Yerin əmələ gəlməsi

Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var. Məs. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır.
Müasir dövrdə bərk və qalıq yer qabığının yaranması ilə əlaqədar olaraq kütləvi vulkan püskürmələri baş vermir. «Ay erası» dövründə lavalardan çıxan qazlardan əsasən su buxarında ibarət ilk atmosfer yaranmışdır. Ilk atmosferin temperaturu 1000 C-dən yuxarı, tərkibində isə oksigen yox idi. Atmosferin tədricən soyuması nəticəsində güclü yağışlar yağmış və ilk okean-Pantalas yaranmışdır. Bu hadisə 4,5 mlrd il bundan əvvəl baş vermişdir. Yer üzərində ilk okeanın əmələ gəlməsi ilə yerin planetar inkişaf mərhələsi sona yetmiş, yeni, geoloji inkişaf dövrü başlanmışdır.
Pangeya dünyanın ən qədim materiki olub, sonradan 2 materikə - Lavraziya və Qondvanaya parçalanıb. Lavraziya və Qondvana arasında Tetis okeanı yaranıb. Daha sonra Lavraziya-Avrasiya və Şm. Amerikaya; Qondvana isə Afrika, Cənubi Amerika, Avstraliya və Antarktidaya parçalandı. Yaranma tarixinə görə- Sakit və Şimali Buzlu okean qoca; Atlantik və Hind okeanları isə cavandırlar. Materik tipli litosfer tavalarının, Sakit okean tavası ilə toqquşması nəticəsində müasir dövrdə Sakit okeanın tədricən qapanması prosesi gedir.
Yerdə canlı aləmin yaranması ilə əlaqədar olaraq eonlar, eralar və dövrlər ayrılmışdır.
Bəzən arxey və proterezoy eralarını birlikdə Kembridən əvvəlki dövr adlandırırlar.

Eonlar

Eralar

Dövrlər

Dağəmələgəlmə mərhələləri

Digər faktlar

Fanerozoy
«aşkar həyat çağı»

Kaynozoy

III. Antropogen (IV dövr)
II.Neogen (III dövr)
I. Paleogen

Alp dağəmələgəlməsində (orogenezində) yaranan dağlar cavan olduğundan burada tez-tez vulkan və zəlzələlər baş verir: Alp, Pireney, Appenin, Karpat, Krım, Pont, Tavr, Qafqaz, Elburs, Zaqros, Kopetdağ, Pamir, Himalay, And dağları, Anadolu yaylası. Qədim dağlardan bəzilərində – Altay, Sayan, Zabaykalye, Tyan-Şan dağlarında «yenidən çavanlaşma» baş verib.

Iqlimdə IV dövr buzlaşması və sonradan istiləşmə baş verib. Qara, Xəzər və Aral dənizləri bir-birindən ayrılıb. Son 2 mln ildə (antropogen dövründə) insan yaranıb. Süxurlar metamorfozlaşdığından qiymətli daşlar (almaz) yaranıb. Cökəkliklərdə iri neft – qaz yataqları yaranıb.

Mezozoy

III. Təbaşir
II. Yura
I. Trias

Mezozoy (və ya Kimmeri) qırışıqlığı – Verxoyansk-Kolıma, Koriyak, Çersk, Tibet, Böyük hövzə, Qayalı dağlar yaranıb

Quşlar və ilk məməlilər yaranıb. Nəhəng sürünənlər (məs. dinozavr) yaranıb və məhv olub. Qondvana materiki parçalanıb orta okean dağları yaranıb. Iri neft və qaz yataqları əmələ gəlib.

Paleozoy

VI. Perm
V. Karbon (Daş kömür)
IV. Devon
III. Silur
II. Ordovik
I. Kembri

Kaledon qırışıqlılığı - Skandinaviya, Tyan-Şan, Böyük Suayrıçı silsiləsi yaranıb.

Dənizlərin sahəsi kiçilib. Duz, kömür, mis, neft, sadə quru bitkiləri, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər yaranıb.

Hertsin qırışıqlığı - Ural, Appalac, Altay dağları yaranıb.

Kriptozoy
«gizli
həyat çağı»

proterezoy

 

Ən qədim Baykal dağəmələgəlməsi (qırışıqlığı) baş verib və nəticədə Pribaykalye, Zabaykalye, Sayan dağları, həmçinin Şərqi Avropa, Orta Sibir, Hindistan, Afrika-Ərəbistan, Şimali və Cənubi Amerika, Antarktida kimi platformalar yaranıb.

Dəmir filizi, yosun və bakteriyalar yaranıb.

arxey

Güclü vulkanizm baş vermiş, dəmir filizi bakteriya və təkhüceyrəlilər yaranıb.

 

0 şərh