Kişi papağı ya qadın kəlağayısı?

Həyatda həmişə belə olur. Qadınların zəhmətini kişilər öz adlarına çıxartmağı sevirlər. Uzun müddətdir ki, başında PAPAQ gəzdirən kişilərimizi müşahidə etməklə məşğul idim. Deyirdim görən bu başındakı papaqla fəxr edənlər nə demək istəyirlər, ümumiyyətlə bu nə deməkdir.
Mən uşaq olandan mənə deyiblər ki, PAPAQ kişinin qeyrətidir. Bizim evdə atamın papağını həmişə ən hündür, hörmətli yerdə saxlayırıq. Çünki doğurdan da təmiz Namus insanın sahib olduğu ən dəyərli şeydir. Onun yeri isə təbii ki, ən yaxşı yer olmalıdır.
Heç bilirsinizmi ki, bu papağın əziyyətini kim çəkir? - Əlbətdəki qadınlar. Xanım nə qədr əxlaqlı olarsa onun atasının, yoldaşının, qardaşının papağı da bir o qədər hörmətli olar. Yəni bu gün kişilərin başındakı o buxara papağın hörməti qadının izzətinin məhsuludur. Kişi öz əməlləri cəmlənmiş bir papağı heç başında gəzdirərmi?
Burada maraqlı bir təzad da var. Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa bəs nə üçün kişinin əməli qadın namusu sayılmır? Çünki heç vaxt kişilərin əxlaqı qadın əxlaqı kimi təmiz və müqəddəs ola bilməz. Və yaxud da ki, heç bir qadına hörmət qalmaz. Çünki...
Buna görə fikirləşirəm ki, məncə qarşımıza başı PAPAQLI kişi çixanda ilk növbədə həmin papağın əziyyətini çəkənlərə əhsən deyilməlidir.
Yenədə deyirəm, əks cinsin nümayəndələri həmişə harda yaxşı nə varsa öz adlarına çıxardırlar. Məsələn qədimdə heyvanlar içində namusu ilə fərqlənən atın quyruğu kişilərimizin qeyrəti sayılırdı.
Amma əziz bəylərimiz unutmayın ki, Quranda da deyildiyi kimi hər kəsin pis əmləidə, yaxşı əməli də özü üçündür... Siz bu dünyada ola bilər ancaq xanımların namusuna görə qiymətləndiriləsiniz. Amma axirətdə PAPAQSIZ qala bilərsiniz . Namus adlı yük təkcə qadınların daşıyacağı bir şey deyil.



Müəllif: Esmira Kərəm.BDU
 

14 şərh

puma
Yəqin hər bir xanıma «ora getməyəcəksən», «bunu  eləməyəcəksən»,«nə deyirəm, ona qulaq as!», deyiləndə heç olmasa yarısının ürəyindən və yaxud da dilindən bu söz keçir «niyə axı, sizə olar,bizə yox.Mənə elə gəlir,yalnız patriarxat ölkələrdə bu belədir.Papaqdır,namusdur,qeyrətdir məsələləridə yalnız bu ölkələrdə abartılır.Məgər başqa yerlərdə insanlar namusunu çölə atıb? Və inanın ki, ədalət də,düzgünlük də, ən az da olsa rüşvətsiz cəmiyyət də elə dediyimiz o ölkələrdədir.» Mənim pulum " yazısı haqqında bir az geniş danışsaq axırı gəlib bu yazıya «urcah» olacaq.Odur ki,şair demişkən «nə qədər bu millət var» bu mövzular bitib-tükənməyəcək.Yəni hər ağızdan bir söz çıxacaq və hər kəs də özünü haqlı biləcək.
cahandar
Fikrinizi tamamilə anlamadım Əgər xarici dövlətləri nəzərdə tutursunuzsa nəzərinizə çatdırım ki,nə xaricilərdə nə də ki bizim bəzi milyonçularda namus hesaba alınmır.Onlar üçün fərqi yoxdur qız tərbiyəsizdir ya neçəsi ilə sevgili olub.Atasının pulu var,vəssalam.Namus pulla satın alınmaz.Yox əgər siz də bəzi «müasir» yeniyetmələr kimi deyəcəksinizsə «Namus elə kasıblarda ya Azərbaycanda qalıb» mənim onda sizə deyiləsi sözüm olmayacaq.Namus elə namusdur.Onu maksimus demişkən qorumaq lazım deyil,Namusu saxlamaq lazımdır!!!
MaksiMuS
İcazənizlə mən də öz subyektiv fikrimi qeyd edim :
Məlum məsələdir ki əxlaq və milli dəyərlərimizdə Qadın Namus simvolu, Kişi də Namusun qoruyucusu olaraq dəyərləndirilir. Bu namusun pak olmağında kimin nə qədər əməyi var.Bax bu 1az düşündürücü məqamdır.Bunun üçün müqayisəyə müraciət edək.
Bir halda ki qadın Kişiyə əmanət olaraq göndərilib. Əmanəti qorumaq da kişinin ümdə borcudur. BUrda təkcə onu bir insan olaraq qorumaqdan getmir, həm də ona məxsus namus simvolu tək qorumaqdan söhbət gedir.Namus alma armud deyilki sandiqda gizlədilə. Məsələ burasındadırki Namus qadının naməhrəmlərdən uzaq olması, öz ismət və iffətini pak saxlamasıdır. Axa..demək qadının işi öz iffət və ismətini pak saxlamaqdır.Qorumaq yox..Bax qorumaq vəzifəsini kişi yerinə yetirir..Dediyim kimi qadin alma armud deyilki onun təmiz olmasında kişi vəzifəli olsun.Kişinin vəzifəsi onu naməhrəmlərdən, onun namusuna ləkə salacaq hallardan qorumaqdır. Qadın pis yola gedirsə bu Kişinin aciz,zəif olmasına işarə etsədə Nakişi,qeyrətsiz sayılmır.BUrda ad qazanan qadın olur ƏXLAQSIZ QADIN. NEcə ki əri türməyə düşən bir çox qadın o yola düşərək o adı qazanır.Kişi o zaman Namussuz sayılarki bu halların baş verməsinə şərait yarada,göz yuma, namusunu ləkədən qorumaya.
Bu mənada kişinin papağının(namusunun) təmiz olmasında Qadının birmənalı rolun olmasına razı deyiləm.Qadının namusunun pak olması qadının vəzifəsidir.BU vəzifəsini yerinə yetirməyən ƏXlaqsız qadın adını alır.Kişinin vəzifəsi isə bu namusa ləkə, söz gətirəbiləcək hallardan onu qormaq, bir sözlə namusunu naməhərmlərdən qorumaqdır .Hər kəs öz vəzifəsini bilsə günahkarı axtarmaq məcburiyyətində qalmarıq
cahandar
Mənə maraqlıdır ki maksimusun bu şərhinə kim minus vermişdi və nə səbəbə.Səhv fikir nədir mənə aydın olmadı.
Shabnam_Ilham
Maksimusla am raziyam… Bu dunyada her kes ozune cavabdehdir… Axiretde de hami ozune gore cavab verecek…
kentavr
Bilirsiniz bu movzu menim en yarali yerimdir,menim dostlarim!Hec kim hec kimin namusunu gozlemir,ona gore ki haminin oz adi var.Siz dediyiniz ata-qardas-erin basucaligi kendde,qesebede goz qabaqindadir.Bes boyuk seherlerde yasayan ve atasini,qardasini hec kim tanimayan qizlar,qadinlar? Lap ele olsun is yeri,eger hansisa qadin ozunu duz aparmirsa ve onun atasini,qardasini hec kim tanimirsa burda kimin adi hallanir?
Onu demek isteyirem ki her insan her hereketi ile oz hormetini,oz adini,oz namusunu qoruyuyur.
cahandar
Sözlərinizi düz hesab edirəm sizinlə razıyam ancaq onu qeyd edim ki ata qardaşı tanınmayan qadının əzizlərinə ən azı söyüş ünvanlanır.Hətta qeyrət söyüşü.Bu söyüşləri burda yazmağı mənası yoxdur hamıya məlumdur çünki.Əlbət ki ismət namus qadın və ya kişi özlərinin adına görə qorunur ilk öncə ancaq nəsil,qardaş,ata da var və kimsənin onların haqqını tapdalamağa haqqı yoxdur.Bacının üzərində qardaş ata haqqı vardır!!!
məryam
Mən kentavr-ın fikriylə razıyam. Qadın öz namusunu özü qorumalıdır. Nəyə görə bir başqası qadının namusunu qorumalıdır. Qohumu-qardaşıdır deyə? Hər kəs bu həyatda özü üçün yaşayır. Bu mübahisə «Oğlanla qızın mübahisəsi»(deyəsən adı belədir)-də də var idi.
cahandar
Bəli bu mübahisə bir dəfə olub çünki həe kəsin yaralı nöqtəsidir yuxarıda qeyd etdiyim kimi"Əlbət ki ismət namus qadın və ya kişi özlərinin adına görə qorunur ilk öncə ancaq nəsil,qardaş,ata da var və kimsənin onların haqqını tapdalamağa haqqı yoxdur.Bacının üzərində qardaş ata haqqı vardır!!!"
MaksiMuS
Cahandar, qardaw her kesin göturme qabiliyyeti ayridi. Esasli fikri olan minus vermekle beraber izahat da verir.beleleri ya qerezli olaraq,ya da etdiyinin ferqine varmadan addim atirlar.
bahar
Əla yazıdı Cahandar.Təşəkkürlər.
cahandar
oxuyub dəyər verdiyiniz üçün mən təşəkker edirəm.
Shabnam_Ilham
Heqiqeten de cox aktual movzudur… Mene en chox maraqli gelen odu ki «Burada maraqlı bir təzad da var. Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa bəs nə üçün kişinin əməli qadın namusu sayılmır? Çünki heç vaxt kişilərin əxlaqı qadın əxlaqı kimi təmiz və müqəddəs ola bilməz. Və yaxud da ki, heç bir qadına hörmət qalmaz.» Yaxsi ki bu cur deyil… Her sey nece nizamlanibsa qoy ele de qalsin.
məryam
Maksimus hər kəsin öz fikri var və bu fikirlərə sayqı duymanızı istərəm. Mən sadəcə, öz fikrimi bildirdim. Siz isə, məni götürmə qabiliyyətimin zəif olduğunu irəli sürərək məni təhqir etdiniz.