Həftədə 7 və ya 15 kq arıqladan pəhrizlər

Almalı qəhvəli pəhriz qısa müddətdə 5-7 kq çəki atmaq üçün çox məşhur və sınanmış üsuldur. Gün ərzində yalnız 1,5 kq yaşıl alma yeyilir. Səhər, günorta, axşam olmaqla 3 dəfə, sutkada cəmi 400 ml təzə qəhvə içilir. Qazsız, təmiz su da gün ərzində 500 ml olmaqla içilə bilər.
Bu pəhrizə həftədə 2 gün arada fasilə olmaqla əməl edilməlidir. Hər gün etmək olmaz.

Davamı →

İsveç pəhrizi

Son vaxtlar ən geniş yayılan pəhriz növlərindən biri də İsveç pəhrizidir. 13 gündə 7-20 kilo arıqladan İsveç pəhrizinin xüsusiyyəti və ən əsas üstünlüyü verilən çəkinin geri qayıtmamasıdır. Bunun səbəbi maddələr mübadiləsini dəyişdirərək sürətləndirməsidir.

Hər gün üçün fərqli menyusu olan pəhriz müddətində əməl edilməli bəzi qaydalar var. İki həftədə 7-20 kilo çəki azaldan 13 günlük İsveç pəhrizi hər gün fərqli menyular təqdim edir.

Təqdim edilən miqdardan artıq qazlı içki, qəhvə və çay içmək olmaz.
Gündə 2 litr su içməlisiniz. Pəhrizə ara vermək istədikdə 6-cı günü tamamlamış olmalısınız.
İsveç pəhrizini 13 gündən çox davam etdirmək olmaz. Üç aydan bir təkrarlaya bilərsiniz.
Davamı →

Yeyərək arıqlayın

Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır.
Hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Bunabalanslaşdırılmış qidalanmadeyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.
Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.
Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.
Davamı →

Qatıq pəhrizi

Bir həftəlik bu pəhrizin sonunda özünüzü quş kimi rahat hiss edəcəksiz.

Pəhriz saxlayarkən xüsusən çalışan qadınların şikayət etdikləri pəhrizin əlverişli olmaması, yeməklərin asan hazırlanan olmamasıdır. Qatıq pəhrizi isə bu şikayətəri geridə qoyacaq.


Ardı →

Şəkər pəhrizi

Şəkər pəhrizində hər gün eyni menyuya əməl etməlisiniz. Bu pəhriz müddətində saxta şəkərdən uzaq durub şəkər ehtiyacınızı meyvə və tərəvəzlərlə ödəməlisiniz.

Səhər: 1 stəkan şəkərsiz çay, 2 kibrit qutusu ölçüsündə ağ pendir, xiyar, pomidor, 2 dilim kəpəkli çörək

Qəlyanaltı: 1 stəkan ayran, 2 — ədəd kəpəkli biskvit, 1 porsiya meyvə

Günorta: 3 ədəd kotlet və ya 1 porsiya quru paxla yeməyi, 1 porsiya tərəvəz yeməyi, salat, 1 kasa qatıq, 2 dilim kəpəkli çörək.

Ara: 1 dilim kəpəkli çörək, 1 dilim ağ pendir, 1 porsiya meyvə

Axşam: 1 kasa şorba, 1 porsiya tərəvəz yeməyi, salat, 1 kasa qatıq, 2 dilim kəpəkli çörək

Gecə: 1 stəkan şəkərsiz süd,  1 porsiya meyvə


Davamı →

Su pəhrizi

Təqdim edəcəyimiz bu pəhriz meyvə, tərəvəz və suyun çoxluq təşkil etdiyi bir detoks proqramıdır. Buna görə tez arıqlamağı vəd edən digər şok pəhrizlər kimi sağlığa ziyanı yoxdur. 

Su pəhrizi ilə 5 gün ərzində istədiyiniz formaya girə bilərsiniz. Ancaq bu pəhriz şəkər və ürək xəstələrinə, hamilə və süd verən qadınlara tövsiyə edilmir.


Ardı →

Xiyar pəhrizi


Sürətli arıqlamağın fərqli yollarını sınayıb istədiyi nəticəni almayanlar, xiyar pəhrizini yoxlamağa dəyər.

Protein və vitamin deposu hesab olunan xiyar pəhrizi tez arıqlamaq istəyənlər üçün ideal pəhriz olmaqla yanaşı sidik qovucu özəlliyi də var. Bu pəhrizdə xiyar və balqabaq bol miqdarda yeyilir.

Pəhrizin müddəti sadəcə 3 gündür. Bu pəhrizi təkrar etmək istəyənlər 3 gündən sonra 10 gün fasilə edərək yenidən başlaya bilər.

Az yağlı, qızartma olmayan heyvan və bitki mənşəli protein, yaşıl noxud, toyuq ətinin döşü, yumurta ağı ilə hazırlanmış qayğanaq kimi bol proteinli qidalar yeməlisiz.


Ardı →

Fast food pəhrizi

Kilolarınızla vidalaşarkən qidalanma vərdişinizi dəyişdirmək istəmirsinizsə, həftədə 2 kilo arıqladan bu pəhriz  tam sizə görədir.

Birinci gün
Səhər: 1 stəkan süd, 3 qaşıq düyü gəvrəyi, saat 10:30-11:00 arası 1 alma ya da 1 ədəd portağal
Günorta: 1 hamburger, 1 ədəd kola, saat 16:00-17:00 arası 1 ədəd pendirli tost
Axşam: 1 kasa qatıq, 1 dilim kəpəkli çörək, yağsız salat, saat 21:20-22:00 arası yatmadan əvvəl 1 portağal və ya 1 alma

İkinci gün
Səhər: 1 dilim layt pendir, 2 dilim kəpəkli çörək, saat 10:30-11:00 arası 1 alma və ya 1 kivi
Günorta: 1 porsiya boşqabda dönər, 1 dilim çörək, 1 stəkan ayran, istərsəniz salat, saat 16:00-17:00 arası 5 ədəd biskivit
Axşam:  8 qaşıq tərəvəz yeməyi, 1 kasa qatıq, 1 dilim çörək, salat, saat 21:20-22:00 arası  200 qram meyvə


Ardı →

Kosmos pəhrizi

Rusiyada geniş yayılmış “kosmos pəhrizi”ndən daha çox siyasətçilər və sənətçilər istifadə edirlər. Kosmonavt və astronavtların menyusu əsasında hazırlanan pəhriz ciddi əməl olunarsa 8 gündə 5-6 kiloqram arıqlamaq mümkündür.

“Kosmos pəhrizi”ndə bütün qida maddələrinə ballar verilir. İncəlmək üçün bir gündə qəbul olunan qidaların balları 40-ı keçməməlidir. Proteinlə zəngin pəhrizin qəribə tərəfi isə odur ki, burada istədiyiniz qədər qaynadılmış ət yeyə bilərsiniz. Pəhriz zamanı kartof çox nadir hallarda yeyilə bilər. İstənilən qədər meyvə yemək olar, lakin 25 ballıq armuddan imtina edilməsi məsləhətdir. Menyunuza balıq, çay, qəhvə əlavə edib, spirtli içki və şirniyyatları çıxarmalısınız.


Ardı →

Yunan pəhrizi

Çörək, zeytun yağı və şərabla arıqlamaq vəd edən Yunan pəhrizi son günlərin ən məşhur pəhrizidir. Yunan xalqı Ariston və Platondan sonra üç qida — çörək, zeytun yağı və şərab tərkibli ənənəvi və antik bir pəhrizlə sağlam və incə qalmağı bacarır.

Araşdırmalar yunan pəhrizinin eyni zamanda piylənmə, xərçəng, ürək və digər ana xəstəliklər riskini azaltdığını da müəyyən edib. Yunan pəhrizinə görə sağlam qida və təbii içkilər bol qəbul edilməlidir. Bunlara taxıllar (çörək),  yağlar (zeytun yağı), qəhvə və şərab da daxildir.


Ardı →