Əbdülqasım Firdovsi

Bəşər tarixində bir ədib tərəfindən yazılmış ən uzun poema fars şairi Əbdülqasım Firdovsinin ( 940 – 1020\1030) yazdığı “Şahnamə” əsəri hesab edilir.

“Şahnamə” əsərinin digər bir adı da “Şahlar haqqında kitab”dır. Fars ədəbiyyatına məxsus olan bu möhtəşəm əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.

Möhtəşəm “Şahnamə” əsərinin müəllifi Ə. Firdovsi haqqında məlumat çox azdır. Tarixi məlumatlara əsasən, o, Şərqi İranda, indiki Tacikistan ərazisində X əsrin ortalarında dünyaya gəlmişdir. O, “firdovsi” sözünü özünə ləqəb götürmüşdür. “Firdovsi” sözünün mənası – “cənnət”, “behişt” deməkdir. Bu ləqəblə (Firdovsi) şair bütün dünyada məşhurlaşmış və tanınmışdır. Firdovsi dünya əbəbiyyatının ən uzun poemasının müəllifidir.

Firdovsi “Şahnamə” poeması üzərində 35 il işləmişdir. Demək olar ki, həyatının yarısını şair bu poemaya həsr etmişdir. Bu poemanın yazılmasına görə, Sultan Mahmud Qəznəvi (998 – 1030) Firdovsiyə külli miqdarda qızıl pul vəd etmişdi. Belə ki, sultan poemanın hər beytinə (beyt – iki misradır) bir qızıl pul verəcəyini söz veribmiş.

Şair poemanı bitirdikdən sorna sultan kitabı guya, çox da bəyənmir. Sultan poemanın hər beytinə görə, bir qızıl pul əvəzinə gümüş pul göndərir. Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqir – füqarələrə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda bir həyat yaşayır...

Ömrünün sonlarına yaxın, lap qoca yaşlarında Firdovsi öz elinə, obasına qayıdır. Bu zaman artıq sultan şairin poemasını layiqincə qiymətlərdirmişdi və ona külli miqdarda qızıl pul ayırmışdı. Sultan biləndə ki, Firdovsi vətənə qayıdıb, qızıl pulları dəvələrə yüklədərək şairin yaşadığı şəhərə yollanır ki, hədiyyəni özü şəxsən şairə təqdim eləsin. Amma təəssüflər olsun ki, Firdovsi bu təqdimatı görə bilmir… Sultan Mahmud Qəznəvi qızıl karvanı ilə şəhərin giriş qapısından girərkən, şairin cəsədi şəhərin çıxış qapısından dəfn edilməsi üçün aparılırdı....

Ə. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə” poeması 120.000 beytdən, yəni – 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı tarixində ən möhtəşəm poemadır. Poema sırf fars dilində yazılmışdır. Bu da fars dilinin “gəlmə” sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz rol oynamışdır.

Mənbə: azens.az

 

3 şərh

Someone
Firdovsi — bu adı çox sevirəm. Mənası da gözəl imiş
pascal
Bu qədər təriflənən şairin bir misrasın belə burda yazmazlar? :)
istorik_c
Şahnaməni oxuyanda bərk təsirlənmişdim. Firdovsi obrazların xarakterini və vəsfini çox böyük ustalıqla verir. Bu məqalədə faktlar dolğun deyil. Şahnaməni Firdovsidən əvvəl şair Dəqiqi əsəri qələmə almış, lakin onun ömrü bu əsəri başa çatdırmağa yetməmişdir. O dövrdə belə əsəri yazmaq böyük bilik və səbr tələb etmişdir. Bu işi ancaq Firdovs yerinə yetirə bilərdi. Firdovsi sultanla şərt kəsirki,  əsəri başa çatdırana qədər onu narahat etməsinlər. Firdovsi Tus şəhərində doğulmuşdur. Fikri də bu imiş ki Sultan Mahmuddan aldığı qızıllarla doğma şəhərini abadlaşdırsın. Lakin sultan adına uyğun hərəkət etmir. Qızıl əvəzinə gümüş pullar ödəmək istəyir. Bu cür münasibətdən inciyən şair pulları almayaraq doğma şəhərinə qayıdır. Digər tərəfdən Firdovsi özü də kasıb adam olmamışdır. Varlı dehqan olmuşdur.