"Renessans" komandasının sualları ( V hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

21. Diqqət, Duplet - sual 

1.İki əsrin qovşağında Oskar mükafatına layiq görülən bu film özünün inanılmaz dərəcədə hazırlanmış səhnələri, aktyor oyunu, hətta soundtereki ilə milyonların qəlbini fəth etdi. Lakin bu film də digərləri kimi kinotənqidçilərin qınaq obyektinə çevrilməkdən canını qurtara bilmədi.Belə ki, səbəblərdən biri filmin müəyyən yerlərində səslənən İspaniyalı, ispaniyalı” xitabları idi.Çünki, filmin bəhs etdiyi dövrdə İspaniya və ispaniyalı kimi anlayışlar hələ mövcud deyildi.Əgər filmin adını müəyənləşdirə bildinizsə, cavab kartınıza baş rolun ifaçısının adını qeyd edin..

2.Dupletin ilk sualının cavabını tapdınızsa, növbəti ildə həmin aktyorun baş rolda oynadığı və ən yaxşı film nominasiyasında Oskar mükafatına layiq görülən filmin adını yazın.

Müəııif: Azər Tarverdiyev (Azero)

22. Məhşur bir deyimə əsasən yer üzərində cənnət: yapon arvadı, amerikan maaşı, ingilis evi və çin aşpazıdır.Bəs sizcə həmin de-yimdə cəhənnəm necə təsvir olunur?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

23. Qara qutunun içindəkinin adını 2 yerə böldükdə birinci söz məməlilər dəstəsindən olan canlının rus dilində adı, ikinci söz isə hamının bildiyi bir sözünərəb dilində səslənməsidir. Birinci ikincidə yaşayır, ikinci birincinin bədənindən yüksək təzyiqlə ifraz olur. Bu sözləri tapa bildinizsə əksəriyyətimizin çox sevdiyi bu əşyanın adını tapın.

Müəllif: Nadir Zamanov (mr13)

24. Afina şəhəri salınandan sonra müdriklik ilahəsi Afina ilə dəniz tanrısı Poseydon arasında kimin şəhərə hamilik edəcəyi haqqında mübahisə düşür.Kim şəhərə afinalıların xoşuna gələcək hədiyyə verəcəkdisə o da qalib sayılacaqdı.Poseydon əsasını yerə vurur və yerdən su qaynayır və "bulaq” meydana gəlir.Afinanın nizəsinin sancıldığı yerdə isə zeytun ağacı bitir.Afinalılar ilahə Afinanın himayəçi olmasına tərəfdar çıxırlar.Sizcə onlar niyə Poseydonun hədiyyəsini 
bəyənməmişdilər?????

25.  Diqqət. "qurbanlar” – Bolonya, Borussiya Dordmund, Malyorka, Lids Yunayted, Arsenal.. Bu komandaları birləşdirən məntiqi fikri müəyyən edin.



 

24 şərh

2ral
24.Su duzlu idi yəqin.
fidan
22. Azərbaycanlılar yaşayan küçə?)))
ramzes
22. Məncə Azərbaycanda marşurutlar
mr13
Sabah turnir olacaq görəsən?
fidan
Sabah tunir olacaq,soruşdum. Amma tunirin duzunu qaçırdırsınız.
mr13

Niyə?

fidan
Çünki sizə əvvəl də təklif olunmuşdu ki,öz suallarınızın əvvəldən anonsunu verin.Sadəcə topik xatirinə yerləşdirirsiniz. Kimin kefi durdu durub o vaxt cavab yazır.Nəticə isə belə olur: suallara heç kim cavab yazmağa tələsmir,maraq olmur,intizam pozulur.Son nəticədə bu sakura turnirinə də təsir edir. Papatürk o vaxt dediyi kimi həftənin müəyyən bir gününü götürün və müəyyən vaxt sualları elan edin.
mr13
Bu sualları mən turnir kimi verə bilmərəm. ikincisi mənim mükafat təklif edəcəyim bir şey yoxdu və bu heç kəsi maraqlandırmayacaq. üçüncüsü suallar internetdə mənə aid olan saytda var və googledən birbaşa tapmaq olur. Sadəcə bunu çqk bloquna maraq artırmaq üçün edirdim. Əgər reytinq xətrinə yazılan topik və ya topik yazmaq xətrinə yazılan topik hesab edirsinizsə yanılırsınız. elə olsaydı mən sualları 5-5 yox 2-2 3-3 verərdim və bunu gündə 10-15 dəfə edərdim. İnternet bazasında yüzminlərlə sual var tərcümə edib atardım bura. Əgər bu bloqa və sakura turnirinə mənfi təsir edirsə yazmaram daha sual.
2ral
mr13,sizə heç kim demir ki,mükafat verin. bundan sonra saytda mükafat verilməsi haqqında artıq-əskik söhbət getməsin. Yalnız Sakura turnirində NHN yarışında sual verilir. Fidan,sən bilirsən ki,mr13 burda topikləri reytinq xatirinə yerləşdirmir,o həqiqətən də inkişaf etmək istəyən sıravi Azərbaycang gəncidir.
mr13,sizin də yanıldığınız məqamlar var. topikin populyar olmasını biz sizin üçün istəyirik. İstəyirik ki,sizin postunuzda aktivlik olsun. sizin yaxşılığınız üçün edilən şeyi başa düşün. Doğurdan da elan edilsə ki,həftənin filan günləri Renessans klubunun sualları verilir,onda daha maraqlı olar. Gah axşam,gah səhər,gah da günün günorta çağı yerləşdirdiyinizə görə heç kim bilmir ki,suala nə vaxt cavab yazmaq lazımdır. Ona görə də aktivlik az olur. Özünüz bilərsiniz,istəyirsinizsə 100 sual qoyun,amma bir nəfər də cavab verməyəcəksə nə mənası var?
Bundan sonra saytda heç kim minnətlə danışmasın.nə sayt idarəçiliyindən,nə istifadəçilərdən,nə də sayta hər hansı köməyi keçmiş adamlar minnətlə danışmasın. Nə edilirsə özümüz üçün edilir.Ümumi maraqlar üçün. Çalışın saytın ideologiyasına uyğun olun.burda hamı bir-biri ilə mehriban və səmimi olmalıdır.Axır vaxtlar saytda yaxşı olmayan ab-hava yaranıb.Hamı diqqətli olmağa çalışsın.
mr13
Mən konkret vaxt təyin edib suallar verə bilməyəcəm. buna obyektiv səbələr var. Bura yazdıqlarımın hamısını onsuz da çətin olan işimin arasına qatıb edirəm. əgər fikir versəniz mənim topiklərimin vaxtları müxtəlifdir. Ola bilər ki, mən bu gün 3 dəfə yazım, ola da bilər ki, həftə ərzində heç yazmayım. Hansısa bir günü insanlara söz verib sonra isə onların ümüdlərini puç etmək də məncə yaxşı deyil. Reytinqə qaldıqda isə reytinq üçün çalışmasam da əməyə qiymət verilməsinin də tərafdarıyam. Məsələn Bir proqram haqda dərslər yazmaq istədim. Bildiklərimdən əlavə külli miqdara material topladım. Amma bu heç kəsə maraqlı olmadı deməli davam etdirməyin yeri yoxdur. Amma bunun əvəzinə mən həmin hazırladığım dərsləri ağına bozuna baxmadan verə də bilərdim reytinq xətrinə.
mr13

Cavablar


21. Qladiator, Ağıl oyunları


22. çin maaşı, amerkan arvadı,yapon evi və ingilis aşpazı


23. Kit + ab kitab


24. su duzlu olduğuna görə.


25. 2000-ci ildə UEFA Kub. Qalatasaray komandasına uduzanlar

papatürk
23-cü sual səhvdir. ərəb dilində su sözü ab deyil. Fars dilindədir.
mr13
Sualı diqqətlə oxusanız görərsiniz ki, sözün ərəbcə tərcüməsi yox, ərəbcə səslənməsi yazılıb. Bu sualların demək olar ki, əksəriyyəti Professional redaktor tərəfindən rdaktə edilib.
mr13
Ərəbcə mənə Kövsər suyu sözünü tərcümə edə bilərsən?
papatürk
mr13,ərəb dilində su sözü ab kimi səslənir?)))
fidan

mr13,papatürkə öyrətməyəcəksiz ki.Düz deyir də. ərəb dilində su ab deyil. ab farscadır.

papatürk

Kor tutduğunu buraxmayan kimi tutublar ki,ərəbcədir.))

IDEAL
Düzü biz bu sualı oynayanda etiraz etmişdik və bu məsəni oyun zamanı aydınlaşdırmışdıq. Burada həqiqətən redaktə xətası var. Kitab sözünün özü ərəbcədi. ab fars sözüdü. Sadəcə ola bilər mr13 sualı buraya köhnə formatda yazılmış versiyasını təqdim edib. Nə də olsa demək olar bu sualın yazılmasının üzərindən bir ildən çox vaxt keçib. Yəni müəllif ola bilər bu məsələ ilə bağlı qərarını unudub.
IDEAL
Onuda qeyd edim ki, 21-cidə dupletin birinci sualında aktyorun adı soruşulur. Yəni mr13 düz cavaba yaxınlaşmısız ancaq tapa bilməmisiz:)))
fidan
Rassel Krou?
IDEAL
Bu başqa məsələ
Wizard
mr13 sualarınız həmişəki kimi maraqlı və mənalıdır! Necə deyərlər :Zər qədrini zərgər bilər! Bu sözü ona görə demədim ki bloqun yaradıcılarındanam :)
IDEAL
Suallar həqiqətəndə maraqlıdı. Yəni səmimiyyətinizə şübhə belə etmədim. Çünki bu suallarla oynamışam və ən çox zövq aldığım oyunlardan biri olub. Əslində burada sual yerləşdirməklə nə mr13 nədə mən reytinq əldə etməyi güdmürük. Bunu nə üçün əminliklə deyirəm. Çünki ikimizində bazasında minimum 5 il məqalə xatirinə yazıb reytinq toplaya biləcəyimiz qədər sual var. Kim buna şübhə edirsə poçt adresini şəxsi mesaj olaraq mənə göndərsin kifayətdi. Lakin biz bura əziyyət çəkib özümüzün yazdığı oriqinal suallar təqdim edirik. Hansıki bizim üçün çox dəyərlidi.  Hansıki mən bir məqaləni maksimum 30 dəqiqəyə yazdığım halda bu tip sualların birini 1aya tərtib edəndə, Arximed kimi «Evrika» qışqıracaq qədər sevinirəm. Biz məhs yarışda təqdim etdiyimiz sualları bura yazırıq çünki üzərlərində böyük əziyyət çəkmişik və sizinlədə bunu bölüşmək istəyirik. Biz bu oyunu neçə ildi oynayırıq və yarış təşkil edirik. Təşkil etdiyimiz yarışında bütün texnıkı xərclərini isə öz cibimizdən çəkirik. Yəni bu sualları biz təqdim edəndə təmənnasız edirik nədi hələ üstəlik xərcədə düşürük. Sadəcə ona görə ki, biz bu oyunu sevirik. Məni şəxsən bura sual yerləşdirməyə vadar edən səbəbdə bu oyuna olan sevgidi.  Düzdü demək olar gündə mr13 saytına sual verirəm ancaq bura yerləşdirdiyim suaların səviyyəsi ilə o sualların səviyyəsi arasında çox böyük fərq var. Eləcədə mr13 bura elə-belə sual xatirinə sual yerləşdirmir. Sadəcə sualların səviyyəsinə və müəlliflərinin məhz özləri olduğuna baxıb bunu anlamaq çətin deyil. Onuda deyim ki, bu formatda sual tərtib etməyi hər kəs bacarmır. Mənim komandamda 2-3 il oyun təcrübəsi olan oyunçular var ki bu günə kimi nə qədər çalışsalarda 1 sual belə yazıb ortalığa çıxara bilməyiblər. Bu səbəbdən belə gözəl suallara görə müəllifləri alqışlayıram. Bu sözləri ona görə yazıram ki, onları tanıyıram. Ona görə yazıram ki, bunlar faktdı. Kiminsə sözlərimə şübhəsi varsa sadəcə belə bir sual yazmağa çalışsın. O zaman nəinki məni başa düşəcəyinə əminəm. Hətda az belə yazdığımı düşünəcək.