Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

"Filarmoniya"-nın tarixi

kohnə filarmoniya
XIX əsrdə Avropa və Amerikanın bir sıra şəhərlərində (Peterburq, Moskva, Berlin, Nyu-York və s.) yaradılan filarmonik cəmiyyətlər, əsasən simfonik musiqini təbliğ ediblər. 20-ci əsrdə buna bənzər cəmiyyətlər daha geniş yayılaraq, Avropanın sosialist ölkələrində dövlət müəssisəsinə çevrilib.

   İlk filarmoniya 1921-ci ildə Peterburqda, 1922-ci ildə isə Moskvada təşkil olunub. Azərbaycanda filarmoniya təşkilinin tarixi 30-cu illərə gedib çıxır, 1936-cı ildə təşkil olunan filarmoniya elə həmin ildən də Müslüm Maqomayevin adını daşıyır. Sovet dövründə Azərbaycan Dövlət Filarmoniyası respublikanın ən böyük konsert müəssisəsi hesab olunurdu. Bu mədəniyyət ocağının nəzdində simfonik orkestr, mahnı və rəqs ansamblı, Xor Kopellası və simli kvartet fəaliyyət göstərib.


Ardı →

Milli qadın bəzəkləri

Milli qadın bəzəkləriAzərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm  yer tutduğunu göstərir.

3000 il bundan əvvələ aid  Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl  IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.

 Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.


Ardı →

Azərbaycan yəhudiləri

Azərbaycanda yaşayan ən qədim xalqlardan  biridə Yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünür. Azərbaycan  bir müddət Krımçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik  və Gər Yahudilərinə də ev sahibliyi etmişdir. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olmuşdur və bunların 5500-ünü Dağ Yahudiləri təşkil etmişdir.
Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir.
Davamı →

Çövkən - sağlamlıq və sevgi

Chovkən oyunu təsvir edilmiş miniaturAt muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Məsələn, xalq arasında inama görə, əgər yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bu xüsusiyyətlərdir. «Koroğlu» dastanını oxuyub Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var — o, insanların əbədi dostu və köməkçisidir. Bəşər övladı tarixən atdan xeyir görüb, faydalanıb.
Davamı →

Toxuculuq, parçaçılıq

Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
   
   Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədrici inkişaf özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Toxucu kustar fabriklər yaranır. By da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub. 
   
   Tafta- Bu parça ipəkdən toxunur, saya və naxışlı olub. “Tafta” sözünün izahı İranda yer adı ilə bağlıdır. Bu parça sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parcalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVIIəsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış. 

   Qanovuz parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Qanovuzun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə xalq arasında “şahi”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub.
Ardı →

Şəmkir rayonu

Şəmkir haqqında tarixi məlumat...
Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.
Ardı →

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan Əlifbası və Azərbaycan dili Gunu
Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.
Ardı →

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. 
Ardı →

Qaval | Musiqi alətləri

Sədəflə işlənmiş qaval. B. Balabəyovun əl işi. Bakı. 2001.Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir.

Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.

Qaval barmaqlarla ifa edilir. Onun üzərinə nərə balığının dərisi çəkilir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycanərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir.

Qaval Ü.Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. 
Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60-75 mm, diametri 350-450 mm olur.
Davamı →

Milli musiqi alətimiz- Kamança

Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümunəsi kamançadır. Kamança, muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. 
Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.
Davamı →