Audi R8 LMX


Audi R8 LMX dünyada lazer faraları ilə təchiz edilən ilk seriya avtomobilidir. Saatda 60 km sürət zamanı aktivləşən fənərlər avtomobilin qarşısındakı ərazinin görünməsini və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır.

Bundan başqa, avtomobil kamera əsasında sensor sistemə sahibdir. Bu sistem qarşıdan gələn avtomobillərin aşkar edilməsinə və buna uyğun olaraq faraların işıq selinin tənzimlənməsinə cavabdehdir.

0 şərh