"Gəlin" | Əlabbas

Ucları gərilmiş qanadı xatırladan hündür, gümüşü elektrik dirəklərinin gur işığında gündüz olduğundan heç də az parıldamayan qara rəngli iri avtomobilin qapısı açıldı.
Ordan düşən adam — o, şıq geyimli, ucaboy, gənc bir qadın idi — yaxşı işıqlandırılmış kimsəsiz xiyabanı ötüb hündürmərtəbəli iki təndürüst binanın arasındakı qaranlıq, ensiz keçidə doğru yönəldi və çox çəkmədi ki, yaraşıqlı, qısaboğaz çəkmələrinin taqqıltısı ilə birlikdə gecənin zülmətinə qarışıb yox oldu. O, qonşuların o qədər də dərindən bələd olmadığı, bu yerlərə təxminən dörd il əvvəl köçüb gəlmiş xəstə Fəzlin gəlini idi.
Maşın yalnız o, gözdən itəndən sonra gediş-gəliş olmayan yolda tükürpədici fitəbənzər xırçıltı ilə geri döndü və yağ içində hərəkət edirmiş kimi səssizcə, amma iti sürətlə şəhər camaşırxanasına doğru istiqamət aldı.
Ardı →

Namus böhranı

Çoxdan yazmaq istədiyim, ancaq hər dəfə də yeni faktların ortaya çıxması səbəbindən gecikdirdiyim mövzunu nəhayət ki, qələmə almağa qərar verdim.
Buna təkan verənsə bu yaxınlarda eşitdiyim rəzil bir xəbər — ölkənin şimal rayonunda 32 yaşlı birisinin 70 yaşlı nənəsinə təcavüz etməsi xəbəri oldu (?!).
Bəs daha öncə bu kimi hansı xəbərləri eşitmişdik hamılıqla? «50 yaşlı kişi 5 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 14 il azadlıqdan məhrum edilib», «Azyaşlı qızı zorlamaqda təqsirləndirilən 57 yaşlı „x“ rayon sakini saxlanıb», «Ata öz qızını zorlayıb», «x» rayonda qaynata gəlininə təcavüz edib", «Anasına sataşıb»…
Ardı →

Kişi papağı ya qadın kəlağayısı?

Həyatda həmişə belə olur. Qadınların zəhmətini kişilər öz adlarına çıxartmağı sevirlər. Uzun müddətdir ki, başında PAPAQ gəzdirən kişilərimizi müşahidə etməklə məşğul idim. Deyirdim görən bu başındakı papaqla fəxr edənlər nə demək istəyirlər, ümumiyyətlə bu nə deməkdir.
Mən uşaq olandan mənə deyiblər ki, PAPAQ kişinin qeyrətidir. Bizim evdə atamın papağını həmişə ən hündür, hörmətli yerdə saxlayırıq. Çünki doğurdan da təmiz Namus insanın sahib olduğu ən dəyərli şeydir. Onun yeri isə təbii ki, ən yaxşı yer olmalıdır.
Ardı →

Qadının şərəfi

Qızın,qadının mənəvi kamilliyinə,əxlaqi saflığına tarixən kişi ləyaqətinin,namusunun göstəricisi kimi baxmışlar.Öz şərəfini,ismətini ucuz tutan bəzi qızların,qadınların yüngül xasiyyətliliyi ailəyə tənə gətirmişdir.Atalar demişkən «Qız üz qızardar»,«Xəstəlik üz qızartmaz,qizardar qız adamı»,«Arvadın isməti,ərin izzəti»,«Qazan qarası gedər,namus qarası getməz»,«Dünyada hər şey satılıb-alınar,namusdan başqa»və.s.


Ardı →

İsmətimi necə qorudum

Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.
Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.
Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...
Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.
Ardı →