Рейтинг
+60.64

Biologiya

44 üzv, 122 topik

Maraqlı bitkilər

Bu sevimli bitki, quş yumurtasına bənzəyən çox məhsuldar, yumurta böyüklüyündə ağ badımcan növüdür. Bitkinin görünüşünə gğrə «Yumurta Ağacı» adını vermişlər. Dadı çox ləzzətlidir. Saxsıda və bağçada dəyişik növdə badımcan yetişdirmək istəyənlərin əkməsi lazım olan, tez məhsul götürəcəyi bir növdür.


Ardı →

"Kalaniya Orxideya"

Yaşıl qitədə  təxminən 2sm. ölçüdə, formasına görə ördəyi xatırladan qeyri-adi görünüşlü  səhləb çiçəyi «Kalaniya Orxideya» mövcuddur. Təbiət  əbəs yerə heç nə etmir və burda da özünün bir izahı var.

İnsan üçün bəlli olan səhləb çiçəyinin bu növü formaca ördəyi xatırladır. Çiçəyi yuxarı hissəsi dişinin xatırladır və bu erkəkləri cəlb edir. Yox, orxideya onları yemir. Sadəcə olaraq, o çiçək tozcuğu transportyor kimi, tozlanma üçün erkəklərdən istifadə edir. Erkək bir müddət çiçəyin tələsinə düşür və birmənalı şəkildə tozcuqla örtülür.


Ardı →

Genetika nədir

Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı.
Ardı →

Hüceyrə

Hüceyrə haqqında elm sitologiya adlanır. Bu elm hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühit şəraitinə uyğunlaşmasını öyrənir.
XVII əsrin ortalarında ilk dəfə ingilis alimi Robert Huk «hüceyrə» terminini işlətmişdir. Sonra 1680-ci ildə Anton Levenhuk mikroskopdan istifadə edərək, birhüceyrəli orqanizmləri kəşf etdi.
XIX əsrin ortalarında alman fizioloqu Teodor Şvann (1839) hüceyrə nəzəriyyəsinin əsasını qoymuşdur.
Hüceyrə bütün canlı orqanizmlərin struktur və funksional vahididir.
Bütün birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürünə və maddələr mübadiləsinə görə oxşardır (homoloqdur).


Ardı →

Çiçək, meyvə və toxum

Çiçək şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış qısalmış zoğdur.
Çiçəkdən gələcəkdə meyvə və toxum əmələ gəldiyi üçün onu bitkinin çoxalma orqanı adlandırırıq.
Həm erkəkciklərin həm də dişicikləri olan çiçəklərə ikicinsli  çiçəklər, yalnız erkəkciyi  və ya  dişiciyi olan çiçəklərə isə bircinsli çiçəklər deyilir. Əgər çiçəkdə yalnız erkəkciklər olarsa, buna erkək çiçək yalnız dişicik olarsa, buna dişi çiçək deyilir.
Eyni bitkidə həm erkək, həm də dişi çiçəklər olarsa, belə bitkilərə birevli bitkilər deyilir.
Məsələn, xiyar və qağıdalı gövdələrində dişi və erkək çiçəklər eyni bitkidə yerləşir. Deməli, bunlar birevli bitkilərdir. Çətənə ,qovaq və soyüddə isə erkək və dişi çiçəklər eyni bitkidə deyil, ayrı-ayrı bitkilərdə olur. Belə bitkilərə ikievli bitkilər deyilir.
Ardı →

Hüceyrələr haqqında

Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır.


Ardı →

Təbiət elmlərinin tarixi

Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı.
N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI — XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı   orqanizmlərin   hüceyrə   quruluşu   nəzəriyyəsi,
Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı.


Ardı →

Biologiya = bios+loqos

Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.


Ardı →