Dua edəndə sevinirəm.

Salehlərdən biri belə dedi: "Həqiqətən də mən bütün ehtiyaclarımı Allahdan dua edərək istəyirəm. Yəni, mən nə isə hər hansısa bir şeyi istədikdə əllərimi açıb Allahdan həmin hacətimi, istəyimi yalvarıb, dilə gətirib dua edib istəyirəm.”

Əgər Allah Təala mənim dua edərək Ondan istədiyimi mənə versə mən bir dəfə sevinirəm. Yəni həddən artıq sevinirəm, bu sevincim yalnız istədiyim bir şeyin mənə verilməsi üçündür. Bu da bir dəfə olur. Əgər uca Rəbbim dua edərək istədiyimi mənə verməsə on dəfə sevinirəm. Çünki birinci sevincim öz ixtiyarımladır. Belə ki, mən istədim və uca Allah da verdi, mən sevindim, bu sevinc öz ixtiyarımla oldu. Yəni özüm istəyərək sevinirəm. İkinci sevincim isə Allahın ixtiyarı ilədir, yəni Allahın mənim istədiyimi vermədiyinə görə olan sevincimdir. Belə ki, Allah Təala istədiyimi mənə verməyi məsləhət görmədiyi üçün daha çox sevinirəm, yəni on dəfə sevinirəm. Yəni, mən yenə Allahdan istədiyimi mənə vermədiyi üçün o qədər çox sevinirəm ki, bunu on dəfə sevinmək hesab edirəm".

 

İndi gəlin özümüzə qayıdaq. Biz gecə-gündüz Allahdan saysız-hesabsız nemətlər istəyirik. O qədər nemətlər istəyirik ki, o qədər arzular edirik ki, bunlardan istədiklərimiz və arzumuz veriləndə biz həddən artıq çox sevinirik. Ancaq istədiyimiz bizə verilməyəndə sevinməyi demirəm, kədərlənirik, ruhdan düşürük. Hətta elə insan olur ki, varlanmaq üçün bir az namaza başlayır, bir az namaz qılır, sonra görür ki, varlanmadı, namazı tərk edir. ALLAH qorusun. Demək biz qaydanı dəyişməliyik. İllərlə istədiyimiz bizə verilmədiyinə görə kədərlənməməli, sevinməliyik. Çünki Allahdan bizə məsləhət olan o istədiyimizin bizə verilməməsidir. Allah Təala hər birimizə dünyada və axirətdə istədiklərimizin hamısını, hətta dərk etmədiyimiz ən böyük, ən gözəl nemətləri bəxş etsin. Amin! Bizi dünyada və axirətdə sevindirən uca Allaha həmd olsun...

 

Müəllif: Əkrəm Həsənov

Mənbə: www.islamevi.az

P.S. Hazırki ruh halımla əlaqəli idi, bunu oxudum və özümə bir işarət kimi qəbul etdim. :) Sizinlə də paylaşmaq istədim, inşa Allah faydası olar.

 

 
 

3 şərh

LaLə
Bəli. ALLAH eşidən və mərhəmətini üzərimizdən əsirgəməyən uca varlıqdır. Allahdan nəisə istədikdə hər zaman haqqımızda xeyirli olanı dua edib istəməliyik.
DiplomatkA
Faydası oldu Rene, təşəkkür:)
Nailə_Qasarayeva
Oxudum və sevindim. :)  Təşəkkürlər!