Ağlamaq

Ağlamaq: Rəhmandan quluna bir hədiyyə, bir rəhmətdir!
Ağlamaq: İçdəki çətinlikləri xaricə atmaqdır,çətinliklərdən təmizlənməkdir!..
Ağlamaq: Bəzən peşmanlığın ifadəsidir. Rəsulun itirdiyi oğuluna hədiyyəsi.

Bəzən Rəbbindən üzr istəməkdir.
Bəzən sevgiliyə naz!
Bəzən gileydir!
Bəzən də aydın ola bilməməkdir.   Sanki ağrının yuyunması, torpağa qarışıb yox olmasıdır.
Bəzən sevincin gözlərə yığılması, ardından göz bəbəyindən süzülən dənələrdir   Ürəkdə sevinc fırtınaları qoparkən, gözlərin qəmliliyidir.

Ağlamaq: Bəzən danışmaq nələrsə söyləmək çətinləşdiyində, süzülən damlalarla bunları tək tək yazmaqdır!   Dəqiq, sadə, riyasız heç bir söz tələffüz etmədən duyğuların ifadəsidir.
Bir möminin gözlərindən süzülən damlalar! Bəlkə də digərlərinin qurtuluşuna səbəbdir. Rəbbindən rəhmət olaraq
Bir ananın balasına həsrətinin ifadəsidir.

Ağlamaq: Bir təsəllidir anaya! Sevgiliyə sığınacaqdır.
Ağlamaq: Məcnundan Leyla' ya qalan xatirədir.
Və Rəsulundan ümmətinə mərhəmətdir.

P.S: Ağlamağı bacarırsız?
 

0 şərh