Bir rəssamın xoşbəxtlik axtarışları


Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” - sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, - cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır.Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu,rəssamın axtardığı idi. O arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: - “Ailəm”. Sonda hər birinizə dünyanın ən gözəl neməti olan xoşbəxtliyin nəsib olması diləyiylə.
 

8 şərh

lili95

Bir nece Xosbextlik bir arada.Heyatimizda hele de uzumuzu guldurecek nese varsa demek yasamaga deyer.


Tesekkur Niyaz.Kayzen isiqlandi.

Niyaz
Dəyər verdiyiniz üçün çox təşəkkürlər)
Shabnam_Ilham

Rəsmin özü və adı da çox gözəl idi… «AİLƏM »… Allah hər kəsə bu cür xoşbəxtlik nəsib edər inşaAllah..Paylaşım üçün ayrıca təşəkkür :)

kocharli
Çox bəyəndim.Təşəkkür edirəm.
Renka
Ressamin adi nedir?
Rene
Necə gözəl rəsmdir, hər kəs necə də xoşbəxtdir, hamısının üzündə təbəssüm… Görəsən belə ailələr də var?..
Angelie
Yəqin ki, var...amma bizim evdə bu cür səliqəsizlik olsaydı, kim olsa da anam xoşbəxt olmayacaqdı)))
Rene
:))) Düzdü səliqəsizdi, amma inanılmaz hüzur var türklər demiş… Evi səliqəyə salmaq asandır, evdə mehribançılığın, anlayışın olması daha mühümdür…