Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Fateh Teymur - Yeddi dünya hökmdarı

Böyük Çingiz xanın nəslindən olması bütün tarixə və tarix araşdıranlara məlumdur. Onu böyük türk tarixi salnamələrində sevənlər də var, sevməyənləri də az deyil. Tarix təzadlarla doludur, həmin təzadlardan biri də budur ki, bəzən Əmir Teymuru şəxsiyyəti ətrafında mübahisələrdə, onu olduğu kimi qiymətləndirə bilmirlər. Fateh Teymuru qınayanlara, bəzən “qaniçən” adlandıranlara isə üzümü tutub demək istəyirəm ki, hökmdarın bir əli tutub, bir əli kəsməsə, o zaman HÖKMDAR öz dövlətini idarə edə bilməz. 35 illik hakimiyyəti dövründə, elmin texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bildi. Bu tarixi şəxsiyyət, zamanında 7 dünya hökmdarı adlandırılan Əmir Teymur idi.
Davamı →

Atatürk barədə xatirə

Ankarada havanın dumanlı, bezdirici noyabr axşamıydı. Avropada savaş rüzgarları əsməkdə, gənc cumhuriyyət isə hələ də özünü möhkəmləndirmək, böyümək, inkişaf etmək mübarizəsi içərisində, hədəflərinə doğru irəliləmək yolundaydı. 

Mustafa Kamal Ankarada həm məhəllədən, həm də məktəbdən dostu olan Nuri Conkerlə söhbət edirdi. Nuri Conker ölənə qədər Mustafa Kamalın ən yaxın dostu olaraq qalmış, təqaüdçü polkovniklikdən, generallığa qədər heç bir rütbəni qəbul etməmiş, onun yeganə əsl dostu və sirdaşı olmuşdu. 

Mustafa Kamal xəstə olduğunu və artıq ömrünün son günlərini yaşadığını sanki hiss edirdi. Köhnə dostu Mustafa Kamalın dövlət məsələləri, şəxsi sıxıntıları, xəstəliyi ilə boğuşduğunu hiss edir.
Davamı →

İkinci vətəninə dünya şöhrəti gətirən Petipa

Əsrlərin ziyası 
«Qoy Tanrı bütün qəlbimlə sevdiyim ikinci vətənimi qorusun». Bu səmimi və ürəkləri riqqətə gətirən minnətdarlıq dolu duanın müəllifi rus baletinə dünya şöhrəti qazandırmış dahi Marius Petipadır. Martın 11-də Marius Petipanın (1818-1910) anadan olmasının 200 ili tamam olur. Hələ 2015-ci ildə Rusiya Federasiyası Prezidentinin imzaladığı sərəncamla bu günlər böyük fransızın yubileyi bütün ölkədə təntənə ilə qeyd edilir. 

Bəs müasir Rusiya baletinin, bununla da keçmiş imperiya ərazisində balet teatrı və fərqli quruluş sisteminin təməlini qoymuş Marius Petipa kim idi? 
Davamı →

Mirzə Kazımbəy: Modernist şərqli

Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb.

Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə Həştərxana sürgün edir. 1821-ci ildə gənc Məhəmmədəli atasının ayrılığına dözməyərək yanına gedir.

Kasıb gəncin zəngin qonaqları
Makferson və Qlen: Bu iki ingilis casusu, missionerlər Mirzə Kazım bəyin həyatını və dinini dəyişdirən şəxslər olublar. Onlar gənc Məhəmmədəlini ən həssas-ən kasıb vaxtında yaxalayırlar. Həştərxana gəldikdən sonra iş axtaran Məhəmmədəli bu iki missionerə türk və ərəb dilindən dərs demək təklifini dərhal qəbul edir. Missionerlərdən biri Kazımbəy haqqındakı məqaləsində yazırdı:
Davamı →

Mir Möhsün Nəvvab

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.

Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.
Davamı →

Divanə dahilər

Dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivələrdən tam uzaqdırlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir.

Nikolay Qoqol
Dahi yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. Vaxtaşırı gələn psixi narahatlığı onu rahat buraxmırdı. Gözünə müxtəlif simalar görünür, qulağı səslər eşidirdi. İstənilən anda sakitləşib, bir kənara çəkilə, yaxud dəli bir ehtirasla aşıb-daşa bilərdi.

Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidaların ziyanından xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.

Mixail Lermontov
Şairin özündən sonra qoyduğu ədəbi irsi olduqca zəngindir. Buna baxmayaraq, onun psixoloji və emosional durumu heç vaxt sabit olmayıb. Bu isə Mixailə irsən ötürülüb. Sirr deyil ki, şairin babası da daim dərin depressiyadan əziyyət çəkib və intihar edərək dünyasını dəyişib. Anası yüksək dərəcəli nevrozdan yaxa qurtara bilmirdi, atası isə əyləncəyə və qumara meylli idi. Mənbələrə görə, atasının anası da kifayət qədər qəddar və hökmranlıq etməyi sevən qadın olub.
Davamı →

Nikolay Kopernik

Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. 

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.
Davamı →

Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.
Davamı →

Aristotel - Elmi fəlsəfənin banisi

AristotelQədim yunan mütəfəkkiri Aristotel bizim eramızdan əvvəl 384-cü ildə Makedoniyanın Stagira şəhərində anadan olub. O, Şərq ölkələrində Ərəstun adı ilə də tanınır.

Aristotel saray həkimi olan atasından biologiya və təbabətə dair ilkin bilikləri əldə edib, xəstələri qəbul etməsində ona yardımçı olub.

Aristotel 17 yaşında məşhur mütəfəkkir və tarixçi Platonun akademiyasında oxumaq üçün Afinaya gedib. Rəvayətə görə, özünün tibbi biliyi sayəsində yolda bir varlı adamı yoluxucu xəstəlikdən xilas edib. Platonun məktəbində təhsil alan gənc oğlana iki ildən sonra ritorikadan mühazirə oxumaq etibar edilib. Aristotel reallığı dərk etməyə çalışıb. Hətta onun dilindən belə bir deyim də var: “Platon mənim dostumdur amma həqiqət daha vacibdir”. 
Davamı →

Mixail Vasilyeviç Lomonosov

Mixail Vasilyevic LomonosovMoskva Universitetinin təsisçisi, tanınmış rus alimi Mixail Lomonosov 1711-ci il noyabrın 19 Arxangelsk vilayətinin Xolmoqor qəzasının Denisovka kəndində anadan olub.

Balıqçı ailəsində anadan olan, 10 yaşından atasına balıq tutmaqda kömək edən Lomonosovun oxumağa böyük həvəsi var idi. O bütün gününü balıq tutmaqla keçirib oxumaqdan məhrum olmaq istəmirdi. Elmə olan böyük marağına görə o, 1730-cu ildə bütün işlərini buraxır və Moskvaya təhsil almağa gedir.

Lomonosovun atası Vasili Dorofeyeviç Moskvada kilsə təhsili almışdı və dövrünün ən savadlı adamlarından biri idi. Vasili Dorofeyeviçin böyük bir kitabxanası da var idi.

Mixail Lomonosovun anası Elena İvanovna isə keşiş köməkçisinin qızı idi. Lomonosov hələ balaca olarkən anası vəfat etmişdi. Oğlunda kiçik yaşlarından kitaba, oxumağa sevgini də anası yaratmışdı.
Davamı →