Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Azərbaycan qalaları

Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.
Azərbaycanda ən qədim qalalar sillop tikintiləridir.
Ardı →

Bakının tarixi

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7-ci əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) «Bakuyə», «Bakuh», «Baku», rus mənbələrində (15-ci əsr) «Baka», Səfəvilər dövrü farsdilli mənbələrdə «Badkubə» kimi qeyd edilir. 9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi.Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq,, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.


Davamı →

Bakı şəhəri

Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur.
Davamı →

Qobustan abidələri

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dürüst tarixi hələ də məlum olmasa da, Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın.
Üzərində günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15000 il əvvələ — paleolit dövrünə aparacaq. Bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcək.
Ardı →

Xınalıq-dağların tacı

Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba bölgəsində, Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Gözəl təbiət mənzərələri ilə dolu bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Təxmin etdiyiniz kimi, söhbət Xınalıq kəndindən gedir.
Bu qədim məkana yaxınlaşarkən diqqəti ilk əvvəl gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən və çoxlu memarlıq abidəsinin olduğu bu kəndin nadir dili və tarixi var. İl boyu qar və buzlaqlarla örtülü olan möhtəşəm Böyük Qafqaz dağlarının əhatəsində yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi bura səfər edən hər kəsi heyrətləndirir.
Ardı →

Corat

Coratın əsl yaşını dəqiq bilən yoxdur. Amma bu kəndin adını öz yol qeydlərində çəkən səyyahlar, tarixçilər, eləcə də çar Rusiyası məmurlarının tərtib etdiyi müxtəlif hesab və məlumat kitablarında Coratın varlı yer olduğuna dair kifayət qədər məlumata rast gəlmək olar. Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.


Ardı →

Xırdalan

Bakının 14 kilometrliyindəki böyük təpənin yamacında bir kənd yerləşir. Bura Xırdalan kəndidir. Kəndin ətrafında artıq böyük bir şəhər ucalıb. Bu isə Xırdalan şəhəridir. Beləcə, qədim tarixdən bu günə — kənddən şəhərə maraqlı keçid alınır. Biz də bu məkana — şəhər içindəki kəndə, dünənlə sabahın görüşdüyü kənd içindəki şəhərə baş çəkdik.


Ardı →

Qala

Abşeron yarımadasının şimal-şərqində, Bakının Xəzər rayonunda yerləşən Qala kəndi qədim yaşayış məskənlərindəndir. Burada e. ə. III minilliyə aid tarixi mühiti hiss etmək mümkündür. 1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya Qoruğu yaradılıb. 156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri — 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Qala Tarix — Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk muzey — Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Davamı →

Mərdəkan

Adı “Mərdlər məkanı” kimi tərcümə olunan Mərdəkan kəndi qədim tarixi abidə və tikililərlə zəngindir. Bu sırada dördkünc Mərdəkan qalası (XIV əsr), dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tuba Şahi məscidi, türbələr (XV və XVII əsrlər), məşhur neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin imarəti (XX əsrin əvvəli) və s. daxildir. Mərdəkanda 4 ümumtəhsil məktəb, 5 uşaq bağçası, internat, musiqi evi, mədəniyyət sarayı, kitabxana, dendrari (nəbatat parkı), xəstəxana, bir neçə sanatoriya və pansionat var.
Davamı →

Fatmayı

Qədim və zəngin tarixi ilə seçilən Bakı kəndlərindən biri də Fatmayıdır. Kənd qəbiristanlığındakı türbə və qəbirdaşı yazıları bu yaşayış məskəninin ən azı 600 illik tarixi olduğunu deməyə əsas verir. Fatmayı kəndi Məhəmmədi, Digah, Pirşağı və Görədil kəndləri ilə qonşudur.


Kəndin yaxınlığında “Aşağı şor” deyilən qurumuş duz gölü və adı əfsanəyə çevrilmiş “Qızıl nohur” gölü yerləşir. Əfsanəyə görə, al-qırmızı paltarlı gəlin bu göldə batdığı üçün bütün göl qırmızı rəngə boyanıb. Elə o vaxtdan gölün adı “Qızıl nohur” adlanır. Əvvəllər kənddə yaşıllıq hədsiz dərəcədə az olub. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olar, dəmyə taxıl və bostan bitkiləri yetişdirərdilər. İsti yay aylarında isə dənizə yaxın yerdə salınmış üzüm bağları əhalinin dadına çatırdı. Küp və bardaqlar dolusu doşab, kisələrlə qurudulmuş əncir, üzüm qurusu, zəncilfərəc (əncirdən hazırlanmış ədviyyatlı şirni) və başqa azuqələr hazırlanardı.


Ardı →