“Xoşbəxtlik gətirən” qidalar

İtaliyalı alim Lyuk Passamonti maraqlı araşdırma aparıb.

İtaliyanın Katanjaro universitetinin alimi Lyuk Passamonti “xoşbəxtlik gətirən” qidaları müəyyənləşdirib. Alim elmi cəhətdən sübut edib ki, yaxşı əhval-ruhiyyənin sirri tərkibində amin turşuları qrupuna aid olan Triptofon olan qidalardadır.

Belə qidalara şokolad, kürü, süd, quş, mal əti, həmçinin qoz-fındıq aiddir. Bu cür qidalar qeyri-diyetik sayılsalar da, Passamonti hər bir insanın hərdən belə qidaları qəbul etməli olduğunu hesab edir.



İtaliyalı alim hər bir şəxsin adı yuxarıda çəkilən qidalardan ən azı 350 qram qəbul etməli olduğunu iddia edir. Alimin araşdırmalarına görə, bu qidalardan qəbul zamanı insanlar stressdən, aqressivlikdən qaçaraq mənfi emosiyalarını idarə edə biləcək.

 

3 şərh

pascal
Yalnız maddi imkanı yerində olan insan gündə bu qidaları qəbul edə bilər. (Kürü ha...) :)
Əgər bir insanın ki, maddi durumu əladır, demək ki, heç olmasa o 70% «xoşbəxtdir». Bunu Passomontisiz də bilirik. ;) :)
Zarafat bir tərəfə, düzdür xoşbəxtliyi madiyyata bağlamaq düz deyil, ama maddi durum yaxşı olması da insanın həyatında böyük rol oynayır.
Someone
Kürü yeyən avtomatik ən azı maddi qayğılardan azaddır diməkdir )).  Topiki yazanda elə ilk aqlima gelen bu oldu. Təxmin etdim ki, oxucunu diqqətini cəkən ilk bu olacaq :)
_BUMERANQ_
Aqressiya, əsəb insanın gözünü elə qaraldır ki, heç nəyi görmür.

Digər hallarda(sakit halda) bu qidalar qısamüddətli xoşbəxtlik gətirə bilər. Əsas da şokolad :)