Maraqlı Atalar Sözləri

  1. Qələm əyri yonulsa da düz yazar. (Atalar Sözü)
  2. Gülü sevən, tikanına dözər. (Atalar Sözü)
  3. Elmsiz adam meyvəsiz ağac kimidir. (Atalar Sözü)
  4. Cahil dirilərin ölüsüdür. (Atalar Sözü)

    menali atalar sozleri mənalı atalar sözləri
  5. Tənbəl üçün həftədə yeddi bayram olur. (Atalar Sözü)
  6. Söz var – gələr keçər, söz var – dələr keçər, (Atalar Sözü)
  7. Yamana aş versəndə, iş vermə. (Atalar Sözü)
  8. Yaxşı dostlarınız varsa, güzgüyə ehtiyacınız yoxdur. (Atalar Sözü)
  9. Qarğa ilə dost olanın yediyi peyin olar. (Atalar Sözü)
  10. Bir aslanla qarışqa arasındakı döyüşdə qalib olmaz. (Atalar Sözü)
  11. Biz gülünü dərdik, siz gülabını çəkərsiz. (Atalar Sözü)
  12. Hər uzun ağaca çinar deməzlər. (Atalar Sözü)
  13. Zülm ilə abad olan bir gün gəlir bərbad olur. (Atalar Sözü)

    Maraqlı Atalar Sözləri

  14. Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar. (Atalar Sözü)
  15. Uzaqdan zurna səsi xoş gələr. (Atalar Sözü)
  16. Düyü döyülməsə, aş olmaz. (Atalar Sözü)
  17. Gərək saatla yox, vicdanla işləyəsən. (Atalar Sözü)
  18. Kor ilə çörək yeyəndə Allahı arada gör. (Atalar Sözü)
  19. Gözəllik – axşama kimidir, yaxşılıq – ölənə kimi. (Atalar Sözü)
  20. Ağıllıynan daş daşı, nadanla çörək yemə. (Atalar Sözü)
  21. Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar. (Atalar Sözü)
  22. Çox söz yalansız, çox pul haramsız olmaz. (Atalar Sözü)
  23. Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu yetişib keçər. (Atalar Sözü)  
  24. Dil ucundakı şirin yalan, qarmaq ucundakı yem kimidir. (Atalar Sözü)
  25. Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır. (Atalar Sözü)
  26. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. (Atalar Sözü)
  27. Bir meşədə ki, əsir alanı tülkü ola, azad edəni çaqqal, orada şir, pələng dolana bilməz. (Atalar Sözü)
  28. Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. (Atalar Sözü)
  29. Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər. (Atalar Sözü)
  30. Yaman olmasa, yaxşılığın qiyməti bilinməz. (Atalar Sözü)
  31. Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar. (Atalar Sözü)
  32. Kiçiklər ot kimidir, böyüklər isə külək: külək hansı istiqamətə əsərsə, otlar da o istiqamətə əyilər. (Atalar Sözü)
  33. Sular yüksəldikcə balıqlar qarışqaları yeyər, sular çəkildikcə də qarışqalar balıqları yeyər.  Heç kəs bugünkü üstünlüyünə və gücünə arxayın olmamalıdır… Çünki, kimin kimi yeyəcəyini suyun axışı qərar verər. (Atalar Sözü)

 

0 şərh