Qədim quru və su sahələri

A.Vegener Yer səthində mövcud olmuş ilk geniş quru sahəsini Pangeya adlandırmışdır. Pangeya qurusu təqribən 200-250 milyon il bundan əvvələ qədər mövcud olmuşdur. Bu quru sahəsini Pantalass adlanan okean əhatə etmişdir.
 
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya və Hondvanaya parçalanmışlar. Lavrasiya qurusu şimal hissədə, Hondvana isə cənubda yerləşirdi. Bu iki nəhəng quru sahəsinin arasında qalan çökmüş sahədə nəhəng Tetis okeanı mövcud olmuşdur.
 
Azərbaycan Respublkasının ərazisi vaxtilə Tetis okeanının suları altında olmuşdur. Tetis okeanının çəkilməsi nəticəsində onun yerləşdiyi ərazi quru sahəsinə çevrilmişdir. Güman edilir ki, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Aral gölü Tetis okeanının yerində qalmış su hövzələridir. 135 milyon il əvvəldən Lavrasiya Şimali Amerika və Avrasiya materiklərinə bölünmüşdür. Afrika, Cənubi Amerika, Avstraliya və Antarktida Hondvananın parçalarıdır.
 
Hindistan və Ərəbistan yarımadaları Hondvanadan ayrılaraq Avrasiyaya birləşmişdir. Ona görə onlar Avrasiya üçün “yad quru sahələri” hesab olunur. 
 

0 şərh