Рейтинг
+2.84

dərmanlar

23 üzv, 33 topik

Homeopatiya

Homeopatiya—qədim müalicə növüdür. Tibbi istiqamət kimi 18-19-cu əsrlərdə formalaşmağa başlamışdır. Onun əsasını alman həkimi Honemanın qoyduğu hesab edilir. Belə ki, o, apardığı müşahidələr və təcrübələr nəticəsində aşkar etmişdir ki, eyni maddələr yüksək dozada xəstəlik və hətta ölüm törədə bilirsə, kiçik dozalarda isə əksinə, həmin maddələr orqanizmi sağaltmaq qabiliyyətinə malikdirlər. Məsələn, ilanın zəhəri qan-damar sistemini zədələdiyi halda, homeopatik dozalarda ürək-damar sistemi xəstəliklərindən məsələn, hipertoniya, varikoz və s. əziyyət çəkənlər üçün xeyirlidir.


Ardı →

Əczaçılığın qədim tarixi

1.Əczaçılığın inkişafında əsas tarixi dövrlər. Dərmanşünaslığın bir elm kimi yaranma qaynaqları,onun meydana gəlməsini şərtləndirən zərurət və şərait.
2. Dərmanşünaslığın və əczaçılığın inkişafında xalq təbabətinin və baytarlığının rolu. Müxtəlif tarixi dövrlərdə əczaçılığın inkişafında səciyyəvi cəhətlər. Qədim Yaxın Şərq xalqlarının (şumerlər, assiriyalılar, babilistanlılar və s.) dərmanşünaslığın və əczaçılığın inkişafında rolu.
3. Dərmanşünaslığın inkişafında qədim Misir dövrü və bu dövrün dərmanşünaslığının xüsusiyyətləri. Dərmanşünaslığa aid Misirdə aşkar edilmiş qədim tarixi tibb abidələri (“Ebers papirusu” və s.).
4. Qədim Yunanıstanda dərmanşünaslığın və əczaçılığın inkişafının xüsusiyyətləri. Bu sahədə Hippokratın, Feofrastın, Dioskoridin və digərlərinin nailiyyətləri və xidmətləri. Xəstəliklərin baş vermə səbəbləri və buna müvafiq dərman vasitələrinin və müalicə üsullarının seçilməsinə dair Hippokratın nəzəriyyələri, alimin “Corpus Hippocratica” əsəri. Feofrastın “Bitkilər haqqında tədqiqatlar” və Dioskoridin “Materia medica” əsərlərinin dərmanşünaslığın inkişafında rolu.
5. Dərmanşünaslığın və əczaçılığın inkişafında qədim Roma dövrü. Bu sahədə Klavdi Qalenin xidmətləri, qalen preparatları, bu preparatların hazırlanma üsullarınının prinsipləri.
6. Qədim skif tayfalarının dərmanşünaslığın inkişafında rolu.


Ardı →

Mentalkids (fosforilserin,inozitol)

Nitq qüsurlarının ən çox yayılmış funksiyalarından biri də kəkələməkdir.Kəkələmə nitq aparatının qıc olması ilə nəticələnən həm də bu zaman nitqin surətinin təşkilinin pozulması ilə müşayət olunan  qüsurdur.Kəkələmənin əmələ gəlməsində birinci dərəcələ rolu baş-beyin qabığında sinir proseslərinin qarşılıqlı əlaqəsinin pozulması oynayır.Kəkələmə problemi olan uşaqlar xüsusi diqqət ilə əhatəli olmalıdırlar.
Ardı →

Reseptura

Dərmanşünaslıq elminin mühüm sahələrindən və vacib tərkib hissələrindən biri də reseptura fənnidir. Hələ ən qədim zamanlardan müalicə üçün təyin olunmuş dərmanın adını, miqdarını, tətbiq üsulunu və və qaydalarını və digər məlumatları göstərmək zərurəti yaranmışdır ki, bunu da həmin dövrlərdə müəyyən yazı işarələri vasitəsilə göstərməyə çalışmışlar. Tədricən bu sahə inkişaf etmiş və, beləliklə də, hazırda reseptura adlandırdığımız mühüm bir dərmanşünaslıq fənninin təməli qoyulmuşdur.
Tarixi məlumatlardan məlum olur ki, reseptura həqiqətən də ən qədim elmlərdəndir. Belə ki, bizim eramızdan hələ 2000-3000 il əvvəl artıq qədim misirlilərin, primitiv şəkildə olsa da, öz resepturası mövcud imiş. O zamanlar reseptləri xüsusi işarələrlə yazırmışlar.Bu işarələr yalnız həkimə və əczaçıya məlum imiş. Belə işarələrdən bəzilərinin maraqlı mənası olmaqla, bunlar dərmanşünaslıqda qəbul olunmuşdur. Məsələn, su, duz, turşu ,mis, spirt, gümüş, sabun, qızıl xüsusi işarələrlə, eləcə də başqa maddələr və dərman vasitələri digər müəyyən işarələrlə göstərilərmiş. Zaman keçdikcə, xalqların öz əlifbaları yaranıb inkişaf etdikcə, dərmanşünaslıq sahəsi inkişaf tapdıqca reseptura da, tədricən, təkmilləşdirilirdi və bir elm kimi özünə yer tapırdı. Bu sahədə ərəblərin xidmətləri daha çox olmuşdur, onlardan isə reseptura elmini qədim yunanlar və qədim romalılar qəbul etmişlər. Məsələn, Hippokratın dövründə qədim yunanların reseptura barədə xeyli məlumatları var imiş.


Ardı →

Aspirin | Xərçəng xəstəliyinə qarşı

Aspirin qeyri adi faydası olan preparatdır. Aspirin dünyada ən çox istifadə olunan dərmandır. Yeni araşdırmaların nəticələrindən aydın olub ki, ən aşağı dozada, 80 milliqram aspirin ölümlə nəticələnən xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir.


Aspirin preparatı üzrə araşdırmalar 25 000 insan üzərində  aparılıb. Ürək xəstəliyinin qarşısını almaq üçün həmin insanlara hər gün aşağı dozalı aspirin verilib. Araşdırmalar zamanı aspirinin digər təsirləri də aşkar edilib. Bunlardan biri aspirinin bəzi xərçəng formalarını azltması olub. Bu sahədə aparılan bir sıra araşdırmalardan birində Britaniyadakı Oksford universitetindən həkim Piter Rozveld iştirak edib. Doktor Rozvelt deyib ki, 5, 6, 7 il aspirin qəbul edən insanlarda xərçəng xəstəliyi riskinin 25 faizə qədər azaldığı müəyyən edilib.


Ardı →

Antibiotiklər haqqında faydalı məlumatlar

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti — “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.


Ardı →

Neyrotrop dərmanlar

Periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar 2 yarımqrupa bölünür:
I. Afferent innervasiyaya, yəni hissi sinir uclarına və sinirlərə təsir edən dərmanlar.
II. Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin hərəki sinirlərinə təsir edən dərmanlar.
Yerli anestetiklər, yəni hissi sinir uclarının oyanma qabiliyyətini zəiflətməklə və ya sinir liflərində impulsların nəql olunmasını blokadaya almaqla anesteziya (hissiyyatın, o cümlədən, taktil, temperatur, ağrı hissinin olmaması) törədən anesteziyaedici dərmanlar (kokain, dikain, novokain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir.


Ardı →

Qeyri inhalyasion narkoztörədici maddələr.

Qeyri -inhalyasion narkoztörədici maddələrin istifadə olunma tarixi Kravkovd N.A. (1865-1924) adı ilə bağlıdır. Qeyri-inhalyasion narkoztörədici maddələrin (HB senal va tionental natriumun) təsir mexanizmi onunla izah edilir ki, onlar QAYT-ın benzodiazepin-barbitur reseptorları ilə qarşılıqlı təsir əlaqəsinə girir və bu zaman QAYT-ın ləngidici təsirini gücləndirir. Bu halda həm də postsinaptik reseptorlarda Cl ionlarının miqdari çoxalır, hiperpolyarizasiya yaranır. Nəticədə, ləngidici effekt ikiqat güclənə bilir. İmpulsların ötürülməsi çətinləşir.
Davamı →

Antibiotiklər haqqında

Antibiotiklər mikroorqanizmlərin metabolizminin son məhsulları olmaqla güclü antimikrob təsirə malikdirlər. Mikroorqanizmlərin kultivasiyası müddətində onlar qidalı mühitə ifraz olunur və qidalı mühitlərin tərkibindən kimyəvi yolla ayırmaqla əldə edilir. Bəzi hallarda antibiotikləri yarımsintez və sintez yolu ilə əldə edirlər.
Antibiotiklərin təsnifatı: Antibiotiklər mənşəyinə, kimyəvi tərkibinə, antimikrob təsir mexanizmlərinə, aktivlik spektrinə görə təsnif edilir.
Mənşəyinə görə: antibiotiklər mikrob, bitki və heyvan mənşəli ola bilərlər.
Mikrob mənşəli antibiotiklər aşağıdakı qruplara bölünür:
Davamı →

Baytarlıq dərmanşünaslığı

Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”.


Ardı →