Рейтинг
+33.49

Bürclər və onların xüsusiyyətləri

23 üzv, 79 topik

Bürclər və karyera

Hər bir insan yaxşı iş sahibi olmaq və yaxşı qazanc əldə etmək istəyir. Sevmədən görülən işin isə insana nə maddi, nə də mənəvi faydası ola bilər. Astroloqların fikrincə, insanlar bacarığına uyğun iş axtararkən hansı bürcdən olmalarını da nəzərə ala bilərlər. Bürclərlə bağlı aparılan araşdırmalar insanların hansı iş sahələrində daha bacarıqlı olduğunu söyləməyə imkan yaradır.
Astroloqlar deyirlər ki, lider olmaq arzusunda olan qoç bürcünün nümayəndələri idarəcilik sahəsində daha uğurludurlar. Bu bürc altında dünyaya gələn insanlar cəsarət tələb edən bütün işlərdə uğur qazanırlar. Bu baxımdan onlar hərbi sahələrdəki işlərdə, ticarət həyatında riskə getməyi tələb edən işlərdə də uğurludurlar.
Davamı →

Bürclər haqqında hamı bunu bilməlidir

Bürclərin xasiyyəti,onların əlamətləri haqqında ən lazımlı məlumatları bilmək üçün 12 bürc haqqında qısa bilgiləri öyrənmək faydalıdır.Siz də bunları bilsəniz ziyanı olmaz.

Qoç bürcü


(latınca Aries)
• 21 mart – 20 aprel 
• Ünsürü – od 
• Rəmzi – qoyun 
• Rəngi – qırmızı 
• Himayəçi planeti – Mars 
• Aparıcı motivi – birincilik uğrunda mübarizə 
• Rəmzi görkəmi ilə insan başına uyğun gəlir. 
• Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. 
• Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.
Davamı →

Əkizlər (22 may-21 iyun)

Hava işarəsidir. Merkurinin himayəsi altındadır. Xarakteri qeyri-müəyyəndir, xasiyyətində daim vardır. ƏKİZLƏR ağıllıdırlar, maraqları çoxcəhətlidir. Hər şeyi bilməyə həvəs göstərirlər. Dil öyrənməyə qabildirlər, şəraitə asanlıqla uyğunlaşırlar. Yenilməz temperamenti və gözlənilməz reaksiyaları olan maraqlı,cazibəli insan tipidir. ƏKİZLƏR həmişə bir qədər hirsli və əsəbidirlər. Onların özlərinə inamsızlıq dövrləri olur və bunlar bəzi xəstəliyə çevrilir
Ardı →

Bürcünüzə uyğun makiyaj edin

Makiyjınızı bürcünüzə uyğun edin
Hər bir bürcün özünəməxsus makiyaj texnikası var. Gözəllik ustaları qadınlara hər zaman üz quruluşuna, getdikləri yerə uyğun makiyaj etməyi məsləhət görür. Hər bürcün də özünə aid makiyaj növü var. 

Od ünsürü – İddialı 
Qoç, şir, oxatan bu qrupu təmsil edir. Od ünsürünün qadınları diqqət çəkməyi və cazibədarlıqlarının ön plana çıxmasını istəyirlər. Hər kəsdən fərqlənmək ən böyük arzulardı.
Makiyajda da diqqət çəkən rəngləri və cizgiləri istifadə etməlidilər. Od ünsürünə məxsus olan qadınların rəngi qırımızı və qaradı. Gözlərdə mütləq qara qələmdən istifadə etməlidilər. Eyeliner göz makiyajlarının əvəzolunmaz kosmetik vasitəsidi. Kölgə olaraq isə ağ rəngə üstünlük verməlidilər. dodaq boyası və ənlik olaraq qırmızı tondan istifadə etsələr, fərqlənmək arzularını yeirinə yetirmiş olarlar.
Ardı →

Qoç bürcü (21 mart - 20 aprel)

Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. QOÇUN həyatının başlıca mənası işdir. Möhkəm iradəsi, cəsarəti və ayıqlığı ilə fərqlənən QOÇ yaxşı hakim, sərkərdə, jurnalist, inzibatçı ola bilər. Lakin kobudluğu və müstəqilliyi buna mane olur.
Davamı →

Tərəzi Bürcü

Bürcün 12 bürcünün yeddincisi olan Tərəzi dövrü hər il sentyabrın 23-dən oktyabrın 22-si arasında baş verir. Ulduz cədvəlinizdə Tərəzi planetinin yerləşməsi olmasa belə, bu enerjini başa düşmək vacibdir, çünki müxtəlif planetlər il boyu Tərəzi bürcünə səfər edir və bu bürcün hava enerjisini oyadır.

Element: Hava
Təbiəti: kardinal
Hakim planet: Venera (gözəllik, dəbdəbə və sevgi planeti)
Rəng: Çəhrayı, yaşıl
Gün: Cümə
Şanslı nömrələr: 4, 6
Xoşbəxt daşlar: Jade, Topaz, Qızılgül Kvars, Turmalin, Akuamarin
Bədəndə müvafiq yer: aşağı arxa, omba, popo
Müsbət xüsusiyyətlər: cəlbedici, cazibədar, ədalətli, dostluq, paylaşma, romantik,
Mənfi xüsusiyyətlər: Faydasız, kararsız, aşırı duygusal, manipülatif, şımarık, kuruntulu
Sevimli şeylər: Böyük konsertlər, şeir, bahalı zinət əşyaları, dizayner paltarları, yaxşı yemək, harmoniya, xeyirxahlıq, səyahət
Nifrət edir: Darıxdırıcı və ya praktik insanlar, zorakılıq, qərar verməyə məcbur edilmə, “bəlkə”, zorakılıq, ədalətsizlik, boşboğazlıq, formalizm
Gizli ehtiraslar: Sevmək və sevilmək
Güclü tərəfləri: Həmrəylik, diplomat, zərif, qərəzsiz, ictimai
Zəif cəhətləri: Qərarsızlıq, münaqişədən qaçmaq, özünə yazığı gəlmək

Davamı →

Doğum xəritənizə görə şansın üzünüzə gülməsi üçün nə etməlisiniz?

«Uğur nöqtəsi” hansı bürcə nə deyir?

Qoç – „Uğur nöqtə”niz bu bürcdədirsə, şansınız özünüzü ifadə etmək və risk almaq qabiliyyətinizdən irəli gəlir. Refleksləriniz sürətlidir və güclü zəkanız sizə cazibə qatır. İmicinizdən istifadəyə imkan verən fürsətlərdə şansınızı sınayın. Özünüzü olduğunuz kimi təqdim etməyə cəsarət edin.
 
Buğa – Sizin güclü hisləriniz var və şansınız yalnız onları necə inkişaf etdirməyi öyrəndiyiniz zaman artacaq. Keyfiyyət və kəmiyyət arasındakı fərqi dərk etməyə diqqət yetirin. Şansınızın açıq olduğunu görəcəksiniz.

Davamı →