Qaranlıqdan qorxmuram ki - Elnur Rəhimov

Qaranlıqdan qorxmuram ki,
Asanlıqla öz-özümü tapıram.
Qaranlıqdan qorxmuram ki,
Günahımı öz üzümə çırpıram.
Ayla günəş yerin dəyişik salsa,
Gecə bilib qaranlıqda yatıram.
Qaranlıqdan çıxmıram ki,
İnsanların törətdiyin görməyim.

Qaranlıqdan çıxçıram ki,

Mərdlərin də namərdliyin görməyim.

İnsanların bir-birinə hər zaman,

Sitayişin, ya sərtliyin görməyim.



Qaranlıqdan baxmıram ki,

Ağ üstündə ləkələr var- qaraldır.

Qaranlıqdan baxmıram ki,

Qara üstdə ağ ləkələr qaradır.

Cinayətkar qaraltının üzünü,

Günəş çıxan kimi onsuz saraldır.



Qaranlıqdan qalxmıram ki,

Içimdəki zülmətə düşüm, çöküm.

Qaranlıqdan qalxmıram ki,

Qaraltını dağıdım, vurum, söküm.

Qaranlığın içində işartı var,

Bu ümidin kölgəsinə bürünüm.



Qaranlığın mən şamıyam, yanıram,

Qaranlığın axşamıyam, sanıram,

Qaranlığın gündüzüyəm bəlkə də,

Qaranlığı günortatək anıram.









 

0 şərh