Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Məşhur ədiblərimizin həyatından maraqlı məqamlar

*Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, atı saxlayır: «A bala, o itin boynundakı nədir? — Xan sağ olsun duadır, göz dəyməsin deyə yazdırdım.» İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanı başa düşməyən çoban iti tərifləyir. Xan: «Bəs duanı harada yazdırmısan? — «Şişə qalasında — çoban deyir. Bərk əsəbiləşən xan xilafı-şər iş görən dini ələ salan mollanı cəzalandırmaq məqsədilə çobanı iti ilə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, qarşısında diz çökən mollaya qəzəblənir:
Davamı →

Əbdülqadir Marağayi-musiqi bilicilərinin padşahı

Azərbaycan xalqının həyatında musiqi qədim zamanlardan xüsusi yer tutmuşdur. Hələ orta əsrlərdə bütün Şərq musiqi nəzəriyyəsinin Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi korifeyləri meydana gəlmişdir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində musiqi nəzəriyyəsinin inkişafı onların adları ilə sıx bağlıdır.
— Cənubi Azərbaycanı özlərinin yiyəlik etdikləri geniş ərazilərin mərkəzi etmiş monqol Xulaki hökmdarlarının imperiyası XIV əsrin ortalarında dağıldıqdan sonra Azərbaycanın şimalındakı Şirvan torpaqlarında Şirvanşahlar sülaləsi öz müstəqilliyini bərpa etmişdi.
Ardı →

Teodor Mommzen

Teodor Mommzen (almanca Theodor Mommsen, 30 noyabr 1817, Hardinq, Şlezviq-Qolşteyn — 1 noyabr 1903, Berlin) — alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1902) ("«Roma tarixi» adlı monumental əsərinə görə"), Romanın fəxri vətəndaşı. 1868-ci ildə «Pour le Mérite» medalı ilə mükafatlandırılıb.
Ardı →

Güldürən düşündürən insan- Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Ardı →

ABŞ dahilərinin həyatından

Amerika alimi Franklin elektrik keçirməni öz oğlu ilə birlikdə ilanlar üzərində öyrənmişdir.
Amerika yazıçısı, filosof Toro (1817-1862) demişdir: «Bu qısa müddətli həyatı, əbədi həyat qanunu ilə yaşamaq lazımdır.»

ABŞ-ın Konnektikut universitetinin psixoloqu Yozef Renzull istedadın inkişafına kömək göstərən aşağıdakı faktorları sadalayır: Dövrün sosial-iqtisadi vəziyyəti, valideynlərin şəxsiyyəti, rəsmi və qeyri-rəsmi təhsil səviyyəsi, onların sosial vəziyyəti, uşağın fiziki sağlamlığı, valideynlərdən yaxşı miras qalması və evin muzeylər yaxınlığında yerləşməsi, həmçinin şəxsi faktorlardan — özünüdərk, cəsarət, xarakter, intuisiya, öz gücünə inam, qələbə ehtirası, enerji, şəxsi təsir qabiliyyəti, özünün dünyaya hansısa missiya üçün gəldiyini hiss etməsi və s.

Amerika Birləşmiş Ştatlarının görkəmli dövlət xadimi, prezident Linkoln (1809-1865) müharibə zamanı bir neçə generalın və arabaya qoşulmuş qatırın cənubluların əlinə keçdiyini eşidərkən demişdi:
-Çox təəssüf.Qatırın hər biri bizə iki yüz dollara başa gəlir!
Ardı →

Volf Messinq

Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Davamı →

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun «Bir kərə yüksələn bayraq, bir daha enməz!» ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Davamı →

Kərim Kərimov

Vaxtilə ən mühüm strateji dövlət orqanlarından birinə rəhbərlik etməsinə baxmayaraq onun adı və siması uzun müddət ictimaiyyətdən gizli saxlanılıb. O, 1987-ci ildən sonra, necə deyərlər, üzə çıxıb. Söhbət görkəmli alim-konstruktor, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovdan gedir. 14 noyabr tarixi bu əfsanəvi insanın doğum tarixidir.

Keçmiş SSRİ-nin bütün kosmik gəmilərinin heyətlərini K.Kərimov şəxsən özü kosmosa göndərirdi. Kosmodromda kosmik heyətlər uçuşa hazır olmaları və uçuşun uğurla başa çatması haqqında məruzələri şəxsən ona edirdilər. Həmin məruzə və hesabatların efirə verildiyi telereportajlarda heç kim K.Kərimovun üzünü görməzdi, onun ancaq kürəyini göstərərdilər. Uzun müddət kimliyi gizli saxlanılmış Dövlət Komisiyası sədrinin şəxsiyyəti barədə «Pravda» və «Sovetskaya Rossiya» qəzetlərinin 1987-ci ildə məlumat verməsindən sonra o, bütün azərbaycanlıların fəxrinə çevrildi.
Ardı →

Qara Qarayev

Ötən əsrin 70-ci illəri idi. Böyük bəstəkarımız və böyüklüyü ilə də biz o dövr gənclərinin qürur duyduğu Qara Qarayevin şöhrət pillələri ilə ilbəil deyil, günbəgün yüksəldiyi çağlar idi. SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanıydı, o dövrün ən ali ödülü sayılan Lenin mükafatına layiq görülmüşdü. Musiqisinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D.Şostakoviç, R.Şedrin, A.Xaçaturyan, İ.Stravinski, L.Koqan, L.Mazel, M.Aranovski, T.Xrennikov kimi zamanın böyük musiqiçiləri aşkarda və gizlində etiraf etmişdilər. Sənət kuluarlarında söhbət düşəndə maestro Niyazi, Soltan Hacıbəyov, tələbələri olmuş Arif Məlikov, Aydın Əzimov, Cavanşir Quliyev onun haqqında heyranlıqla danışırdılar. Yaxın dostu, istedadlı riyaziyyatçı alim, akademik Azad Mirzəcanzadə musiqisinin incəlikləri barədə son dərəcə orijinal məqalələr yazmışdı.


Ardı →