Vunderklass - suallar I

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.

69.1. Diqqət siyahı – Volter, Uşinski, Napoleon, Drayzer, Esxil, Rembrandt, Konfutsi, Leonardo Da Vinçi, ”..........”, Sokrat, Siseron. Siyahıda adını buraxdığımız şəxsin özü əslində nə memar, nə də həkimdir. Lakin onun adına nəzər yetirərkən bizə elə gəlir ki, o, həm memar, həm də həkimdir. Əslində riyaziyyatçı olan bu alim kimdir? 
Müəllif : Seymur

70. Hörmətli bilicilər! Qarşınıza “İlanda ilan zəhəri tapılıb” kimi bir yazı çıxdığını təsəvvür edin. Olduqca maraqlı faktdır deyilmi? Sual müəllifinin sinif yoldaşları arasında hamının ləqəbi var idi. Bir gün tibbi müayinə zamanı Tofiqdə hemeralopiya olduğu aşkar olundu və bu Tofiqi uzunmüddətli gülüş hədəfi etdi. Diqqət sual: Tofiqin ləqəbi nə idi? 
Müəllif : Vüqar

71.Azərbaycandakı bu üçlük haqqında məlumatlara qulaq asın (Biz onları şərti olaraq X, Y və Z adlandırmışıq) X-birincidir. Qardaş Türkiyənin birincisindən bir həftə böyükdür. Bu yaxınlarda adı korrupsiya ilə hallanmışdı. Buna baxmyaraq üçlükdə sadə xalqa ən yaxın olandır. Y-Bir mənada üçlükdə ən yaxşısıdır. Xalqın rahatlıq istəyən hissəsi adətən ona müraciət edir. Z isə X və Y dən fərqli olaraq mənşə etibarilə azərbaycanlıdır. X ilə Y arasında 5, bəzən də 4, Y ilə Z arasında tam 15 fərq olduğunu nəzərə alaraq hər üçünü deyin. 
Müəllif : Vüqar

72. Bu yaxınlarda Mayami şəhərində keçirilən müasir sənət əsərləri hərracında bu kralın ağ at üstündə, əlində qılınc və əynində zireh təsvir olunmuş portreti 175 min dollara satıldı. Xatırladaq ki, bu portret kralın öz sifarişi ilə çəkilsə də, o ,bunun hazır vəziyyətini görə bilmədi. Portret hansı krala məxsus idi. 
Müəllif : Emin

73. BŞ Milli radiosu 2010-cu ildə yazılı tarixin 50 böyük səsi ilə bağlı tədqiqata başlayacaq . Namizədlər arasında ilk dəfədir ki, Azərbaycan sənətçisi də var. Onun adı Bob Marley, Rey Çarlz, Elvis Presley, Freddi Merkuri və s. məşhurlarla bir sırada səslənir.Sənətçimizə səs vermək üçün www.npr.org saytına daxil olmaq, daha sonra saytda göstərilən qara rəngli şəkillər görünən və sağa-sola hərəkət edən pəncərənin sol tərəfində “name” düyməsini basmaq və əlifba sırası ilə düzülmüş siyahıda “Q” hərfini tapmaq lazımdır. Sual-səs vermədə hansı sənətçimiz iştirak edir? 
Müəllif : Emin

74. “Gəlin dilimizi öyrənək!!!” seriyasından sual: Yolunun ortasında o, Y (iqrek) hərfinə oxşayır. Yolunun başlanğıcında sayı 2 olsa da, yolun sonuna çatdıqda tam bütöv halda olur. Adətən dişlərinin sayı 10-100 arasında dəyişir. 1918-ci ilə qədər onu kovboylar hamıdan yaxşı tanıyırdılar. Siz isə cavabı Azərbaycan dilində yazın. 
Müəllif : Vüqar

75. Bir şəxs hökmdarın yanına gəlir və işə başlamaq üçün lazım olan məbləği deyir. Hökmdar məbləğin böyüklüyünü görüb soruşur: Yəni bu belə faydalıdır ki, bu qədər pul xərcləyək? Həmin şəxs cavabında deyir: Əmr edin bir nəfər dağa qalxıb ordan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Əgər edə bilsə, demək bu iş də faydasızdır. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır, ordu qorxudan pərən-pərən düşür. Bu hadisədən sonra hökmdar işə lazım olan məbləği ayırır. Siz isə buna nail olmuş şəxsin adını yazın. 
Müəllif : Vüqar

 
 

20 şərh

Westsider
69. Abel və ya adı A ilə başlayan digər alim))

70. Toyuq Tofiy))
Westsider
73. Alim Qasımov???
Westsider
74. Vallah bilmirəm söhbət nədən gedir, amma azərbaycanca ən çətin heyvan adı budur: Buqələmun.)))
Nailə_Rzayeva
69. Arximed?

70. Yəqin ki, Toyuq Tofiq


Nailə_Rzayeva
69. Arximed?

70. Yəqin ki, Toyuq Tofiq


72. Maykl Djekson, bunu dəqiq bilirəm…
Westsider
Arximed… Amma mən onu ilk növbədə fizik sayıram… Hər halda ola bilər)
papatürk
75. Nəsirəddin Tusi. Marağa rəsədxanasının tikintisi üçün Hülakü xandan pul istəyir.
girl_moon

73.Dəqiq Alim Qasımıvdur.


69. Arximed.

mr13

69. Arximed (Alimlərin adlarının baş hərfləri  VUNDERKLASS yaradır)


70. Toyuq (Söhbət toyuq korluğundan gedir)


72. Maykl Cekson


73. Alim Qasımov


75. Nəsirəddin Tusi

Vogue
74.Hər halda kovboyların istifadə etdiyi kəmənd də ola bilər zəncir də.
Vogue
71.Hər halda Azərbaycanda olan mobil operatorlardır.Bakcell Nar,Azercell
mr13
71. Azercell, Bakcell, Narmobile
Agali
74. Throw  yəni at.
Agali
səhv yazdım. 74 horse yəni at
mr13
Yox bu at deyil. Bu sualın üstündə biz bir dönər qonaqlığı uduzmuşuq həmin komandaya.
Agali
74. Yəqin aldadıcı cavabı var. Kovboylar atdan başqa ən yaxşı yolları tanıyırdılar. Yəqinki Cavab yol-dur.
mr13
Cavabı deyim?
mr13
76. Zəncirbənd (yəni zamok (şalvar, ayaqqabı və s.-də olan))
Leyla
Suallar çox maraqlıdır