Рейтинг
+2.84

dərmanlar

23 üzv, 33 topik

Soyuqdəymə antibiotiklə müalicə edilmir

Soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir.antibiotiklər
Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar
müalicə edilir.
Qış aylarında havalar soyuq və sərt keçdiyi üçün daha çox soyuqdəyməyə məruz qalırıq. Xüsusən də, immunitet sistemi zəif olanlarda soyuqdəymə hallarına daha çox rast gəlinir. Şübhəsiz ki, uşaqlar da soyuqdəymədən, müxtəlif cür infeksion xəstəliklərdən yaxa qurtara bilmirlər. Və belə vaxtlarda bəzən həkim məsləhəti olmadan antibiotiklərə müraciət etməli oluruq. Nəticədə, xəstəliyin sağalması, soyuqdəymənin aradan qaldırılması əvəzinə, müxtəlif cür fəsadlara yol açmış oluruq. Antibiotiklərdən düzgün istifadə etmədikdə bakteriyalar həmin antibiotiklərə qarşı müqavimət göstərə bilirlər. Belə olduqda antibiotik bakteriyalara heç bir təsir göstərə bilmir və xəstəliyin sağalması xeyli gecikir. 
Ardı →

Reseptura

Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur.
Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000-3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş. Zaman keçdikcə, xalqların öz əlifbaları yaranıb inkişaf etdikcə, dərmanşünaslıq sahəsi inkişaf tapdıqca reseptura da, tədricən, təkmilləşdirilirdi və bir elm kimi özünə yer tapırdı. Bu sahədə ərəblərin xidmətləri daha çox olmuşdur, onlardan isə reseptura elmini qədim yunanlar və qədim romalılar qəbul etmişlər. Məsələn, Hippokratın dövründə qədim yunanların reseptura barədə xeyli məlumatları var imiş.


Ardı →

Mentalkids (fosforilserin,inozitol)

Nitq qüsurlarının ən çox yayılmış funksiyalarından biri də kəkələməkdir.Kəkələmə nitq aparatının qıc olması ilə nəticələnən həm də bu zaman nitqin surətinin təşkilinin pozulması ilə müşayət olunan  qüsurdur.Kəkələmənin əmələ gəlməsində birinci dərəcələ rolu baş-beyin qabığında sinir proseslərinin qarşılıqlı əlaqəsinin pozulması oynayır.Kəkələmə problemi olan uşaqlar xüsusi diqqət ilə əhatəli olmalıdırlar.
Ardı →

Qan damarlarını genişləndirən maddələr

Bu maddələr qan damar mərkəzinə təsir edərək və qan damarlarının spazmını aradan qaldiraraq qan təziqini aşağı salır.Bunlar eləcə də saya əzələli üzvilərin spazmını aradan qaldıraraq hipotenziv və spazmolitk təsir göstərirlər.Preparatları:

Nitroqliserin-Nitoglyserinum.Rəngsiz şəffaf yağa bənzər mayedir,suda çətin,sipirtdə asan həll olur.Stenokardiyada və beyin qan damarlarıspazmada qəndin üstünə 1-2 damcı damızdıraraq ,dilin altına qoyulur.2-3 dəqiqə sonra təsir göstərir və təsiri 30-40 dəqiqə çəkir.1%-li spirt məhlulu 5-10ml kiçik şüşə qablarda buraxılır.Dilin altına təyin edilir.


Ardı →

Əczaçılığın qədim tarixi

1.Əczaçılığın inkişafında əsas tarixi dövrlər. Dərmanşünaslığın bir elm kimi yaranma qaynaqları,onun meydana gəlməsini şərtləndirən zərurət və şərait.
2. Dərmanşünaslığın və əczaçılığın inkişafında xalq təbabətinin və baytarlığının rolu. Müxtəlif tarixi dövrlərdə əczaçılığın inkişafında səciyyəvi cəhətlər. Qədim Yaxın Şərq xalqlarının (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanşünaslığın və əczaçılığın inkişafında rolu.
3. Dərmanşünaslığın inkişafında qədim Misir dövrü və bu dövrün dərmanşünaslığının xüsusiyyətləri. Dərmanşünaslığa aid Misirdə aşkar edilmiş qədim tarixi tibb abidələri (“Ebers papirusu” və s.).
4. Qədim Yunanıstanda dərmanşünaslığın və əczaçılığın inkişafının xüsusiyyətləri. Bu sahədə Hippokratın, Feofrastın, Dioskoridin və digərlərinin nailiyyətləri və xidmətləri. Xəstəliklərin baş vermə səbəbləri və buna müvafiq dərman vasitələrinin və müalicə üsullarının seçilməsinə dair Hippokratın nəzəriyyələri, alimin “Corpus Hippocratica” əsəri. Feofrastın “Bitkilər haqqında tədqiqatlar” və Dioskoridin “Materia medica” əsərlərinin dərmanşünaslığın inkişafında rolu.
5. Dərmanşünaslığın və əczaçılığın inkişafında qədim Roma dövrü. Bu sahədə Klavdi Qalenin xidmətləri, qalen preparatları, bu preparatların hazırlanma üsullarınının prinsipləri.
6. Qədim skif tayfalarının dərmanşünaslığın inkişafında rolu.


Ardı →

Baytarlıq dərmanşünaslığı

Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”.


Ardı →

B3 vitamini infeksiyalar ilə mübarizə aparır

Amerikadan olan tibb mütəxəssisləri təyin etmişlər ki, B3 vitamininin yüksək dozası antibiotikədavamlı olan stafilokokk bakteriyalarına qarşı mübarizədə kifayət qədər effektivdir.Tədqiqat zamanı aydınlaşdırılmışdır ki, tibbi ədəbiyyatda PP vitamini və nikotinamid kimi də tanınan B3  məhz neytrofillərin kəmiyyət və keyfiyyət tərkibini zənginləşdirməklə təsir gücünə malikdir.


Ardı →

Farmakopeya

Dərmanşünaslığın tarixi ilə tanışlıq göstərir ki, qədim xalqlar, onları əhatə edən təbiətlə tanış olarkən bir çox faydalı bitki, mineral və heyvani mənşəli maddələri aşkar edib bu maddələrdən ən muxtəlif məqsədlərlə, о cümlədən müalicəvi məqsədlərlə istifadə edirmişlər. Zaman zaman aşkar etdikləri maddələr maddələrə rast gəlinirdi və tədricən dərman vasitələrinin sayı çoxalırdı.Bununla əlaqədar məlum olan dərman maddələrinin sistemləşdirmək, eləcədə bunların haqqında toplanmış məlumatları gələcək nəsillərə ötürmək zərurəti yaranırdı.Bununla əlaqədar olaraq insanlar dərmanlar haqqında topladıqları məlumatları, bu sahədə əldə edilmiş bilik və təcrübəni ümumiləşdirib xüsusi yazılar, kitablar vasitəsi ilə sonrakı nəsillərə çatdırmağa çalışmışlar.Həmin kitablarda dərmanlar haqqında toplanmış bütün əsas məlumatları əhatə etməyə çalışırdılar.Tədricən dərmanşünaslıqla məşqul olan adamlar bu kitablardan rəhbərlik kimi istifadə etməyə başlayırlar.Beləliklə, müasir dövlət farmakopeyalarının müəyən mənada xatırladan əsərlər meydana gəlir.


Ardı →

Əczaçılığın təşkili

Əczaçılığın təşkili və iqtisadiyyatiəczaçılıq ixtisasinin vacib tərkib hissəsi olmaqla, fənnin əsas məqsədi gələcək mütəxəssisləri dərmanşünaslıq sahəsinin əsas prinsipləri və funksiyaları ilə tanış etməkdən və əczaçı mütəxəssislərin fəaliyyətinin təşkilinin mütərəqqi metodlarını və formalarını öyrətməkdən ibarətdir.

Əczaçılıq etikası və deontologiyası
Ümumiyyətlə tibbidə, o cümlədən əczaçılıqda hələ qədim zamanlardan başlayaraq bu sahənin adamlarının öz peşəsinə mənəvi baxımdan münasibət məsələləri həmişə mühüm əhəmiyyət kəsb etmiş və hazırda da çox vacib əhəmiyyət kəsb edir. Haqqında söhbət gedən məsələ öz əksini həkimlik və əczaçılıq etikası və deontologiyası təlimində tapmışdır.
Mənəviyyat və etika cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində yaranmış dəyərlərdir ki, bu da insanlar arasında qarşılıqlı münasibətləri tənzim edən müəyyən qaydaların yaradılması zərurətindən irəli gəlmişdir.
Etika hər hansı bir ictimai və yaxud peşə qrupuna mənsub olan insanın mənəvi davranış normaları sistemidir.
“Etika” termininə hələ məhşur yunan filosofu Aristotelin yaşadığı dövrdə rast gəlinir və deyilənlərə görə bu termini elə onun özü təklif etmişdir. Aristotel etikanı insan mənəviyyatı haqqında elm kimi nəzərdə tuturdu.
Bəşəriyyətin hələ erkən inkişaf mərhələlərində əczaçılıq tibbin ayrılmaq tərkib hissəsi olan dövrlərdə bir çox Şərq ölkələrində tibb personalının etik davranış normaları işlənib hazırlanmışdır. Bu məsələlərə Qədim Çin və Hind təbabətində çox önəmli yer verilmişdir.
Lakin tibb sahəsində çalışan insanların, yəni tibb personalının etik davranış normaları və qaydaları öz əksini bizim eradan əvvəl V əsrdə yaşamış dahi yunan alimi və həkimi Hippokratın məşhur həkin andı (“Hippokrat andı”) adlı nəsiyyətində öz əksini tapmışdır. Hippokrat andının əsas məzmununu ondan ibarətdir ki, heç kimdən və heç nədən asılı olmayaraq tibb personalı öz peşə borcunu yerinə yetirməli, ləyaqətlə öz sənətini insanların sağlamlığı və səadəti yolunda həyata keçirməlidir. Təsadüfü deyil ki, neçə minilliklərdir ki, dünyanın bir çox ölkələrində tibb və əczaçılıq təhsil müəssisələrinin məzunları seçdikləri peşə üzrə praktiki fəaliyyətə başlayarkən “Hippokrat andına” sadiq qalacaqlarına and içirlər.
Hippokrat andının müddəalarına ondan sonra gələn bir çox məhşur alimlərin və həkimlərin (Qalen, İbn – Sina və digərləri) əsərlərində və fəaliyyətlərində rast gəlmək olur. Müqəddəs Roma imperiyasının imperatoru ikinci Fridrixin “Hippokrat andınin” əsas tələblərinə və müddəalarına əsaslanaraq verdiyi sərəncamda həkimlərin və əczaçıların hüquq və vəzifələrini müəyyənləşdirilmiş və əczaçı andı bu sənətə daxil edilmişdir. Bütün beynəlxalq və milli tibb kodekslərinin və öhtəliklərinin məzmunu “Hippokrat andının” məzmununa yaxındır və onunla eyni səslənir.
Əczaçılıq etikası əczaçı personalın qarşılıqlı münasibətlərini, onun əczaçılıq fəaliyyətinin müxtəlif vəziyyətlərində və hallarında davranış normalarını müəyyən edir.
Vaxtilə bu məsələyə Rusiyada çox ciddi yanaşılmışdır. Məsələn, hələ 1789-cu ildə ilk “Aptekarskiy Ustav “ (Aptek mərəmnaməsi”) adlanan məhşur əczaçılıq sənə- dində əczaçılara qarşı qoyulan yüksək mənəvi və peşəkarlıq tələbləri öz əksini tap- mışdır. Ümumiyyətlə, sonrakı dövrlərdə də, heç bir içtimai — iqtisadi quruluşdan asılı olmayaraq, aptek işçilərinə qoyulan yüksək mənəvi normalar və tələblər həmişə diqqət mərkəzində olmuşdur. Məsələn, Azərbaycan da 70 il ərzində tərkibində olmuş keçmiş Sovetlər İttifaqında əczaçılıq və tibb etikasına riayət olunması sahiyyə sahəsində vacib olan məsələlərdən biri olmuşdur. Əczaçılıq peşə etikası əhaliyə dərman yardımı zamanı insanlar üçün əlverişli mənəvi – psixoloji şəraitin yaradılmasını öz ali məqsədi hesab etmişdir. Bu o demək idi ki, aptek işçiləri aptekə müraciət edən şəxslərə diqqət, qayğı və həssaslıqla yanaşmaqla, əsassız olaraq dərmanların buraxılması və hazırlanması işində ləngimələrə və pozuntulara yol verməməlidirlər.
Əczaçılıq etikası daxili iş qaydalarını və intizamını pozmamağı, həm aptekin öz işciləri, həm də aptekə müraciət edən şəxslərə diqqət və qayğı ilə yanaşmaq prinsipini nəzərdə tutur. Aptek işçiləri xəstələrə xəstəlik barədə və eləcə də təyin olunmuş dərman vasitələri haqqında mənfi fikirlər söyləməməli, yəni onların psixikasına hər hansı mənəvi xəta yeritməməli və nikbinlik əhval–ruhiyyə şəraitinin yaradılmasına çalışmalıdır. Çalışmaq lazımdır ki, aptekə müraciət edən hər bir şəxs oranı təkcə ona lazım olan dərmanla deyil, həm də yaxşı əhval – ruhiyyə ilə tərk etmiş olsun.
“Deontologiya” anlayışı III əsrin əvvəllərində meydana gəlmişdir və insanın peşə davranışı haqqında elm kimi qiymətləndirilmişdir. Əczaçılıq deontologiyası əczaçılıq personalının davranış prinsiplərindən bəhs etməklə, əczaçının mənəvi cəhətdən öz işinə və peşəsinə məsuliyyətlə yanaşma baxımından hazırlığını tərbiyə edir.
“ Əczaçılıq deontologiyası” əczaçılıq personalının xəstənin müalicəsinin maksimum faydalı olmasına, psixoloji cəhətdən hər hansı mənfi təsirlərin kənarlaşdırılmasına yönəldilmiş davranış prinsiplərini öyrədir.
Son dövrlərdə bu məsələyə bütün dünyada diqqət daha da artırılmaqdadır. Məsələn, 1995-ci ildən Rusiyada ölkənin Əczaçılıq Assosiasiyası tərəfindən “ Əczaçının etik kodeksi” adlı xüsusi bir sənəd qəbul edilmişdir. Əczaçının etik kodeksi onun peşə fəaliyyətinin ən ali məqsədini əks etdirir ki, bu da insan həyatının və sağlamlığının qorunması kimi vacib məsələni heç cür yaddan çıxarmamağı nəzərdə tutur. Əczaçılıq fəaliyyətinin əsas şərtlərindən biri həmişə yüksək peşəkarlıq səviyyəsini saxlamaqla, peşə etikasına məsuliyyətlə yanaşmaqdır. Belə ki, əczaçı öz vəzifə borcunu və hüquq- larını bilməklə yanaşı, peşə etikasının pozulması üçün də məsuliyyət daşıdığını unut- mamalıdır.
Əczaçılıq deontologiyası aşağıdakı istiqamətləri və qarşılıqlı münasibətləri əhatə edir: 1) əczaçının cəmiyyətlə münasibəti; 2) əczaçının həkimlə münasibəti; 3) əcza- çının xəstə ilə münasibəti; 4) əczaçının əczaçı ilə münasibəti. Bu münasibətlər əczaçı- nın etika kodeksində öz əksini tapır.
Əczaçının cəmiyyətlə qarşılıqlı münasibətləri nəzərdə tuturki, əczaçı xəstənin milliyətindən, dini mənsubiyyətindən, siyasi baxışlarından, maddi imkanından, yaşından, vəzifəsindən asılı olmayaraq bütün insanlara əczaçılıq yardımı göstərməlidir.
Əczaçı öz peşəsinin nüfuzunu qorumalı, dərmanşünaslıq sahəsində bilik səviyyəsinin yüksək olmasını sübüt etməlidir.
Xəstə ilə davranışda əczaçı mütəxəssis tərəfindən hövsələsizlik, etinasızlıq, yekə- xanalıq, hörmətsizlik, gobudluq və s. bu kimi hərəkətlər yolverilməzdir. Əczaçı ilə həkimin ümumi bir məqsədi olmalıdır ki, bu da iəstəyə şəfa gətirmək, onun sağlamlı- ğını bərpa etməkdən ibarət olmalıdır. Ona görə də onlar sıx əməkdaşlıq şəraitində işləməlidirlər. Əczaçının öz həmkarları ilə münasibəti bir-birinin əməyinə və təcrübə- sinə qarşılıqlı hörmət əsasında qurulmalıdır.
Əczaçılıq peşəsi insan sağlamlığı və həyatı ilə sıx bağlı olduğina görə əczaçı tərə- findən buraxılmış səhvlər çox ağır nəticə ilə qurtara bilər. Bəzən əczaçılıq fəaliyyəıtində mənəvi və hüquqi normalar arasındakı sərhədi təyin etmək çox çətin olur. Hələ məhşur qədim hind həkimi Suşrut vaxtilə demişdir ki, dərmanşünaslığı bilən insanın əlində dərman həyat və sağlamlığı bəxş edən vasitəyə çevrilirsə, savadsızın əlində dönüb alov və qılınc olur. Vətəndaşların sağlamlığının qorunması haqqında qanunvericiliyə əsasən əczaçıların səhvi ucbatından vətəndaşların sağlamlığına zərər gələrsə və yaxud ölüm baş verərsə, əczaçılar maddi və mənəvi zərəri ödəməli və hətta inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Cinayət qanunvericiliyində tibb və əczaçılıq işçilərinin aşağıdakı peşə cinayət- karlığı növlərini ayırd edirlər:
— xəstəyə yardımın göstərilməməsi;
— narkotik, psixotrop və təhlükəli zəhərli vasitələrin qanunsuz hazırlanması, əldə edilməsi, saxlanması, satışı və oğurlanması;
— narkotik və psixotrop maddələrin qanunsuz olaraq buraxılması və yaxud bunların alınması üçün nəzərdə tutulmuş reseptlərin saxtalaşdırılması;
— qeyri-qanuni əczaçılıq fəaliyyəti ilə məşğul olmaq;
— ekoloji cəhətdən təhlükəli maddələrin və ya onların tullantılarının emal qayda- larının pozulması və s.

Əgər hüquqa zidd hərəkətlər ciddi zərərə səbəb olmazsa, onda təqsirkarlar yal- nız inzibati məsuliyyət daşıyırlar.
Əczaçılıq etikasının və deontologiyasının tələbləri dərman dövriyyəsi sferasında provizorların və əczaçıların bütün fəaliyyət növlərinə şamil edilir. Yaddan çıxarılmamalıdır ki, onların nəinki cinayət xarakterli hərəkətləri, hətta peşəkarlıq səhvləri də insana mənəvi, cəmiyyətə isə sosial zərər vurur, əczaçı adına ləkə gə- tirə bilər.

Müəllif: Əczaçılıq və morfologiya kafedrasının dosenti: Əliyev A.Ə.
Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının texnologiyası.Bakı, 1989.
2. Hüseynov D. — Ümumi və xüsusi reseptura. Bakı, 1986.
3. Əliyev H. — Əczaçılıq kimyası. Bakı, 1989.
4. Dəmirov İ., Manafov Ə. — Farmakoqnoziya. Bakı, 1984.
5. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
6. Сорокина Т. — История медицины. Москва, 1992.
7. Косова И.В., Лоскутова Е.Е., Максимкина Е.А. — Организация и экономика фармации. Москва, 2004.


Davamı →