Yod çatışmazlığı əlamətləri

Yod çatışmazlığı, insan orqanizminin yod elementinə olan ehtiyacını ödəyə bilməməsi ilə xarakterizə olunan bir problemdir. Yod, bir sıra qida mənbələrində təbii olaraq tapılan və orqanizmdə uzun müddət depolana bilməyən bir elementdir. Yod, əsasən qalxanvari vəzifənin düzgün işləməsi üçün vacib olan bir mikroelementdir. Bu element, hormonların sintezində mühüm rol oynayır, bu hormonlar isə metabolizm, ürək döyüntüsü sürəti və beyin inkişafı kimi bir sıra əhəmiyyətli funksiyaları tənzimləyir.Bu hormonlar boyun artması, yaraların sağalması və normal metabolizm üçün əvəzsizdir. Yod çatışmazlığı qalxanabənzər vəzinin hormon ifraz etmək qabiliyyətini məhdudlaşdırır və hipoterioza səbəb olur. 

Yod çatışmazlığının əsas səbəbləri arasında yodla zəngin qidaların qidalanmada az olması, torpaq və su mənbələrinin yod baxımından kasad olması yer alır. Bu vəziyyət, xüsusilə dənizdən uzaq ərazilərdə daha çox rast gəlinir.

Yod çatışmazlığının simptomları arasında enerji azlığı, dəri və saç problemləri, kilo alma, üşümə, zehni funksiyaların zəifləməsi,halsızlıq və yorğunluq hissi, zob sayıla bilər. Uzun müddətli yod çatışmazlığı, qalxanvari vəzinin böyüməsinə (quiter) və zehni inkişafın zəifləməsinə səbəb ola bilər.

Yod çatışmazlığının qarşısını almaq üçün ən yaxşı yol, yodla zəngin qidaları qidalanmaya daxil etməkdir. Bunlara dəniz məhsulları, suda yetişən yosunlar, yumurta, süd və süd məhsulları, tuna balığı, qara gavalı və s. daxildir. Bəzi ölkələrdə, xüsusilə də yod çatışmazlığının geniş yayıldığı yerlərdə, duzun yodla zənginləşdirilməsi kimi ictimai sağlamlıq tədbirləri də həyata keçirilir. Yod çatışmazlığının qarşısını almaq üçün ən yaxşı yol yodlaşdırılmış duzdan istifadə etməkdir.

Sağlamlıq baxımından yod çatışmazlığının diaqnozu və müalicəsi üçün həkim məsləhəti vacibdir. Həkimlər qan testləri və digər tibbi araşdırmalar vasitəsilə yod səviyyələrini ölçə bilər və lazım gəldikdə yod əlavələri və ya dəyişdirilmiş qidalanma planları təklif edə bilərlər. Yod çatışmazlığının vaxtında müalicə edilməsi, qalıcı sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.



 

0 şərh