Ali qüvvələrlə əlaqədə olmaq imkanı

Yerdə və səma planetlərində üz-üzə gəldiyiniz sınaqlar öz həqiqi evinizə – ruhi aləmə qayıtmağınız üçün keçməli olduğunuz «yüksəliş proqramı»nın bir hissəsi kimi vacibdir. Ruhi yüksəlişiniz üçün sizə nələr lazımdırsa, sizi onlara müvafiq olaraq  təəssüratlar, hadisələr, əlaqələr gözləyir. Heç də həmişə müdriklik verməyən qeyri-adi mistik qabiliyyətlərə can atmağa dəyərmi? Bilik müdrik olmağa doğru aparır və aparmalıdır. Müdrik olmaq o deməkdir ki, dünyəvi və maddi olanı ötüb keçə biləsən, Müdrik olmaq odur ki, mənasızcasına Tanrı, mələklər və ya ali varlıqlar axtarışında olmağı dayandırasan və onların həmişə sizin yanınızda olmalarını başa düşəsiniz. Siz, sadəgə olaraq, onları görmək və eşitmək, onlarla ünsiyyətdə olmaq, onların sizi istiqamətləndirmə və qorumaları üçün özünüzə imkan verməmisiniz.      
Ali qüvvələrlə əlaqədə olmaq imkanı
Özünügerçəkləşdirmə heç də o demək deyil ki, özündən kənara çıxıb, nəyi isə əldə edəsən. Bu, artıq sizin bir hissəniz olan şeyin kəşf edilməsi, əldə olunması və istifadəsidir. Bizim dünyada elə adamlar vardır ki, həmişə mələklərlə bir yerdə olurlar. Onlar elə bir informasiya gətirirlər ki, onun köməyi ilə normal insan fəaliyyəti çərçivəsindən çıxan işləri etmək olur. Deyildiyi kimi, həmin varlıqları görməyə və hətta Tanrını görməyə həddən artıq cəhd göstərməyin. Bununla belə, siz başa düşməlisiniz ki, həmin varlıqlar sizi görürlər, diqqət yetirirlər. Ona görə də, siz gərək təmizlənəsiniz ki, onlarla olan ünsiyyətinizə mane olan  qəlb örtüyünü dəf edəsiniz. Belə ünsiyyət çox nadir hallarda olur. Kosmik uçuşlarda astronavtların gördükləri buna misaldır. Onlar adi yer şəraitində olmadıqları üçün belə hallar daha çox mümkün olur.
Canlı varlıq gah yerdə, gah da səma səltənətində təcəssüm edərək bir həyatdan digərinə keçir: gah kişi, gah da qadın bədənində olur; gah mələk, gah da tanrıça bədənində olur. Hər bir fərdi can yüz minlərlə və milyonlarla həyatlarıı boyu daima bir bədəni digəri ilə əvəz edir. İdrak süuru  sadəcə hissi həzz alma çərçivəsindən çıxmağa vadar edən zaman canlı varlıq elə bir keyfiyyət kəsb edir ki, onun vasitəsilə Tanrı elçisi ilə ünsiyyətdə olmaq imkanı əldə edir.  Tanrı daima məkana, zamana və şəraitə uyğun olaraq öz nümayəndələrini göndərir ki, onlar maddi bağlılılqların bir hissəsini kəsmək üçün bizə kömək etsinlər.
Bu,  bizə unutqanlığımızı dəf etməyə, həqiqi təbiətimizi yada salmağa və üzərimizə enən bərəkəti qəbul etməyə imkan verir. İnsan Tanrının nümayəndələri ilə ünsiyyətə girəndə onun şüuru böyük sıçrayış edir və o, yenə də ruhi aləm ilə əlaqədə ola bilir. Həmin ünsiyyətdən nələr əldə etməniz sizin özünüzdən asılıdır. Lakin, siz bir dəfə bu sınaqdan keçsəniz, heç vaxt əvvəlki kimi olmayacaqsınız. Belə bir biliklə əlaqəsi olan heç vaxt əvvəlki kimi yaşamır. Belə informasiya saat mexanizmi olan bombaya bənzəyir.  
Bu torpağa səpilmiş toxum, qazanılmış imkandır. Unutqanlıqda yaşayıb, sonra yaddaş əldə etmək və daha sonra da qərara gəlmək ki, yaddan çıxarmaq daha asan və daha rahatdır, bu cür yaşamaq olmaz. Bu informasiya can üçün nəzərdə tutulub və nə vaxtsa o, mütləq həmin təkana uyğun olaraq hərəkət edəcək. Bu, ancaq zaman məsələsidir. Ola bilsin ki, siz nəyisə eşidəsiniz və indi onu qəbul edə bilməyəsiniz. Sadəcə olaraq onu bir müddət təxirə salın və saxlayın. Həyəcanlanmayın. Əgər sizin düşüncənizdə qurduqlarınıza meydan oxuyan nəsə söylənirsə, öz ətrafınıza divar çəkməyin, hazırda vəziyyətin hələ ki, belə olmağı ilə barışın. Yox, əgər sizin fikirdə qurduqlarınıza əlavə gətirən nə, nəsə söylənirsə, sizə qapı açırsa, o qapıdan içəri daxil olun.
Biz, bu biliyi bilərəkdən sizlərdən səma səltənətlərində bir çox həyat keçirənlərə və mistik qabiliyyətlərə can atanlara təqdim edirik. Mələki varlıqların gəlişi zamanı onlarla qarşılıqlı əlaqədə olmaq üçun bu bilik sizlərdən bir çoxuna kömək edəcək. Siz əlaqə yarada və yeni qüvvə əldə etmək üçün imkandan istifadə edə biləcəksiniz. Bu varlıqlar özləlrinin saf və dolğun şəklində peyda olacaqlar və əgər hazırsınızsa, onlarla müttəfiq olma imkanı əldə edəcəksiniz.
Yer kürəsinin müxtəlif ölkələri öz vaxtları üzrə yaşadığı kimi hər bir kainat da özünün müxtəlif dövrlərini keçirir. Bir kainatda kosmik təzahürlər yeni başlayanda, digərində artıq sona yetir, üçüncüsündə isə maddi təzahürlərin çiçəklənməsi dövrü olur.  Uca Tanrı onu sevən həmrahları ilə birlikdə özünün xüsusi məskənində olur.  Elə ki, siz Tanrı ilə birləşir və fədailərin həmin birliyinə daxil olursunuz, bütün günahlarınız, bütün şübhələriniz yox olur. Elə ki, Tanrının əbədi yoldaşlarının məhəbbəti, şəfqəti və yol göstərməsi sayəsində sizdə olan bütün pisliklər məhv olacaq. Tamahkarlıq, məyusluq, qorxu, Tanrının sizi sevib-sevməməsi və məqsədinizin nə olması  barədə son şübhələr bunların hamısı yox olub gedəcək. Sizə əsil məhəbbətin nə olduğu açılacaq və dərk edəcəksiniz ki, yenidən evdə olmaq nə deməkdir.
 
Sual:   Barəsində danışdığınız məhəbbəti hansı yollarla duymaq olar?
Cavab:  Çox təsirli bir yol ilə – Tanrının Adlarını təkrar etməklə. Bütün müqəddəs kitablar belə təkraretmənin əhəmiyyətini qeyd edirlər. Tanrının Adları maddi enerciyə dərin təsir göstərir. Onlar şüuru çirkləndirən nöqsanları kəsən silaha bənzəyir. Tanrının Adlarında maddi enercini ruhi enerciyə çevirmək və Tanrının orada hazır olmağına səbəb olma qabiliyyəti vardır. Kiminsə adını ucadan çəkdikdə, siz onun mahiyyətinin bir hissəsini özünüzə cəlb etmiş olarsınız və sanki, həmin adamın yanınızda olmağını duymuş olarsınız.
Sizin idrakınızda onun siması, ona məxsus olan cəhətlər yaranır. Çağırdığınız səxsiyyət ruhi cəhətdən nə qədər irəli getmişsə, cavab rabitəsi və onun yanınızda olma duyğusu bir o qədər güclü olur. Tanrının Adlarını təkrar edən zaman səs vibrasiyası güclü təmizlənmə və çirkablardan qurtarma təsiri verir. Tanrının Adlarını təkrar və tərənnüm etməyin bütöv bir elmi və mədəni sistemi var. Onların da yeganə mahiyyəti eynidir: bu — şüurun transformasiyasının  (başqa formaya keçirilməsinin) həlledici anıdır.
 
Sual: Belə təsəvvür var ki, kainat müəyyən mərhələlərdən keçir və canlı varlıqlar təkrarən reinkarnasiya (canın bir bədəndən başqasına keçməsi) edirlər. Bir çox dini sistemlər həmin təsəvvürə əsaslanaraq bizim maddi aləmin ruhi aləmə oxşar cəhətlər alacağı dövrdən xəbər verirlər. Astroloqlar həmin dövrü «Dolça Erası» adlandırırlar, Bibliyada isə «yer üzündə Tanrı Səltənəti» olacağından danışılır. Həmin kosmik mərhələdə maddi aləmdə təcəssüm etməklə səma səltənətində təcəssüm etmək arasında fərq varmı?
Cavab: Fərq, demək olar ki, yoxdur. Biz artıq demişik ki, kainatlar kosmik dövrün bu və ya digər mərhələsinə müxtəlif vaxtlarda daxil olurlar və insan satya-yuqa, yəni qızıl dövrdə hər hansı bir yerəbənzər planetdə təcəssüm edə bilər. Digər tərəfdən o, səma planetlərinin birində də doğula bilər. Hər bir halda o, eyni bir şəraitə—səma səltənətinə  düşür. Buna görə də biz onu vurğulayırıq ki, səma səltənətinə çatmağı qarşınıza məqsəd qoymayın. Əsas məqsəd ruhi aləmə daxil olmaqdır. Yerdə qlobal təmizlənmə gedir. Məhz burada, yerdə səma aləminin xüsusiyyətlərinin təzahür etdiyini görəcəyik. Bu təmizlənmə prosesində ruhi cəhətdən kifayət qədər inkişaf etməmiş bir çox varlıqlar bu dünyanı tərk edib, yenidən cəhənnəm planetlərindən birində və ya haradasa doğulmalı olacaqlar. Ruhi cəhətdən yetkinləşmiş, yerdə səma səltənəti arayan adamlar isə burada, yerdə qalacaqlar.
Lakin insanların şüurunda Uca Tanrı ilə əlaqələrimizin dərk edilməsi istiqamətində qlobal dəyişikliklər gedəcək. Bir bu barədə düşünün: doğuluş və ölüm, kainatların yaradılması, qorunması və dağıdılması prosesləri Uca Tanrının bircə dəfə nəfəs alıb-verməsi zamanı baş verir. Kainatların mövcud olma miqyasını təsəvvür etmək bizim üçün mümkün deyil. Hər şeydən vacibi odur ki, açılasınız, yüksəliş üçün olan hər cür köməyi qəbul və  hər  cür imkandan istifadə etməyə hazır olasınız. Gələcəkdə baş verəcək dəyişikliklərə hazırlıq elə budur.
Sual: Dediyiniz kimi, hər bir dünya miqyaslı dində belə bir anlayış var ki, yerdə mövcudluğun  məqsədi səma səltənətinə nail olmaqdır. Belədirsə, bəs nəyə görə insanlar səma səltənətinə düşəndə, orada da bizim planetimizdəki kimi qarışıqlıq törətmirlər?
Cavab: Səma səltənətində yaşamaq hüququnu qazanmaq üçün insanın şüuru transformasiya etməlidir. Səma aləmlərində yaşayan varlıqlar daha yüksək ruhi səviyyədə düşünür və fəaliyyət göstərirlər. Ancaq, səma planetləri maddi aləmlərdir, ona görə də maddi bədənə salınmış fərdi can yerdə olduğu kimi maddi mövcudolmanın dörd qüsuruna malik olur. Həmin qüsurlar bunlardır: 1) o, səhv etməyə məhkumdur; 2) mütləq illyuziyaya düşür; 3) ona kamil olmayan hisslər verilir; 4) başqalarını aldatmağa meyllidir. Daimi olaraq  hissi həzz almaq istəyimiz tədricən bizi bu dünyada  çəkdiyimiz bəlalara gətirib çıxarır. Bircə çıxış yolu var – anlamaq ki, hətta səma planetlərində də həyat müvəqqəti, sonludur  və  əbədi, dəyişməz xöşbəxtliyi biz yeganə bir yerdə – maddi çirkabların olmadığı ruhi aləmdə tapa bilərik.
 
 
 
Mənbə: RUHI DÖYÜŞÇÜ kitabı
Müəllif: Con Feyvors
 

0 şərh