Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

50 üzv, 173 topik

İnsanı kasıb edən səbəblər

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.

Davamı →

Özünüzü yorğun hiss edirsiniz?

Yetərincə dincəldiyiniz halda hələ də özünüzü yorğun hiss edirsinizsə, bu ciddi xəstəliklərdən xəbər verir. Bu problemlər arasında tiroid xəstəliyi, 2-ci tip diabet və yuxu apnesi ola bilər. İnsanların orta hesabla 40 faizi həftənin bir çox günlərində özlərini bitkin, yorğun və tükənmiş hiss edirlər. Araşdırmalar yetişkinlərin 3-də birinin yetərincə yatmadığını göstərir ki, bu da çətin yaşam tərzinə bağlı ola bilər.

Davamı →

Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi

Əminəm ki, bu cümləni eşitməkdən çoxumuzun qulağı qabar olmuşdur. Hər kəs keçmişin gözəlliyindən dəm vurub, “gözəl zamanlarda” yaşağamağın qüruru ilə öyünür. Bəs niyə əvvəllər hər kəs daha səmimi, sevgilər daha pak, dostluqlar daha dürüst idi?
Əlbəttə ki, belə sualları cavablandırmaq üçün keçmiş və indiki zaman arasındakı fərqlərə quşbaxışı baxmağı nisbətən bacarmaq lazımdır. “Əvvəllər hamı daha “səmimi” idi.” Bəlkə buna məcbur idilər?!

Davamı →

Azərbaycan müəllimi müqəddəsdir?

Qulağına bayraq taxıb özünə təm-təraqlı ad günü keçirən və rednecksayağı ət şaqqalayan məktəb direktoru sosial şəbəkələrdə, mediada xeyli müzakirə olundu. Bu müzakirələr onunla nəticələndi ki, direktor istefa verdiyini bildirərək cəmiyyətdə yaranmış mübahisəni sonlandırdı.
Bu məktəb direktorunda orta statistik Azərbaycan müəllimi üçün zərərli olan hər şey vardı: sallaq buxaq, fərqində və məlumatı olmadığı dövlət və dövlətçilik barədə tədbirlərdə saatlarla danışaraq şagirdlərin zəhləsini tökmək, çətin də olsa, 20 Yanvar, Xocalı tədbirlərində dramatik ab-hava yaradıb şeirlər demək və s.

Davamı →

Kobra effekti

Kobra effekti — Mövcud problemə verilmiş həll yolu ilə problemi yüngülləşdirmək və ya həll etmək əvəzinə situasiyanı daha da qəlizləşdirmək və ya ümumi durumu daha da pisləşdirməkdir. Bu daha çox nəticəyə təsir edəcək bütün amillərin düzgün hesablanmaması və ya nəzarət olunmayan, fikirdən yayınmış digər aspektlərin diqqətə alınmaması zamanı baş verir. Həm də bir çox hallarda biz sadəcə düşdüyümüz çətin durumdan çıxmaq üçün həmin duruma görə həll yolu axtarırıq(event-based solution), məsələnin sonrası necə olacaq və hansı başqa təsirlər ola biləcəyini düşünmürük.

Davamı →

Tətildən sonra iş

Tətil günlərində hər kəs kifayət qədər istirahətinə vaxt ayırmağa çalışır. Bu sağlamlığımız cəhətdən, həmçinin özümüzə zaman ayırmağımız baxımından çox yaxşı bir haldır. Ancaq mümkün qədər dincəldikdən sonra işə bütün diqqətini toplamaq bir o qədər qəlizləşir.

Bu müddəti necə tezləşdirə və daha sadə bir hala gətirə bilərik? Aşağıdakı tövsiyyələrimiz inanırıq ki, sizə bu mövzuda yardımçı olacaqdır.
Davamı →

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.

2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq — hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.
Davamı →

Boşanma haqqında 4 böyük yalan

Bu yaşdan sonra heç kəsi tapa bilməzsən
Boşanma dövründə ətrafdakılardan ən çox eşidilən şeylərdən biri bu yaşdan sonra özünüzə uyğun heç kəsi tapa bilməyəcəyinizdir. Amma sevgini tapmağın yaşı yoxdur.

Xoşbəxtliyi tapmaq üçün gecikmək deyə bir şey yoxdur. Bir dəfə səhv etməyiniz bundan sonrası üçün dərs çıxarmağınıza, daha yaxşı qərarlar verə bilməyinizə və özünüz üçün daha yaxşı insanı tapmağınıza kömək edər.
Davamı →

Evlilik təzyiqinin fəsadları

Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar. 

Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək?
Davamı →