Yataqda mütaliə – Herman Hesse

  • Esse
Əgər mehmanxanada üç-dörd həftə yaşadınsa, mütləq hər hansı bir əngəllə, maneə ilə üzləşməyə hazır ol. Ya  bütün günü və gecəni musiqi səsilə müşaidə olunan, səhəri isə dəhlizdə içib sərxoş olmuş adamların yıxıla-yıxıla, hamıya toxunub keçməsi ilə bitən toy məclisi qurarlar, ya sol tərəfdə yaşayan qonşun özünü dəm qazıyla zəhərləmək istəyər, həmin qaz sənin də mənzilinə dolar. Və ya əslində bundan bir az daha ədəbli və nəzakətli olsa da, mahmanxana sakinlərinin bir-birlərindən sakitlik umduqları saatda bir qonşu özünü güllələyib intihar edər.  Və ya su borusu sıradan çıxar və xilas olmaq üçün az qala üzmək məcburiyyətində qalarsan. Ya da ki günlərin bir günü pəncərənə söykənən nərdivanla mehmanxanın dam örtüyünü təmir edən usataların yuxarı qalxdığını görərsən.

Davamı →

Kimyəvi yağışlar - Məlik Rza

Dünən qarşıdakı binanın küçəyə baxan üzünü rəngləyib bitirdilər. Yeniyətmə oğlanların çöhrəsi kimi bulanıq, kirli yaşıl rəngə boyanmış daşları səhərdən axşamacan izləyərkən illər əvvəl qəsəbənin bəyazlığın bətninə gömüldüyü, insanların evlərinə itkin düşdüyü çovğunlu günü xatırladım.
Buz dənizində adacıqlar kimi boy verən sovet binalarının torpaq rəngi ətrafı nağıl aləminə çevirmiş, küçələrdə göz yaşları ilə bitən qartopu karnavalları başlamışdı. Mən isə qışqırıqları ərşə ucalan yaşıdlarım kimi qartopu oynamır, sərsəri itlərlə təkcənə dolaşırdım. Cismim akvariumdakı balıq tək dizə qalxmış qarda üzərkən torpaq rəngi binalardan ruhumun gizlininə sakitcə axır, canım qəribə əsrarın şirinliyinə yenilirdi.

Davamı →

Şlyapalı Dayanacaq

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə  taxdı və məktubu oxumağa başladı...
«Nənəcan, sabahın xeyir!
Mən sənin nağıllarda danışdığın Xoşbəxtlər şəhərini axtarmağa gedirəm. Oranı tapan kimi qayıdacağam və səni də özümlə ora aparacağam. Mən qayıdanacan balkondakı pomidor şitillərimizə yaxşı bax. Öpüb bağrıma basıram səni».

Davamı →

Başından bezən adam haqqında esse

Zəhəri içmək lazımsa,
Biryolluq içəsən gərək,
Vaxtı uzatmaqla sovuşmur bəla.
A.S .Qriboyedov, “Ağıldan bəla”

Sakif çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süst, qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur edirdi. Gözünü açanda daxilində üzücü bir boşluq hiss edirdi, elə bil, labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son iki ildə başqalarının əzab-əziyyətinə qarşı çox həssas olmuşdu. Kobudluğa, laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o, özü ilə əzablı mübarizəyə başlayırdı. Ümidsizlikdən və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl qırış-qırış olmuş, beli bükülmüşdü.

Davamı →

Bizim analarımız, bizim atalarımız

Gözləri küçəyə zillənmişdi, fəqət, ağlı hardasa — lap uzaqda veyillənirdi.
Uzaqda deyəndə ki… polislər, hərbçilər… — ağlı bir küçə uzaqlaşa, ya uzaqlaşmaya...
Çit pərdə qabarır, stula ilişib çırpınır, boşalıb çəkilir.
Güləndam kətan ağlarını, yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin içində bir cüt qanad titrəyir.
Güləndam əyilir, qalxır...
Ağların arasında ağ xəyalın sirli-sehrli rəqsi...
Güləndam ağ quşa çevrilir, ağların arasından ağ işığa bülənd olur.

Davamı →

Anamı belə unutduran o an

Otağın kimsəsiz, qaranlıq küncünə qoyulmuş köhnə dəbli məxməri kresloya yayxanaraq kanalları ard-arda dəyişir, baxmaq üçün uyğun film axtarırdım. Pult üzərində yayğın gəzişmələr edərkən hansısa xəbərlər buraxılışında göstərilən videoçarx diqqətimi cəlb etdi.
Qəzaya, iki geniş yolun kəsişməsində, işıqfora, yol nişanlarına məhəl qoymadan yüksək sürətlə hərəkət edən tünd rəngli “Hyundai”inin, perpendikulyar istiqamətdən gələn, açıq rəngli “BMW”yə zərblə dəyməsi səbəb olmuşdu.

Davamı →

Şəhla Nihandan yeni hekayə: Etiraf

Zərgərlik məmulatları satılan butikin sahibi müəmmalı şəkildə öz mənzilində qətlə yetirilmişdi. Hadisənin üstündən bir neçə həftə keçməsinə baxmayaraq hələlik işıq ucu görünmürdü.
Mağaza müəyyən müddətə bağlanmış, işçilər hamısı dindirilmiş, bir neçə nəfər koordinatlarını istintaq orqanlarına bildirmək şərti ilə yeni iş yerinə keçmişdilər.

Davamı →

Uğursuz Ceyn Ostin

«Obrazlarım kiçik sıxıntılardan sonra arzuladıqları hər şeyə sahib olacaqlar.» Ceyn Ostin
Minimalizmlə bağlı araşdırma apararkən çox maraqlı bir cümlə diqqətimi çəkmişdi: «Həyatda ən böyük xoşbəxtlik itirməkdir, yəni məğlub olmaq». Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsam, mahiyyətini anlamaz, inkar edər və əksini sübuta yetirmək üçün çoxlu dəlillər (əsassız) gətirərdim. Lakin indi az da olsa, anlayıram, itirmək, doğrudan da, bəzən tapmaqdır. Və ya məğlub olmaq, əslində, qalib gəlməkdir. Çünki istənilən halda məğlubiyyət və itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün təcrübə və vasitələri də gətirir. Sənin məğlubiyyətin böyük bir qələbəyə çevrilə bilər, əgər anlaya bilsən...

Davamı →

Zümrüd quşunun qürub çağına məktubu

  • Esse
Elə bilirəm, sonuncu dəfə başını dizimə qoyduğun gündən 4 milyard il keçib… Yadında, sənə deyirdim, hətta 4 milyard il sonra da səni belə sevəcəm? Elə bilirəm, o müddət artıq ötüb və mən hələ də səni eyni doğmalıqla sevirəm.
Məsələn, hələ də əllərinə aşiqəm, hələ də səsini milyon səsin içindən ayıra bilərəm, hələ də sənə eyni hərarətlə sarılaram.
Hələ də əlindəki yaradan eyni məsumiyyətlə öpə bilərəm tez sağalsın deyə...

Davamı →

Ölü evdən qeydlər

Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri ilə universitetin birinci kursunda oxuyarkən tanış oldum. O vaxtlar türk dilini öyrənmək üçün vasitə az idi, indiki kimi münbit şərait yox idi. Türk dili və ədəbiyyatı dərsində mütaliə etmək üçün bizə kitablar verirdilər, müəllimimiz də öz fənninə ciddi münasibət bəsləyən, işinə vicdanla yanaşan bir adam idi.
Beləliklə, xeyli faydalı əsərlərlə tanış oldum. Seçim də azad idi. Bəxtim gətirdi. Həm universitetə gedib gəlirdim, həm də ədəbiyyat oxuyurdum.

Davamı →