YAŞADI/N.Kəsəmənli

Bu sevginin ömrü belə qısaymış,

Bənövşətək bircə həftə yaşadı,

Sevinməyə səbri belə çatmadı,

Nə yaşadı,qəm tərəfdə yaşadı.

Bu tər qönçə açılmadan  solarmış,

Bu məhəbbət hansı səmtə yol almış?

Sevənlərin günü qara olarmış,

Görən kimlər sevib kefdə yaşadı?...

O ürəkdən güldüyümüz gün hanı?

Sədaqətdən danışdığın dil hanı?

Bu sevginin səhvmi düşdü ünvanı?-

Öz ömrünü elə səhvdə yaşadı.

 

0 şərh