qızıldan köynək

Hindistanda 32 yaşlı Datta Fuge adlı şəxs özünə 24 əyarlıq qızıldan köynək «tikdirib».

 Köynəyin hazırlanması iki həftə davam edib və bu işdə 15 nəfər iştirak edib. Qeyd edək ki, bu orjinal geyimin çəkisi 3,2 kiloqram, qiyməti isə nə az, nə çox düz 14 min funt sterlinq dəyərindədir. Köynəkdən artıq qalan qızıldan isə qol düyməsi, kəmər və bilərzik hazırlanıb.

 Köynəyi hazırlamaqda Dattanın əsas məqsədi qadınların diqqətini cəlb etməkdir. Onun fikrincə, «heç bir qadın bu köynəyi geyinmiş bir kişini rədd edə bilməz».
PS: Ax, qadınlar, qadınlar. diqqətimizi cəlb etmək üçün daha nələrə əl atmır bu kişilər. 
 

2 şərh

pascal
Ax, kişilər, kişilər...niyə hər qadını pulla, var-dövlətlə ələ ala biləcəylərini düşünürlər...? ;)
asel
qarşı cinsdən biri olaraq siz bunu cavablandıra bilərsiz yəqin ki