamcıqların iltihabi xəstəliyidir. Əsasən streptokoklar bakteriyası törədir. Payız və yaz aylarında daha çox rast gəlinir. Yoluxma hava-damcı yolu və ya mikrobların qanla xroniki ocaqdan badamcıqlara keçməsindən yaranır.
Adətən kəskin başlayır. Birdən-birə boğazda aclıq və quruluq hissi əmələ gəlir. Elə güclü boğaz ağrısı olur ki, quru yeməyi, hətta mayeni belə udmaqda çətinlik çəkilir.

Davamı →

Uşaqları öpmək olmaz

Uşaqlarda yaranan xəstəliklərdən biri də öpüş xəstəliyidir. Uşaqları öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Bu xəstəliyin əlamətləri, gedişatı necə olur? Ondan necə qorunmaq olar?
Həkim-pediatr Günay Rəsulovanın uşaqlarda öpüş xəstəliyi barədə məqaləsini təqdim edir:
Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%- bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır.

Davamı →

Çağalıq dövründə mövcud olan reflekslər

Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur.
Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır.
İnkişaf prosesində bütün uşaqlar eyni yolu keçir, lakin fərqli keçir. Sağlam uşaqların əksəriyyəti qaçmazdan əvvəl gəzməyə, gəzməzdən əvvəl iməkləməyə, iməkləməzdən əvvəl isə bədənini müəyyən qədər dəstək ilə qaldırmağa müvəffəq olurlar.

Davamı →

Körpənin çənəsi niyə əsir?

Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
Həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir.

Davamı →

Uşaqların böyrəyini qorumaq üçün valideynlərə məsləhət

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır.
Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Lent.az uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu barədə məsləhətlərini diqqətinizə çatdırır.

Davamı →