Рейтинг
+2.84

dərmanlar

23 üzv, 33 topik

Əczaçılıq

Müasir dövrdə “əczaçılıq elmi” anlayışı dərman vasitələrının alınması, emalı, istehsalı, hazırlanması, keyfiyyətinin yoxlanılması, standartlaşdırılması, saxlanılması və təyinatı üzrə buraxılması məsələlərini öyrənən və bunun izahını verən elmi və təcrübi biliklərı əhatə edir.
Cox vaxt əczaçılığa habelə farmasiya və ya farmasevtika da deyılır. Yunanca “pharmakeia”, latınca “pharmacia” dərmanların tətbiqi, işilədilməsi mənasını bildirir; sinonim kimi dərmanşünaslıq nəzərdə tutulur.
Beləliklə, əczaçılıq ixtisasının tərifini aşağıdakı kimi vermək olar: “Əczaçılıq dərmanşünaslığın vacib, ayrılmaz sahəsi olub, dərman vasitələrının hazırlan — ması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və bura- xılmasına, habelə müvafiq sahələrin dərman təchizatının təşkilinə dair xüsusı elmi və praktiki bilikləri özündə birləşdirən ixtisasdır”


Ardı →

Dərmanlar və onların növləri

Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları hazırlanır.
Dərman maddələri və dərman xammalı tibbi praktikada işlədilməzdən əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi dərman preparatı adlanır.
Tibdə işlədilən dərman preparatları konsistensiyalarına görə üç növ olur.
1. Sərt və ya bərk dərman formaları (tozlar, kapsullar, tabletlər, drajelər və s.).
2. Yumşaq dərman formaları (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
3. Maye dərman formaları (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).
4. Dərman maddələrini təsir növlərinə görə qruplaşdırırlar.


Ardı →

İşlək orqan və sistemlərin funksiyalarını tənzim edən dərmanlar

Tənəffüs orqanlarına təsir edən preparatlara tənəffüsü stimulyasiya edən (kofein, etimizol, kordiamin və s.), öskürək əleyhinə (etilmorfin — hidroxlorid, qlausin — hidroxlorid, tusupreks, libeksin və s.), bəlğəmgətirici (ipekauananın — qusdurucu kökün, termopsisin preparatları, bromheksin və s.) dərmanlar aiddir.
1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ET Ağciyər xəstəlikləri institutunda akademik Ə.İnsanovun aldığı ilk ofisinal vətən preparatı olan «İnsanovin» bronxial astmanın müalicəsində təkcə respublikamızda deyil, Rusiyada, Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türkmənistanda da klinikada uğurla tətbiq edilir. İnsanovinin oxşar təsirli digər preparatlardan bir sıra üstünlükləri vardır.


Ardı →

Qan damarlarını genişləndirən maddələr

Bu maddələr qan damar mərkəzinə təsir edərək və qan damarlarının spazmını aradan qaldiraraq qan təziqini aşağı salır.Bunlar eləcə də saya əzələli üzvilərin spazmını aradan qaldıraraq hipotenziv və spazmolitk təsir göstərirlər.Preparatları:

Nitroqliserin-Nitoglyserinum.Rəngsiz şəffaf yağa bənzər mayedir,suda çətin,sipirtdə asan həll olur.Stenokardiyada və beyin qan damarlarıspazmada qəndin üstünə 1-2 damcı damızdıraraq ,dilin altına qoyulur.2-3 dəqiqə sonra təsir göstərir və təsiri 30-40 dəqiqə çəkir.1%-li spirt məhlulu 5-10ml kiçik şüşə qablarda buraxılır.Dilin altına təyin edilir.


Ardı →

Azərbaycanda əczaçılığın tarixi

Azərbaycan xalqının dərman vasitələrindən istifadə etməsi tarixi ən qədim
dövrlərdən başlayır. Dərman vasitələrinin müxtəlif xəstəliklərdə işlədilməsi, yeni
müalicə vasitələrinin axtarışı və aşkar edilməsi, xəstəliklərə qarşı dərmanlarla mübarizə üsullarının müəyyənləşdirilməsi və s.bu kimi məsələlər uzun müddət sufi fikirlərin və baxışların təsiri altında olmuşdur. Lakin bu maneələrə baxmayaraq təbiətdə yeni müalicə vasitələrinin və eləcədə onların daha əlverişli dərman formalarının və tətbiq üsullarının axtarışı davam edirdi.
Öz coğrafi yerləşməsinə və mövqeyinə görə Azərbaycan tarix boyu başqa xalqların və dövlətlərin,xüsusilə işğalçı dövlətlərin mədəniyyəti, elmi,eləcə də təbabəti ilə təmasda olmaq məcburiyyətində qalmışdır.Bu isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini göstərməyə bilməzdi.


Ardı →

Penisillinin yaranması

Aleksandr Fleminq

Pensillini kəşf edən Aleksandr Fleminq Şotlandiyanın Lokfayld şəhərində dünyaya gəlib. Dr. Aleksandr birinci dünya müharibəsində ön cəbhələrdə gördüyü dəhşətli yaralanmalardan və infeksiyalardan sonra daha öncə işlədiyi Müqəddəs Meri xəstəxanasına qayıdaraq
Davamı →

Sinovac nə qədər təsirlidir?

Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi, o cümlədən Pekində yerləşən Sinovac şirkətinin «CoronaVac» peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.

Davamı →

Parasetamol

ParasetamolParasetamol əsaslı dərmanların qəbulu reproduktiv funksiyaların pozulmasına və rüşeymin inkişafında problemlərə səbəb ola bilər.

Bir qrup alim 18 yaşdan yuxarı 455 könüllü üzərində aparılan təcrübədən sonra bu qənaətə gəlib.

Qeyd olunur ki, parasetamol əsaslı dərman qəbul edən bütün xəstələrdə cinsi hormonların zəifləməsi müşahidə edilib.
Davamı →

Ağrıkəsici dərmanların ziyanı

Hər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s.

Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.

Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.

Davamı →

İllərin təcrübəsindən keçən vasitə - Yodinol

Bəzən həkimlər və böyük dərman biznesi imperiyası 40-50 il bundan əvvəl insanların köməyinə çatan ucuz, lakin effektiv vasitələri məqsədli şəkildə gizlədir, yeni və bahalı preparatların satışına şərait yaradırlar.

Gizli saxlanılan vasitələrdən biri də yodinoldur. Sözügedən dərman vasitəsi neçə-neçə problemə dərmandır. İstənilən aptekdə 70 qəpiyə olan bu vasitə həkimlərə bahalı mazlar, dərmanlar, spreylər yazmağa mane olur. Halbuki yarım əsr əvvəl həkimlərin ən çox istifadə etdiyi preparatlardan biri olub. 

Hər evdə, əlaltında olması vacib olan yodinolun faydalarını təqdim edirik:

Davamı →