Xiyar pəhrizi


Sürətli arıqlamağın fərqli yollarını sınayıb istədiyi nəticəni almayanlar, xiyar pəhrizini yoxlamağa dəyər.

Protein və vitamin deposu hesab olunan xiyar pəhrizi tez arıqlamaq istəyənlər üçün ideal pəhriz olmaqla yanaşı sidik qovucu özəlliyi də var. Bu pəhrizdə xiyar və balqabaq bol miqdarda yeyilir.

Pəhrizin müddəti sadəcə 3 gündür. Bu pəhrizi təkrar etmək istəyənlər 3 gündən sonra 10 gün fasilə edərək yenidən başlaya bilər.

Az yağlı, qızartma olmayan heyvan və bitki mənşəli protein, yaşıl noxud, toyuq ətinin döşü, yumurta ağı ilə hazırlanmış qayğanaq kimi bol proteinli qidalar yeməlisiz.

Xiyar pəhrizi proqramı

Səhər: 1 stəkan ilıq, ballı, limonlu su və 2 ədəd xiyar, yaxud da 2 ədəd xiyar, barmağınız ölçüdə 2 dilim yağsız pendir.

Qəlyanaltı: 2 ədəd xiyar, 1 stəkan çox sulu ayran, ya da 3 ədəd qoz və 3 ədəd xiyar,  ya da 1 ədəd yaşıl alma

Günorta: 1 kasa yüngül yoqurt, 1 çay qaşığı zəncəfil və 3 ədəd ortaboy balqabaq

Axşam : 3 yumurta ağından bol proteinli yağsız, ya da çox az yağlı qayğanaq, 2-3 ədəd xiyar.

Qeyd: 3 gündən sonrakı günlərdə yaşıl noxud, toyuq ətinin döşü və 2-3 xiyar yeyə bilərsiz.

 

0 şərh